XƏBƏR LENTİ

Cümə, 22 Noyabr 2019 05:45

Əli HƏSƏNOV: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar

Azərbaycan Qərbin liberal həyat tərzini, məsələlərə liberal yanaşmasını anlayır. Amma öz ölkəsində həm ictimai-siyasi, həm də iqtisadi sahədə ciddi nümunələr göstərə, özünü tapa bilməyən, ayrı-ayrı səbəblərdən öz ölkəsini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müxalifətin “miqrant alveri” və Almaniyadan bir sıra azərbaycanlının deportasiya olunması məsələsinə münasibət bildirərkən səsləndirib.

“Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan edirdik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdilər ki, nəyə görə bu insanları başqa adlarla, uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini, qaçqın kamplarında yaradılan şəraiti də bilirdik. Azərbaycan dövlətinin dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdanların yerləşdirilməsi, işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən Azərbaycan vətəndaşlarının xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən, bu cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları dövlətçilik ətrafında sıx birləşəcəklər”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Əli Həsənov, həmçinin deportasiya olunan azərbaycanlıların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, bunların heç bir əsası yoxdur. “Əlbəttə, onların hər birinin fəaliyyəti Azərbaycanda araşdırılır və araşdırılacaq. Biz Azərbaycan vətəndaşlarının hər biri üçün bu ölkədə yaşayış, iş, fəaliyyət şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan və vətəndaş amili, onların maraqları dayanır. Ona görə də Azərbaycana qaytarılan insanların hər birinin ölkəmizin vətəndaşı olaraq gələcək həyatını qurması üçün lazım olan şərait yaradılacaq və onlara lazımi dəstək veriləcək. Cinayət törətmiş qrup və ya insanlara gəlincə, onlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim, o cümlədən, Almaniya və Fransanın da hüquq-mühafizə orqanları araşdırma aparırlar”, - deyə Əli Həsənov vurğulayıb.

 

 

AZƏRTAC

Read 113 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər497999

Currently are 83 guests and no members online