XƏBƏR LENTİ

Şənbə, 23 Noyabr 2019 10:23

Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb

Rusiya telekanalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfəri barədə reportajlar yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər proqramının zəngin olduğu vurğulanıb. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını Rusiya Hökumətinin Sədri Dmitri Medvedevə çatdırıb.

Vurğulanıb ki, Birinci vitse-prezident X Rusiya-Azərbaycan Regionlararası Forumunda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak edəcək. Pavilyon kompleksin 80 illiyi münasibətilə yenidən bərpa edilib.

“Rossiya-24” telekanalında yayımlanan reportajda bildirilib ki, Dmitri Medvedevin Mehriban Əliyeva ilə görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

“Rossiya-1” kanalında yayımlanan reportajda da görüş barədə geniş məlumat verilib.

Həmçinin Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi səfər çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə də tanış olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq 17 ildir Azərbaycanda Gimnastika Federasiyasının prezidentidir.

 

 

 

 

 

AZƏRTAC

Read 116 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498047

Currently are 103 guests and no members online