XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:39

KTMT-nin baş katibi Nikolay Bordyujanın bəyanatına Rusiya XİN-in münasibəti

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı bəyanatına münasibət bildirib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya XİN-in açıqlamasında KTMT-yə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin təşkilatın bu ilin oktyabrın 14-də Yerevanda qəbul olunan birgə bəyanatında aydın ifadə olunduğu diqqətə çatdırılıb.

Açıqlamada, həmçinin Rusiya XİN atəşkəs rejiminə riayət etməyin vacibliyini vurğulayıb: “Baş vermiş insident nəticəsində hər iki tərəfdən hərbi qulluqçular arasında itkilər var. Rusiya həlak olan hərbçilərin ailələrinə başsağlığı verir, tərəfləri atəşkəs rejiminin pozulmasına yol verməməyə və vəziyyətin sabitləşməsi üçün lazımi addımlar atmağa çağırır”.

AZƏRTAC

 

 

 

Read 69 times