XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:28

BİLDİRİŞ

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 16.04.2021-ci il tarixli AİBNDX-15/01-5/1720P nömrəli məktubu nəzərə alınaraq və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.2 və 20.2-ci maddələrinə əsasən, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Beyləqan Layihə Tədqiqat İdarəsinin inzibati binasının təmiri işlərinin satın alınması üzrə 12 mart 2021-ci tarixində elan edilmiş kotirovka sorğusunun nəticələri ləğv edilmişdir.


Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi tərəfindən www.e-tender.gov.az portalında 03 mart 2021-ci il və “Respublika” qəzetində 04 mart 2021-ci il tarixində elan olunmuş “MK” Kollektoru üzərində PK 53+50 aşırım körpüsünün əsaslı təmiri işlərinin satınalınmasına dair keçirilmiş açıq tender müsabiqəsində Salyan Melioservis İdarəsi qalib müəyyən olunmuş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Bakı Ali Neft Məktəbinin inzibati binası, tədris və xidmət otaqları, o cümlədən konfrans zalı, Texnologiyaların transferi mərkəzi və server otaqları üçün kondisionerlərin Kotirovkalar sorğusu üsulu ilə satın alınmasına dair keçirilmiş müsabiqədə “BENFIR” MMC qalib elan olunmuş və onunla 16 970,00 (on altı min doqquz yüz yetmiş manat) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


Səhmdarların nəzərinə!

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının keçirilməsi yaranmış zərurətlə əlaqədar 2021-ci il 01 iyun saat 15:00-a təxirə salınmışdır.

Gündəlikdəki məsələ:

1. “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsində dəyişikliklər edilməsi.

2. Digər məsələlər.

Əlaqələndirici şəxs: Aynurə Quliyeva.

Əlaqə telefonu:  (012) 561-48-87.


“Bakı Metropoliteni” QSC tərəfindən 15 aprel 2021-ci il tarixdə Lot-1 üzrə “Bakı  Metropoliteni” QSC üçün Dəftərxana və ofis ləvazimatlarının  satınalınmasına dair “Açıq Tender” üsulu ilə keçirilən müsabiqədə “OFİS ALƏMİ” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 76286.43 (yetmiş altı min iki yüz səksən altı manat, 43 qəpik) manat ƏDV daxil məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“AzerGold” QSC tərəfindən Filizçay polimetal yatağına dair Texniki-İqtisadi Əsaslandırma sənədi və ilkin detallı layihələndirmə sənədləri üzrə iş həcmlərinin hazırlanması istiqamətində məsləhət xidmətlərinin təkliflər sorğusu üsulu ilə satın alınması üçün 21 aprel 2021-ci il tarixində elan edilmiş təkliflər sorğusu üzrə malgöndərənlərin sorğusu əsasında “Dövlət satınalmaları haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən sənədlərin qəbulu tarixi 16 may 2021-ci il saat 15.00-dək uzadılır.

Əlaqələndirici şəxs: Aygül Tağıyeva  (Tel. 012-505-02-02, daxili 1108)

Read 21 times