XƏBƏR LENTİ

Bazar, 02 May 2021 08:42

Moldovadakı Şuşa Şəhidlər xiyabanında Azərbaycandan gətirilən şabalıd ağacları əkilib

Bu ilin yazından Moldovadakı Şuşa Şəhidlər xiyabanı daha da füsunkar olacaq. Belə ki, Azərbaycandan gətirilən ağaclar həyatını Vətəninə qurban verənlərin əbədi xatirəsinin rəmzi kimi münbit Moldova torpağında möhkəm kök salacaq.

AZƏRTAC xəbər verir ki, “Əbədiyyət” Memorial Kompleksinin ərazisindəki xiyabanda Moldova Azərbaycanlıları Konqresi (MAK) tərəfindən ölkəmizin Moldovadakı səfirliyi ilə birlikdə Azərbaycandan gətirilən şabalıd ağacları əkilib.

Tədbirdə MAK-ın sədri Elçin Bayramov, Azərbaycanın Moldovadakı səfirliyinin nümayəndəsi Çingiz Nuriyev, MAK üzvləri və Moldovada təhsil alan Azərbaycan diasporundan olan tələbələr iştirak ediblər.

 

 

AZƏRTAC

Read 48 times