XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:35

Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzləri bu il istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə uşaq reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzləri inşa etdirilir.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, hər biri 50 çarpayılıq mərkəzlərdə il ərzində 1800-ə yaxın sağlamlıq imkanları məhdud uşaq səmərəli fizioterapevtik müalicə prosedurları əsasında reabilitasiya xidmətləri ilə təmin ediləcək. Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzlərinin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, son iki ildə və cari ilin ilk rübündə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq, yenidən qurulmuş şəkildə istifadəyə verilib. Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya  xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 30 minə çatacaq.

Mustafa Kamal,

“Respublika”.

Read 66 times