XƏBƏR LENTİ

Çərşənbə, 17 Mart 2021 10:22

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesabalama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi  qərara alır:

1. Nəsir İbrahim oğlu Sadıqov Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilsin.

2. Cavid Fəzail oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova Azərbaycan Respublikası Hesablama Palatasının auditorları təyin edilsinlər.

Sahibə Qafarova,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri.

Bakı şəhəri, 16 mart 2021-ci il.

Read 137 times