XƏBƏR LENTİ

Çərşənbə, 11 Yanvar 2017 07:43

Prezident İlham Əliyev Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlıq əlaqələrimizin genişlənməsinin önəmi qeyd olunub. Söhbət zamanı humanitar sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilərək, Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyi əminliklə qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

 

 

 

Read 119 times