28 oktyabr

Azərbaycanda olan hadisələr

1995 – Bakı metropolitenində qəza baş verib. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olub. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanıb. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, qəza dünyada tarixin ən ölümcül metro fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

1998 – İkinci müddətə Azərbaycan prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilib.

2008 – Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilib.

2020 – Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri işğaldan azad edilib.


Dünyada olan hadisələr

312 – Mulvian körpüsü döyüşü kimi tanınan Maksentius ilə Konstantin arasında döyüş olub. Bu döyüşdən sonra Konstantinin Romanın vahid imperatoru olub. Maksentius ertəsi gün ölüb.

1237 – Berlin haqqında ilk xatırlatma, şəhərin doğum günü.

1492 – Kolumb Kubaynı kəşf edib.

1516 – Qəzzə yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub edib.

1538 – Yeni Dünyanın ilk universiteti sayılan Universidad Santo Tomás de Aquino qurulub.

1636 – İlk Amerika universiteti olan Harvard qurulub.

1707 – Yaponiyada zəlzələ 5 minə yaxın insanın ölümünə səbəb olub.

1776 – White Plains döyüşü baş verib (Amerika Müstəqillik Müharibəsi).

1848 – İspaniyada ilk dəmir yolu Barselona ilə Mataro arasında istifadəyə verilib.

1886 – Nyu-Yorkda Azadlıq Heykəli rəsmi olaraq açılıb.

1892 – Emil Renaud Grevin Muzeyində "işıqlı pantomimalar" təqdim edib; bu hadisənin ildönümü üçün "Beynəlxalq Animasiya Günü" təsis edilib.

1914 – “Kodak” rəngli fotoqrafiya texnologiyalarının inkişaf etdirilməsi işlərinə başladığını elan edib.

1918 – Çexoslovakiyanın Avstriya-Macarıstandan müstəqilliyi elan edilib.

1923 – Mustafa Kamal Paşa Çankaya Köşkündə verdiyi şam yeməyində "Sabah Cümhuriyyəti elan edəcəyik" deyib.

1924 – Fransa de-yure Sovet hökumətini tanıyıb.

1940 – Yunanıstanda Oçi Günü: Yunanıstanın II Dünya Müharibəsinə girmə tarixi.

1944 – Ukrayna nasist işğalçılarından azad edilib.

1955 – Finlandiya Şimal Şurasına qoşulub.

1962 – Kuba raket böhranı: Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşov Kubada sovet raketlərinin demontaj edilməsini elan edib.

1972 – Airbus A300 sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib.

1974 – Luna-23 avtomatlaşdırılmış zondunu aparan daşıyıcı raket uğurla buraxılıb.

1978 – Beyrutdakı (Livan) Türkiyə səfirliyi erməni terrorçu qruplaşmaları tərəfindən raketlərlə atəşə tutulub.

1984 – Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədi ilə açıq rəqabətə şərait yaradılacağını bəyan edib.

2005 – İranın ilk süni Yer peyki "Sina-1" Plesetsk kosmodromundan orbitə buraxılıb.

2009 – Kabildə (Əfqanıstan) və Pişəvərdə (Pakistan) terror aktları törədilib.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Animasiya Günü.
  • Ukraynanın faşist işğalçılarından azad edilməsi günü.
  • Müstəqil Çexoslovakiya Respublikasının yaranması günü.

Doğumlar

1469 – Rotterdamlı Erazm, holland filosofu, humanist, Şimali İntibah dövrünün ən böyük alimi (ö. 1536).

1897 – Edit Xed, amerikalı geyim dizayneri, səkkiz Oskar mükafatı laureatı (ö. 1981).

1911 – Mirzə İbrahimov, Azərbaycan ittifaqı yazıçısı, dramaturq, ictimai xadim Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR xalq yazıçısı (1961), "Stalin" mükafatı laureatı (1951), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958), Azərbaycan SSR Maarif naziri (1942–1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1948–1954), birinci katibi (1965–1976), 1937–1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), , Azərbaycan SSR Ali Sovetinin (3–4-cü, 6–7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989) (ö. 1993).

1914 – Riçard Lourens Millinqton Sinq, ingilis biokimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1952) (ö. 1994).

1914 – Jonas Salk, amerikalı virusoloq, poliomielit əleyhinə ilk vaksinlərin yaradıcılarından biri (ö. 1995).

1933 – Qarrinça (əsl adı Manuel Fransisko dos Santos), braziliyalı futbolçu, iki dəfə dünya çempionu (1958, 1962) (ö. 1983).

1945 – Hacı Hacıyev, sovet futbolçusu, sovet və rus futbol məşqçisi.

1946 – Fuad Məmmədov, Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı.

1955 – Bill Qeyts, amerikalı sahibkar və ictimai xadim, Microsoft korporasiyasının yaradıcısı.

1956 – Mahmud Əhmədinejad, İran İslam Respublikasının 6-cı prezidenti (2005-2013).

1957 – Ahmet Kaya, türk xalq musiqisi və orijinal musiqi sənətçisi, müğənni və bəstəkar (ö. 2000).

1963 – Eros Ramazzotti, italyan müğənni və bəstəkar.

1967 – Culiya Roberts, amerikalı aktrisa və prodüser, Akademiya Mükafatları, Qızıl Qlobus və s.

1987 – Səkinə Zeynalova, rəssam, miniaturist. Dünya Xalq Yaradıcılıq Təşkilatının üzvü.