XƏBƏR LENTİ

Cümə, 16 Dekabr 2016 09:53

Amos Hokstayn: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması istiqamətində səylərini davam etdirəcək

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda, Avropada enerji təhlükəsizliyini və siyasi təhlükəsizliyi, eləcə də şaxələndirməni təmin edən layihələrdən biridir. ABŞ bu layihəni Bakı-Tbilisi-Ceyhan qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür.

Bu fikirləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn dekabrın 15-də Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

“Biz bundan əvvəl Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəklədiyimiz, layihənin əhəmiyyətini anladığımız kimi, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını da dəstəkləməkdə davam edəcəyik”, - deyə A.Hokstayn vurğulayıb.

Dövlət Departamentinin rəsmisi qeyd edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlər bir çox sahələri əhatə edir.

AZƏRTAC

 

 

 

Read 22 times