XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 04 May 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 may 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Cahit Bağçı etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra səfirlə söhbət edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

–Xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, Azərbaycanda günləriniz xoş keçəcək. Əslində, vətəninizdəsiniz və əminəm ki, burada özünüzü evinizdəki kimi hiss edəcəksiniz.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq.  Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır.

Bizim əlaqələrimiz haqqında saatlarla danışmaq olar, siz bütün bunları yaxşı bilirsiniz. Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər.

Mən əminəm ki, siz fəaliyyətiniz müddətində bu əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərinizi göstərəcəksiniz. Sizə uğurlar arzulayıram və “Azərbaycana - Vətəninizə xoş gəlmisiniz!” deyirəm.

Səfir Cahit Bağçı dedi:

–Xoş gördük, cənab Prezident. İlk növbədə, məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Zati-alinizi və hörmətli birinci xanımı salamlayıram.

Cənab Prezidentimizin Sizə salamları və ehtiramı var. Zəfəriniz mübarəkdir, təbrik edirik. İnşallah, mən fəaliyyət dönəmimdə əlaqələrimizin daha da inkişafına, daha da irəli aparılmasına səy göstərəcəyəm. Çox təşəkkür edirəm.

***

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir dedi:

–Cənab Prezident, Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. İcazə verin, Sizə Prezidentimiz Aleksandr Vuçiçin səmimi salamlarını, Sizin və ölkənizin rifahı, inkişafı üçün xoş arzularını çatdırım. Cənab Prezident, qeyd etmək istəyirəm ki, Azərbaycanın həqiqi dostu və strateji tərəfdaşı olan Serbiyanı təmsil etməklə Azərbaycan Respublikasında xidmət etmək imkanına nail olmaq mənim üçün böyük şərəfdir. Təşəkkür edirəm, cənab Prezident.

Səfiri salamlayan Prezident İlham Əliyev dedi:

–Çox sağ olun. Xoş gəlmisiniz. Cənab səfir, sizi görməyə çox şadam. Ümid edirəm ki, Azərbaycanda çox mənalı vaxt keçirəcəksiniz. Həmçinin sizdən Prezident Vuçiçə ən xoş salamlarımı çatdırmağınızı xahiş edirəm. Bilirsiniz ki, biz çox fəal ünsiyyətdə oluruq və dəfələrlə görüşlərimiz olub. Hesab edirəm ki, prezidentlər arasında çox mehriban münasibətlər var və bu da, ölkələr arasında münasibətlər üçün vacibdir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz əməkdaşlığımızı irəli aparmaq üçün əlinizdən gələni edəcəksiniz. Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Sizin dediyiniz kimi ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq sahələri indi bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük irəliləyiş əldə etdiyimiz sahələrə və fəal əməkdaşlığın ilkin mərhələlərində olduğumuz bəzi sahələrdə hansı işləri görə biləcəyimiz məsələsinə yetirməliyik.

Beynəlxalq təşkilatlarda tərəfdaşlığımıza gəldikdə, əminəm ki, biz bir-birimizi dəstəkləməyə, bir-birimizin maraqlarını müdafiə etməyə davam edəcəyik. Biz artıq bir sıra beynəlxalq təşkilatlarda çox yüksək səviyyəli həmrəylik nümayiş etdiririk. Bu, vacibdir. Çünki bu, həqiqətən də bizim əməkdaşlığın səmimi mahiyyətini əks etdirir.

İkitərəfli münasibətlərə gəldikdə, əlbəttə ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik. Siz bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq. Onlar dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər. Düşünürəm ki, diqqəti cəmləşdirəcək çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycanda görəcək işləriniz çox olacaq. Sizə vəzifələrinizi uğurla həyata keçirməyi arzulayıram.

Səfir Draqan Vladisavljeviç:

–Təşəkkür edirəm, Cənab Prezident. Zati-Aliləri, möhtərəm Prezident, ilk növbədə, icazə verin, Azərbaycan Respublikasında olmaqdan və burada xidmət etmək imkanına sahib olmaqdan böyük şərəf duyduğumu bir daha təkrarlayım. Mənim təyinatım Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiçin şəxsi istəyi olub. Buraya gəlişimdən əvvəl bizim təkbətək görüşümüzdə Prezident Vuçiç məndən aşağıdakı mesajları Sizə çatdırmağımı xahiş etdi. İlk növbədə, Prezident Vuçiç Sizə ən səmimi salamlarını çatdırır və Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınız və ölkəniz üçün gördüyünüz hər bir işdə uğurlar arzulayır. Prezident Vuçiç şəxsən Sizinlə dostluğu və dövlətlərimiz arasındakı dostluğu yüksək  qiymətləndirir. O, Serbiya Respublikasının dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini xüsusi vurğuladı, ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini və onu qoruyub saxlamaq, daha da gücləndirmək arzusunda olduğunu bildirdi. Prezident məndən dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə, həmçinin yüksək siyasi səviyyədə daha da təşviq etdirilməsində yaxından iştirak etməyimi xahiş etdi.

Mən, Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə bağlı dəvətini çatdırmaq istərdim. O qeyd etdi ki, həm rəsmi Bakının, həm də rəsmi Belqradın qarşısında Qoşulmama Hərəkatının və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı ildönümünün təşkili ilə bağlı fəal iş durur. O, hərəkatın təsisçisi olan dövlətlərin - Hindistan, Misir, İndoneziya və Qananın liderlərini və əlbəttə ki, Hərəkatın sədri olaraq Sizi bu münasibətlə dəvət etmək niyyətindədir. Siz, Prezident Vuçiçlə birlikdə tədbirə ev sahibliyi edəcəksiniz. O vurğuladı ki, bu, onun şəxsi təşəbbüsü olub və sammit Sizin üçün, Azərbaycan Respublikası və Serbiya Respublikası üçün tarixi əhəmiyyət kəsb edəcək.

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Müasir dövrdə telekommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək inkişaf üçün geniş imkanlar yaratmışdır. Qabaqcıl təcrübələrdə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal transformasiya, eləcə də bu sahədə resurslardan effektiv istifadə innovasiyaların inkişafında hərəkətverici qüvvə hesab olunur. Ölkələr rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafı vasitəsilə səmərəliliyin və şəffaflığın artırılmasına nail olmuşlar. 

 

Ölkədə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülür. İqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır.

İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrilmişdir.

Prezident İlham Əliyev respublikamızda kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə, habelə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında 27 aprel 2021-ci il tarixli fərman imzalayıb. Beləliklə, bu fərmanla “Azərkosmos” ASC-nin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” yaradılır. Bundan sonra agentlik adıçəkilən ASC-nin hüquqi varisi hesab edilir və cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı onun tabeliyinə keçir. 

Yeri gəlmişkən, müvafiq fərmanla agentlik kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla, habelə xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Bu məqamda “Azərkosmos”un yaradılması tarixinə də qısa nəzər salmaq istərdik. Dövlətimizin başçısı Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən etibarən digər sahələrdə olduğu kimi, kosmik sənayenin inkişafını da diqqət mərkəzində saxlayıb. Ölkə rəhbərinin 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Bununla da müasir Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv olub, eyni zamanda xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib. Hazırda Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Xatırladaq ki, “Azərkosmos” ASC tərəfindən idarə edilən və ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək “Azerspace-1” peyki Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Onu da qeyd edək ki, 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da səhmdar cəmiyyət geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Yeri gəlmişkən, “Azərkosmos” ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, ASC 2018-ci ildə ikinci telekommunikasiya peyki olan “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Suverenliyimizin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malik olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri ötən müddətdə ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilib. O cümlədən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qələbənin  qazanılmasında bu peyklərin də fəaliyyəti böyük olmuşdur.

Bütün bunlarla yanaşı, dövlətimizin başçısı tərəfindən peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində verdiyi tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir. Dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq Azərbaycanı seçir. Rəqib peyk operatorlarından fərqli olaraq, “Azerspace-1” üzərindən yayımlanan kanalların məzmun seçiminə xüsusi həssaslıqla, etik və milli mənəvi dəyərlər baxımından yanaşılır. Azərbaycanda keçirilən ilk Avropa Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışlarının “Azerspace-1” peyki üzərindən yayımlanması bunun bariz ifadəsidir. Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb olub.

Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Məsələn, indiyədək kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi ilə pilot layihəsi olaraq, respublikanın dörd rayonunda 5 növ kənd təsərrüfatı məhsulunun məhsuldarlığı proqnozlaşdırılıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. “Azərkosmos” qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyi ötən müddət ərzində bu əlverişsiz mövqeyi üstünlüyə çevirə bilib.

ASC-nin fəaliyyəti Strateji İnkişaf Planı əsasında qurulub, burada korporativ idarəetmənin ən son yenilikləri tətbiq edilib. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən dövrdə peyklərin istismarından böyük həcmdə gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilib.

Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” - Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər. “Azərkosmos” fəaliyyət göstərdiyi dövrdə beynəlxalq əlaqələrin genişlənməsinə də xüsusi əhəmiyyət verib. Məsələn, ASC “Fotoqrammetriya və Yerin Məsafədən Müşahidəsi üzrə Beynəlxalq Cəmiyyət”in (İSPRS) üzvlüyünə qəbul edilib. Bununla da qurum məsafədən müşahidə, o cümlədən Coğrafi İnformasiya Sistemləri sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə fəal və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq imkanı əldə edib.

 

Bəybala BƏYBALAYEV,

“Respublika”.

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli  1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 12 (I kitab), maddə 2328; 2018, N 5, maddə 897, N 8, maddə 1690; 2019, N 1, maddə 60, N 3, maddələr 411, 416, N 6, maddə 1014, N 12, maddə 1923) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “637 000 000 (altı yüz otuz yeddi milyon)” sözləri “798 000 000 (yeddi yüz doxsan səkkiz milyon)” sözləri ilə əvəz edilsin.

2. Bu Fərmanın 1-ci hissəsinin icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin edilsin:

2.1. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinə uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün ayrılan 90,0 (doxsan) milyon manat hesabına;

2.2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.5.1-ci yarımbəndi ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2021-ci ilin dövlət büdcəsindən Fonda ayrılan vəsaitin 71,0 (yetmiş bir) milyon manatı hesabına.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Fond bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 may 2021-ci il.

Published in Fərman

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Litva ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkələrimiz “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə töhfə verir və bu platforma vasitəsilə müxtəlif sferalarda layihələrin həyata keçirilməsinə dəstək göstərilir.

M.Cabbarov ölkəmizin Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə və bu ilin birinci rübü ərzində iki ölkə arasında ticarət dövriyyəsi artıb.

Litvalı nazir qarşılıqlı iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.

 

 

AZƏRTAC

Published in İqtisadiyyat
Çərşənbə axşamı, 04 May 2021 07:58

Mədəniyyətimizin intibah dövrü

“Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Heydər ƏLİYEV,

Ümummilli lider.

 

Bəşəriyyətin ilk insan məskənlərindən biri olan Azərbaycan çox qədim tarixi-mədəni irsə malikdir. Dövlətçilik ənənələri eramızdan əvvəl birinci minilliyə gedib çıxan Azərbaycan xalqı daim bu tarixi-mədəni irsi qorumuş, öz mental individuallığını saxlaya bilmişdir. Azərbaycan kimi kiçik ölkə dünyanın istər siyasi tarixinə, istərsə də elm, mədəniyyət və incəsənətinə zaman-zaman öz əvəzsiz töhfələrini vermiş, onu daim zənginləşdirmişdir. Lakin xalqların böyüklüyü onun ərazisinin genişliyi və ya əhalisinin sayı ilə deyil, yetirdiyi tarixi şəxsiyyətlərlə ölçülür. Bu baxımdan Azərbaycan xalqı sözsüz ki, böyük bir xalqdır. Çünki hər zaman torpağımız dünya mədəniyyətində, siyasətində, ədəbiyyatında xüsusi yeri olan bəşəri keyfiyyətli şəxsiyyətlər yetirmişdir. XX əsrdə isə Azərbaycan torpağının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri Heydər Əliyev olmuşdur.

İkinci minilliyin sonuncu yüzilliyi Azərbaycan üçün çox ağır və keşməkeşli bir dövr idi. XX əsrin əvvəllərində Azərbaycan Rus İmperiyasının çoxəsrlik əsarətindən qurtularaq müstəqillik əldə etdi. Amma bu müstəqillik də uzun çəkmədi. 1918-ci ilin may ayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra süquta yetirildi. Və Azərbaycan 1920-ci ildə zor gücü ilə Sovet imperiyasının tərkibinə qatıldı. Həmin dövrdə azərbaycanlılar nəinki İttifaq ərazisində, elə öz doğma yurdunda belə sıxışdırılırdı və bu proses uzun bir müddət, düz 1969-cu ilə qədər davam etdi.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Heydər Əlirza oğlu Əliyev təyin edildi və elə bu hadisədən sonra azərbaycanlılara qarşı münasibət köklü surətdə dəyişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar ölkəsinə çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, məktəb və bağça binaları, sənaye müəssisələri tikildi, yollar salındı.

Mədəni yüksəlişə hər zaman önəm verən Heydər Əliyev bu sahədə də böyük işlər gördü. 1969-1982-ci illərdə ölkəmizdə 1155 kitabxana, 1316 mədəniyyət sarayı, klub, 44 muzey tikilib istifadəyə verilmişdir. Həmin illərdə istər klassik ədəbi irsimizin təbliği və dünya miqyasında təsdiqi, istərsə də mədəniyyətin bir çox sahələrinin nəzərəçarpacaq inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir. Klassik Azərbaycan ədəbiyyatı, incəsənəti çoxəsrlik tariximizin məhz Heydər Əliyev dövründə, onun bilavasitə dəstəyi və himayədarlığı ilə bütün dünyada tanınmış kino, teatr, opera-balet, təsviri sənət əsərlərimiz sərhədləri aşmışdır.

Heydər Əliyevin gərgin səyi nəticəsində minlərlə azərbaycanlı gənc elmin və təhsilin dərinliklərinə yiyələnmək üçün İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərildi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Azərbaycana sovetlər dönəmində rəhbərlik etdiyi 14 il ərzində yüzilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdir.

“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir” - deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, həmin illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının - əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.

Sonradan Moskvada fəaliyyət göstərdiyi dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və millətini unutmamış, ölkəmizin inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdi. O dövrdə Azərbaycan mədəniyyətinin də inkişafı heç təsadüfi olmamışdır. Belə ki, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, Sovet İttifaqının mədəniyyət üzrə bütün müəssisə və təşkilatlarına rəhbərlik edərkən Heydər Əliyev Azərbaycanın ümumittifaq və ümumdünya mədəni məkanına cəlb olunmasına çalışır, ədəbiyyatımızı, incəsənətimizi geniş təbliğ edir, dünyanı Azərbaycana, Azərbaycanı dünyaya tanıdırdı.

70-80-ci illərdə respublikamızın həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sferasında da Heydər Əliyev böyük canlanmaya və tarixi uğurlara nail olmuşdu. Tale elə gətirdi ki, Heydər Əliyev o dövrdə başladığı işləri 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra da uğurla davam etdirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 ilin hər ili, hər ayı və hər günü yaddaqalan, xalqın rifahına, inkişafına xidmət edən əməllərlə zəngindir. O dövr ümumilikdə Azərbaycanın və eləcə də mədəniyyətimizin intibah dövrü kimi tarixə qızıl hərflərlə yazılıb. “Hər bir xalq öz mədəniyyətinə görə tanınır” - deyən ulu öndərin bu sahəyə xüsusi diqqəti nəzərəçarpacaq dərəcədə çox idi. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbbüsçüsü, ilhamvericisi, təşkilatçısı olmuşdur.

“Azərbaycan sənətkarlar diyarıdır” deyirlər. Ancaq təkcə sənətin və sənətkarın olması kifayət deyil. Onların istedad və əməyinə layiqli qiymət verilməsi, inkişafı üçün şərait yaradılması da olduqca vacib bir amildir. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bütün bu mənəvi xəzinəni yaradan sənətkarlar Heydər Əliyevin daim diqqət və qayğısından bəhrələnmişlər.

Bugünkü səviyyəsinə və dünya xalqları tərəfindən tanınaraq sevilməsinə görə mədəniyyətimizin himayədarı, qayğıkeşi Heydər Əliyevə minnətdar olmalıyıq. Ədəbiyyata, incəsənətə bağlılıq onun fitri istedadından, yaradıcı təbiətindən qaynaqlanırdı. Heydər Əliyev Allah vergisi, gözəllik duyumu və fəhmi ilə hər hansı sənət əsərinə sənətkarcasına yanaşaraq qiymətləndirməyi bacarırdı. Yeni-yeni istedadların tapılıb üzə çıxarılmasında, onların inkişafında bir dövlət başçısı kimi Heydər Əliyevin xüsusi əməyi və qayğısı vardı.

Dövlətin ali mükafatlarını və Prezident təqaüdünü alanlar içərisində çoxluğu mədəniyyət və incəsənət xadimləri təşkil edir. O, tanınmış hər bir sənət adamının yaradıcılığına bələd idi və hər kəsə öz qiymətini verirdi. O, korifey sənətkarlarımızın dünya miqyasında yubileylərini keçirməklə Azərbaycan mədəniyyətinin zənginliyini, bəşəriliyini bütün dünyaya sübut etdi. Korifeylərimizin heykəllərini ucaltmaqla, ev-muzeylərini yaratmaqla onları xalqın yaddaşına əbədi həkk etdi. “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var” - deyən Heydər Əliyev bu incəsənətə, musiqiyə qiymət verməklə kifayətlənmir, onun dünya arenasına çıxması və inkişafı üçün də əlindən gələni əsirgəmirdi. Onun gördüyü hər bir iş, atdığı hər bir addım həm keçmişimizi yaşadır, həm bu günümüzü işıqlandırır, həm də gələcəyimizi yaradırdı. Ölkənin həyatını, xalqın varlığını əks etdirən hər bir sahədə ulu öndərin silinməz izləri var. Bütün zamanlarda bütün nəsillərin bunu bilməsi və qiymətləndirməsi çox vacibdir.

Xoşbəxtlikdən, bu gün də xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, mədəni irsinin yaşadılması və təbliği, eləcə də onun ümumi mədəni səviyyəsinin və dünyagörüşünün yüksəldilməsi ümdə bir məsələ olub daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla ədəbiyyat və incəsənət xadimlərinə keçirilən yubileylər, verilən dövlət mükafatları və adları, ölkəmizin hər yerində yenicə tikilən və əsaslı təmir edilən teatr, muzey, kitabxana binaları, mədəniyyət sarayları, park və bağlar bu sahəyə olan diqqət və qayğının bariz təzahürüdür.

 

Rəşad ƏLİYEV,

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi.

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 04 May 2021 07:57

Heydər Əliyev zirvəsi

Ulu öndər Heydər Əliyev böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyət, xalqın və ölkəmizin tarixində xüsusi rolu olan görkəmli dövlət xadimidir.

Heydər Əliyev Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri ümummilli liderin adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir.

Müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, beynəlxalq aləmdə tərəfdaşlar tapmaq, iqtisadi sahədə islahatlar həyata keçirmək, dövlət ideologiyasının formalaşdırılması Heydər Əliyevin həll etdiyi ümumdövlət miqyaslı vəzifədir. Dövlətçilik baxımından mühüm əhəmiyyətə malik olan həmin vəzifələrin sırasında azərbaycançılıq ideologiyası, əbədiyaşar siyasəti, elm və təhsil konsepsiyası mühüm yer tutur.

Azərbaycanda milli şüurun və milli özünüdərkin bütün formalarının böyük vüsət almasına imkan verən sürətli inkişaf strategiyasının seçilməsi, uğurla həyata keçirilməsi ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının keçdiyi tarixi mərhələlərdə Heydər Əliyev kimi unikal, fenomenal, bənzərsiz dövlət xadiminə rast gəlmirik. O, ən humanist, ən demokratik ideyaları özündə ehtiva edən və bunu israrla həyata keçirən dahi rəhbər idi. Ulu öndərimiz doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq, öz gücünə inanmaq vərdişi yaratdı. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin parlaq nümunəsi oldu. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.

Müasir Azərbaycan xalqının azadlığı və uğur tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin əsas məqsədi ölkəni güclü, demokratik dövlətə çevirmək və doğma xalqına firavan həyat bəxş etmək idi. Ulu öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş, xalqımızın tarixi və taleyində silinməz izlər qoymuşdur. 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıdan öz xalqının böyük oğlu, müdrik siyasətçi, dönməz əqidəsi, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.

1993-cü ildə Heydər Əliyev o dövrdə ölkəmizdə baş alıb gedən böhranın, hakimiyyətsizliyin, vətəndaş qarşıdurması və digər xoşagəlməz halların qarşısını aldı. Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, onu gözləyən real təhlükələrdən xilas etdi. Ulu öndər qısa bir müddətdə sabitliyi bərpa etdi, siyasi və iqtisadi böhranı aradan qaldırıldı, ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu, geniş islahatlar dönəmi başladı. Bu gün fəxrlə qeyd edirik ki, son illərdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi möhtəşəm uğurlarının təməlində o dövrdə Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, gərgin əməyi, iqtisadi islahatları dayanır.

Ümummilli liderimizin dövlət quruculuğundakı xidmətləri də əvəzsizdir. Heydər Əliyev demokratik və hüquqi islahatlarını ardıcıl olaraq həyata keçirdi, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirdi. Onun rəhbərliyi ilə hazırlanaraq, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən, 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul olunmuş Azərbaycanın ilk Milli Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı, demokratik prinsiplər uğurla davam etdirildi. Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Bir sözlə, mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Bununla da milli dövlətçilik, demokratik və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni milli ideologiyanın əsası qoyuldu.

Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyətinin digər ən mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünəlayiq yer tutması, dünyanın ən inkişaf etmiş dövlətləri ilə ikitərəfli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olasıdır.

“Əsrin müqaviləsi” ölkəmizin şöhrətini artırdı. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başladı və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti oldu. Bu gün də onun əhəmiyyət kifayət qədər böyükdür. 2050-ci ilədək bu kontrakt qüvvədə qalacaqdır.

Ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 16-da “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar”.

Müstəqillik uğrunda gedən mübarizədə neft amili həmişə ön planda olub. Neft amili bu gün də Azərbaycanın müstəqilliyinə, onun dünyada layiqli yer tutmasına xidmət edir və bu işdə fədakar neftçilərimiz öz istedadlarını artırır, əsl qəhrəmanlıq nümunəsi göstərirlər.

Dünya azərbaycanlılarının monolit qüvvəyə çevrilməsi, milli diasporumuzun təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarınının I Qurultayı keçirilmiş, müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımız qurultayda iştirak etmiş, bu ali məclisdə Heydər Əliyevin dərin məzmunlu nitqi dünya azərbaycanlılarının qarşısında geniş üfüqlər açmışdır.

Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt unudulmayacaq. Bu gün Azərbaycan xalqı ulu öndərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Ümummilli liderimizin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir. Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə ən qabaqcıl ölkələrdən biridir.

 

Ceyhun MƏMMƏDOV,

“Azpetrol LTD” MMC-nin baş direktoru,

Yeni Azərbaycan Partiyasının üzvü.

Published in Digər xəbərlər
Çərşənbə axşamı, 04 May 2021 07:56

Müstəqil Azərbaycanın memarı

Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər daima hadisələrin fövqündə olmuş, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur.

Hamımız üçün çox doğma və əziz olan Heydər Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsində, sənayemizin, kənd təsərrüfatımızın, sosial-iqtisadi sahələrin güclənməsi yolunda əlindən gələni əsirgəməmişdir.

Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək mütərəqqi lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi gördüyü cənab İlham Əliyevin demək olar ki, 18 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin fikrin təxmin deyil, qəti qənaət olduğunun bir daha fərqinə varırıq.

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət siyasətşünasların, filosofların, tarixçi və araşdırmaçıların tədqiqat mənbəyi olacaq. Ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş İttifaq məkanında bütün sahələrdə inkişafına görə qabaqcıl respublikalar sırasına çıxaran görkəmli dövlət xadimi Heydər Əliyev həmin vaxtlarda bu diyarın müstəqil gələcəyi üçün hərtərəfli potensialın yaradılmasını təmin etmişdir. Dahi şəxsiyyət Azərbaycana rəhbərliyi illərində respublikamızın inkişaf tempinin, quruculuq işlərinin ardıcıl xarakter alması üçün genişmiqyaslı islahatlar reallaşdırmışdır. Onun həyata keçirdiyi iri layihələrin icrası sayəsində iqtisadiyyatın bütün sahələri əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamışdır. Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə yazılmış əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş ulu öndər Heydər Əliyev artıq öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz şəxsiyyət olduğunu nümayiş etdirib.

1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu.

Ulu öndər Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkdi. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu.

Dahi şəxsiyyətin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri müstəqillik dönəminin ən böyük nailiyyətləri olmaqla ölkə tarixinin müasir dövrü üçün silinməz izlər buraxdı. Ümummilli lider respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədiliyi qazanmışdır. Bu, ümummilli liderimizin bütövlükdə, ölkə üçün gördüyü işlərin təcəssümüdür. Hakimiyyətdə olduğu zaman çərçivəsində adını vətənlə bərabərləşdirməyi bacaran böyük şəxsiyyət olduğunu sübuta yetirmişdir. Azərbaycanın yaradıcısı, qurucusu kimi məfhumların isminin yanında təcəssüm olunması Heydər Əliyev dahiliyinin bariz nümunəsidir. Belə bir tarixi sima tutduğu mövqedən asılı olmayaraq, insanların qəlbində öz abidəsini yaradıb. Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq. Azərbaycanın yeni tarixi məhz ulu öndərin liderliyi və müəllifliyi ilə yaranıb. Bu dahi insan dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb.

Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşər əhəmiyyətli işlər görürlər. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir. Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaqlarda məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Ulu öndər Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, tükənməz məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin əməyi ilə Azərbaycanın iyirminci əsr ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatında dönüş yaradaraq ümummilli liderlik ucalığına yüksəlmişdir. Müdrik rəhbər böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və ən başlıcası müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ən böyük nəticəsi xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri də olduqca ağır şəraitdə müstəqilliyimizi xilas etmək, hüquq və ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin əsasını qoymaqdan ibarət olmuşdur. Məhz böyük öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində yeni, real dövlət quruculuğu səhifəsi açılmışdır.

Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə ümummilli lider Heydər Əliyevə minnətdardır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident cənab İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti böyük inkişaf yolu keçir və ulu öndər Heydər Əliyevin bütün arzuları gerçəyə çevrilir.

Xüsusilə qeyd olunmalıdır ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsinə nail olduq. Bu gün biz bu qələbənin sevincini, onun doğurduğu fəxarət hissini yaşayırıq.

Tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki bu vətən var, Heydər Əliyev yaşayacaqdır, nə qədər ki Odlar yurdu Azərbaycan var olacaqdır, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır! Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.

Namizəd İSMAYILOV,

Qaradağ MKTB-nin rəisi.

Published in Digər xəbərlər

Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında Prezident İlham Əliyevin dövlət başçısı kimi 17 illik fəaliyyətinin ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin hərtərəfli inkişafını, xalqımızın böyük qələbəsini təmin etdiyi vurğulanıb.

Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu illər ərzində respublikamızın iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini və regionun lider ölkəsinə çevrildiyini, Vətən müharibəsində Azərbaycan Ordusunun dövlətimizin gücünü, hərb tarixinə düşən və öyrənilən nadir əməliyyatları ilə dünyanın ən güclü 50 ordusundan biri olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Nazir bildirib ki, işğaldan azad olunmuş doğma torpaqlarımız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəlir. Çoxşaxəli islahatlara dəyərli töhfələr verən respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr reallaşdırılır.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan ən şanlı dövrünü yaşayır. Nüfuzlu beynəlxalq reytinq təşkilatlarının verdiyi yüksək qiymət - ölkəmizin davamlı olaraq 10 ən islahatçı dövlətlərdən olması, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə qərarlaşması respublikamızın hərtərəfli və davamlı inkişafının əyani təzahürüdür.

Bununla əlaqədar sosial-iqtisadi tərəqqiyə, əhalinin rifahına xidmət edən uzunmüddətli strategiyaların, o cümlədən 2030-cu ilədək milli prioritetlərin, digər dövlət proqramlarının və milli fəaliyyət planlarının müstəsna əhəmiyyəti qeyd olunaraq ölkə həyatının ayrı-ayrı sahələri üzrə tədbirlərin sistemli, ardıcıl və kompleks şəkildə həyata keçirildiyi bildirilib.

Kollegiyada Azərbaycan Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın bu sahədə işin təkmilləşdirilməsində, layihələrin hazırlanması ilə bağlı vahid standartların müəyyən edilməsində, məlumatların sistemli toplanılmasında, monitorinq və qiymətləndirmənin daha səmərəli aparılmasında mühüm rolu qeyd edilərək nazirliyə verilmiş tapşırıqların həmin sənədin tələbləri nəzərə alınmaqla vaxtında, dürüst və keyfiyyətlə icrasına nəzarətin gücləndirilməsi tapşırılıb.

Eyni zamanda, kollegiya iclasında açıq hökumətin təşviqi, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tədbirlər müzakirə olunub. Bildirilib ki, dövlətimizin başçısı ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətə hər zaman müstəsna əhəmiyyət verir. Bu məqsədlə “İctimai iştirakçılıq haqqında” mühüm Qanun, vətəndaş cəmiyyəti və media ilə səmərəli işin təşkili və bu sahəyə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı yeni fərmanlar qəbul olunub. Həmçinin ictimaiyyətlə əlaqələr sahəsində işin çevik və səmərəli təşkili məqsədilə vahid kommunikasiya siyasəti həyata keçirilir.

Bununla bağlı müvafiq təlimatlara və tövsiyələrə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən görülən işlər qeyd olunub, media və vətəndaş cəmiyyəti ilə fəaliyyətin vahid strategiya əsasında həyata keçirilməsi, bu məqsədlə ədliyyə fəaliyyəti üzrə Kommunikasiya Strategiyasının işlənib hazırlanmasına dair tapşırıqlar verilib.

Həmçinin uzun illərdən bəri ictimai iştirakçılığı təmin edən mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər müzakirə olunaraq müvafiq Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Kollegiya iclasında dövlətimizin başçısının rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində nazirliyin tabe qurumlarının, o cümlədən regional ədliyyə idarələrinin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr islahatlarının aparılması, yerli ədliyyə orqanları ilə əlaqəli işin və nəzarətin səmərəliliyinin artırılması, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası işinin yüksək tələblər səviyyəsində müasirləşdirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib.

Eyni zamanda, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq cari ildə ölkəmizin cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəyə, hüquqi sahədə rəqəmsal çağırışlara həsr olunan mötəbər beynəlxalq hüquq forumlarında fəal təmsil olunduğu, Azərbaycan həqiqətlərinin, təcavüzkar Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə geniş çatdırıldığı vurğulanıb, bu sahədə ardıcıl tədbirlərin davam etdirilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, o cümlədən Yaponiya ilə ədliyyə sahəsində əməkdaşlıq sənədinin razılaşdırılması, bu ərəfədə Özbəkistanla imzalanmış Əməkdaşlıq Proqramının səmərəli implementasiyası ilə bağlı tapşırıqlar verilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələrinə baxılaraq təsdiq edilib, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 4