XƏBƏR LENTİ

Çərşənbə axşamı, 04 May 2021 07:43

AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə - Mineralnıye Vodıyə  aviabilet satışına başlayır. Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər may ayının  30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür. Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir. Aviaşirkət “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökümətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir. 

 

Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin Rusiya ərazisinə giriş hüququ olmalı və koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim etməlidirlər. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin https://www.azal.az/az/information/covid-russia saytında qeyd edilmişdir.  Azərbaycanda COVİD-19 üçün test verilə bilən klinikaların siyahısı ilə aviaşirkətin https://www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.

Mineralnıye Vodı-Bakı istiqamətində reysin sərnişinlərinin Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalı, koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.

Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin https://www.azal.az/az/information/covid-azerbaijan saytında   qeyd edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar

Hər iki istiqamətin sərnişinləri  testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalı və pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə https://youtu.be/-s-0s4o1L2M saytında  tanış olmalıdırlar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti.

Read 33 times