14 oktyabr

Azərbaycanda olan hadisələr

1743 – Şirvanda üsyan zamanı üsyançılar Ağsu şəhərini ələ keçiriblər.

1993 – BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul edib.

1999 – Azərbaycan Respublikası Benin ilə diplomatik əlaqələr qurub.

2006 – Dağlıq Qarabağın Azərbaycan icması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

2009 – Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra Azərbaycan və Türkiyə arasında bayraq qalmaqalı başlayıb.


Dünyada olan hadisələr

1529 – Vyananın türklər tərəfindən mühasirəsi sona çatıb. Türk ordusu şəhəri ələ keçirmədən geri çəkilib.

1768 – Virciniya və Karolinadakı çeroki hindularının (Şimali Amerikada hindu xalqı) torpaqları Britaniya Tacının mülkiyyəti elan edilib.

1851 – İngiltərədə Reuters xəbər agentliyi qurulub.

1882 – Pəncab Universiteti (Pakistan) qurulub.

1901 – 20-ci əsrin ən böyük dəniz fəlakətlərindən biri baş verib: "Potapov" gəmisi Baykal gölündə pis hava şəraitində batıb və təxminən 200 adam ölüb.

1905 – Parisdə Beynəlxalq Aviasiya Federasiyası (FAI) qurulub.

1912 – Keçmiş prezident Teodor Ruzvelt John Flammang Schrank tərəfindən vurularaq yüngül yaralanıb. Ruzvelt planladığı nitqini sinəsindəki təzə yara və içindəki güllə ilə tamamlayıb.

1924 – Tacik Muxtar Sosialist Sovet Respublikası və gələcək Sovet respublikası olan Kara-Qırğız Muxtar Vilayəti qurulub.

1933 – Nasist Almaniyası Millətlər Cəmiyyətindən çıxdığını elan edib.

1934 – Gələcək Moskva metrosunun ilk sınaq qatarı buraxılıb.

1940 – Fransada evli qadınların dövlət idarələrində işləməsi qadağan edilib.

1942 – Ukrayna qiyamçı ordusu (UPA) yaradılıb.

1943 – Zaporojye şəhəri alman-nasist işğalçılarından azad edilib.

1944 – Ukrayna SSR nasist işğalçılarından azad edilib.

1944 – İkinci Dünya Müharibəsi: İngilis Ordusu Afinaya girib.

1946 – Beynəlxalq Standartlaşdırma Təşkilatının yaradılması haqqında qərar qəbul edilib.

1947 – Amerikalı sınaq pilotu Çarlz Yeqer ilk dəfə idarə olunan üfüqi uçuşda səs sürətini aşıb.

1950 – Türk qoşunları Koreyaya çatıb.

1956 – Hindistandakı Toxunulmaz kastanın lideri Bhimrao Ramji Ambedkar, 385000 izləyicisi ilə Buddizmi qəbul edib.

1958 – ABŞ-ın Nevada ştatında yeraltı nüvə sınağı keçirilib.

1962 – Amerikalı bir kəşfiyyat təyyarəsi Kubada Sovet raketlərini kəşf edib. Karib krizisinin başlanğıcı.

1964 – Leonid İliç Brejnev Nikita Xruşşovu əvəz edərək, İKP Mərkəzi Komitəsinin Birinci Katibi və SSRİ rəhbəri olub.

1966 – Kanada Katolik yepiskopları bundan sonra Katoliklərin Cümə günləri ət yeyə biləcəyini açıqlayıb.

1973 – Müqəddəs Yom-Küpür günündə Misir və Suriya orduları İsrailə hücum edib.

1973 – Taylandda, demokratik bir hökumət uğrunda universitet tələbələrinin üsyanı nəticəsində 77 nəfər öldürüldü və 857 nəfər yaralandı.

1975 – Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilib. Erməni terror təşkilatı olan ESƏD məsuliyyəti öz boynuna götürüb, lakin sonra digər erməni terror təşkilatı ASALA bu terror aktını onun təşkil etdiyini bildirib. Mütəxəssislərin fikrincə, bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak edib.

1981 – Hüsnü Mübarək Misir prezidenti seçilib.

1987 – Beynəlxalq Atatürk Sülh Mükafatı Almaniya Prezidenti Richard von Weizsaeckerə verilib.

1987 – Türkiyədə ilk yerli istehsal F-16 döyüş təyyarəsi Şener Seat tərəfindən sınaqdan keçirildikdən sonra Hərbi Hava Qüvvələrinə daxil edilib.

1993 – Krımda Krım Respublikasının Prezidenti vəzifəsi yaradılıb.

1994 – Yasir Ərəfat, Şimon Peres və İshak Rabinə Nobel Sülh Mükafatı verilib.

2002 – Pravoslavlıq Gürcüstanda rəsmi dövlət dini elan edilib.

2008 – Birləşmiş Ərəb Əmirlikləri Kosovonun müstəqilliyini tanıyıb.

2012 – Feliks Baumqartner 39 km (128.100 fut) yüksəklikdən uğurlu sıçrayış edib.


Bayramlar və xüsusi günlər

  • Dünya Standartlar Günü.
  • Qoruq işçiləri günü

Doğumlar

1644 – Uilyam Penn, Şimali Amerikada koloniya quran ingilis kvakerlərinin lideri. Pensilvaniya onun adını daşıyır (ö. 1718).

1687 – Robert Simson, şotlandiyalı riyaziyyatçı və tibb doktoru (ö. 1768).

1801 – Josef Plato, belçikalı fizik, stroboskopun ixtiraçısı (ö. 1883).

1873 – Rey Yuri, amerikalı atlet, 8 qat Olimpiya çempionu (ö. 1937).

1890 – Duayt Eyzenxauer, amerika hərbçisi və dövlət xadimi, ABŞ-ın 34-cü Prezidenti (1953-1961) (ö. 1969).

1893 – İp Man, Çin döyüş sənətlərinin ustası (ö. 1972).

1897 – Zinaida Yermolyeva, sovet mikrobioloqu və epidemioloqu, antibiotiklərin yaradıcısı, SSRİ Tibb Elmləri Akademiyasının akademiki (ö. 1974).

1933 – Məmməd Araz, azərbaycanlı şair, publisist, Azərbaycanın xalq şairi (ö. 2004).

1938 – Fərəh Pəhləvi, İran şahbanusu.

1943 – Məhəmməd Hatəmi, İranın 5-ci prezidenti.

1948 – Engin Arık, türk fizik (ö. 2007).

1981 – Samid İmanov, Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.