15 oktyabr

Azərbaycanda olan hadisələr

1806 – Bakı xanlığı Rusiya İmperiyası tərəfindən işğal edilib.

2002 – Unibank Azərbaycanın iki qabaqcıl kommersiya bankının – MBANK (1992) və PROMTEXBANKın (1994) birləşməsi nəticəsində yaranıb.

2003 – İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.

2008 – İlham Əliyev II dəfə Azərbaycan prezidenti seçilib.

2020 – Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzuli rayonunun Arış kəndi, Cəbrayıl rayonunun Doşulu kəndi erməni işğalından azad edilib.


Dünyada olan hadisələr

533 – Bizans sərkərdəsi Belisarius Karfageni tutub.

1570 – Şimali Koreyanın paytaxtı olan Pxenyan şəhəri qurulub.

1666 – İngiltərə Kralı II Karl yeni bir moda təqdim edərək ilk dəfə yelek (jilet) geyinib.

1815 – Atlantikanın Müqəddəs Yelena adasında Napoleon Bonapartın sürgünü başlayıb.

1880 – Təməl daş qoyulduqdan 632 il sonra Köln Katedralinin inşası başa çatıb.

1927 – Kərkükdə böyük neft yataqları tapılıb.

1927 – Qazi Mustafa Kamal Paşa CHP qurultayında "Böyük Çıxış"ı oxumağa başlayıb. Çıxış 6 gün davam edib.

1928 – Almaniyadan uçan dünyanın ən böyük hava gəmisi Atlantik okeanını keçərək Graf Zeppelin ABŞ-da Nyu-Cersiyə enib. Uçuş 111 saat davam edib.

1932 – Hindistanın milli hava yolu şirkəti olan Air India qurulub.

1940 – Çarli Çaplinin “Böyük Diktator” filmi nümayiş olunub.

1941 – Kaqanoviç, Moskva metrosunun dağıdılması üçün bir plan hazırlamağı əmr edib (ertəsi gün sifariş əmr edilib).

1962 – Kuba Böhranı: Kubada yerləşən Sovet nüvə raketlərinə görə ABŞ və SSRİ arasında qarşıdurma başlayıb. Münaqişə bütün dünyanı nüvə müharibəsi astanasına gətirib. 13 gündən sonra böhran həll olunub.

1964 – Dünyanın ən böyük neft kəməri "Drujba" istismara verildi.

1970 – İstanbulda vəba epidemiyası olduğu açıqlanıb.

1973 – UNIX əməliyyat sisteminin dördüncü versiyası buraxılıb.

1985 – SovİKP Mərkəzi Komitəsinin plenumunda M.Qorbaçov iqtisadi yenidənqurma planlarını açıqlayıb.

1990 – Sovet lideri Mixail Qorbaçov, beynəlxalq gərginliyin azaldılmasına və qlasnost siyasətinin həyata keçirilməsinə verdiyi töhfəyə görə Nobel mükafatına layiq görülüb.

1995 – İraqda keçirilən prezident seçkilərində Səddam Hüseyn 99,96% səs qazanıb.

2002 – ABŞ-da ticarət şəbəkəsindən altı yüz min tondan çox quş əti geri çağırılıb.

2003 – ÇXR  kosmonavtı olan ilk kosmik gəmini – "Şençjou -5"-i buraxıb.

2020 – Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefa verib.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Kənd Qadınları Günü.
  • Beynəlxalq Əl Yuma Günü.

Doğumlar

1608 – Evanğelista Torriçelli, italyan riyaziyyatçı və fizik (ö. 1647).

1814 – Mixail Lermontov, rus şairi, nasir, dramaturq (1841-ci ildə öldürülüb).

1829 – Asaf Xoll, 1877-ci ildə Marsın iki peykini kəşf edən amerikalı astronom (ö. 1907).

1844 – Fridrix Nitsşe, alman filosofu, filoloq, şair (ö. 1900).

1859 – Kosta Xetaqurov, şair, Osetiya ədəbiyyatının banisi, heykəltəraş, rəssam (ö. 1906).

1894 – Əliağa Vahid, Əməkdar incəsənət xadimi, şair (ö. 1965)

1915 – Mirzə İbrahimov, nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist.

1905 – Anatoli Babko, ukrayna sovet analitik kimyaçısı (ö. 1968).

1947 – Hümeyra, türk bəstəkar.

1958 – Qorxmaz Əlili, aktyor, aparıcı.

1988 – Məsut Özil, türk futbolçu, dünya çempionu (2014).