XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:46

Məzahir Pənahov: Bu il keçiriləcək bələdiyyə seçkilərində siyasi partiyalar fəallıq göstərirlər

Bu il keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək. Seçkidə iştirak etmək istəyən həmin siyasi partiyaların irəli sürdüyü namizədlər qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ifadə edib.

MSK sədri bildirib ki, seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdəbiri siyasi partiyaların namizədləridir.

“Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir”, - deyə M.Pənahov əlavə edib.

Onun sözlərinə görə, 1606 bələdiyyəyə 15 min 156 bələdiyyə üzvü seçilməlidir. Bələdiyyə seçkiləri ilə bağlı 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb.

Məzahir Pənahov qeyd edib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb. Bülletenlərə 41 min 800-dən artıq namizədin adı daxil olunacaq. Əgər qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adının üzərindən xətt çəkiləcək.

MSK sədri bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir. O əlavə edib ki, noyabrın 30-dan etibarən namizədlərin təşviqat mərhələsinə başlanılıb.

“Qanunvericiliyin tələblərinə uyğun olaraq onlara açıq və qapalı yerlər ayrılıb. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb və MSK tərəfindən də nəzarətdədir. Təxminən 3500 belə ünvan var ki, onların 1700-dən çoxu açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq”, - deyə Məzahir Pənahov vurğulayıb.

 

 

AZƏRTAC

Read 72 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498004

Currently are 90 guests and no members online