XƏBƏR LENTİ

Çərşənbə axşamı, 06 Aprel 2021 09:01

İraqlı deputat: Azərbaycanın Vətən müharibəsində Qələbəsi hər birimizi sevindirir və qürurlandırır

Biz İraq türkmənləri olaraq Bakıda olmağımızdan çox məmnunuq. Bu səfər İraq və Azərbaycan xalqları arasında qardaşlığın, dostluğun təzahürüdür. Ölkələrimizi, xalqlarımızı birləşdirən bir çox amillər var. Bu amillərdən biri dahi Azərbaycan şairi, mütəfəkkiri və filosofu Füzulidir. Füzulinin Kərbəlada, Kərkükdə nişanələri var. 

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanda səfərdə olan İraq parlamentinin nümayəndə heyətinin üzvü, parlamentin İnsan haqları komitəsinin sədri Arşed Rəşad Fath Allah al-Salihi bildirib.

Azərbaycanın Vətən müharibəsində Qələbəsi onları sevindirdiyini və qürurlandırdığını deyən iraqlı deputat qeyd edib: “Can Azərbaycanın uğurları, böyük Zəfəri haqqında bütün dünya bilməlidir. 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarını azad etmək böyük uğurdur”.

İraq və Azərbaycan xalqları arasında qardaşlığı, dostluğu daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edən deputat İraq və Azərbaycan parlamentləri arasında münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

 

AZƏRTAC

Read 75 times