XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 10:48

Aqrar sahə: Ölkədə iribuynuzlu mal-qaranın baş sayı artıb

Ölkəmizdə aqrar islahatların uğurla həyata keçirilməsi, dövlətin fermerlərə ardıcıl maddi dəstəyi (əkin sahələrinə verilən subsidiyalar, gübrə, toxum, cins mal-qara verilməsi və s.) kənd təsərrüfatının bütövlükdə tərəqqisini, o cümlədən heyvandarlığın dinamik inkişafını təmin etmişdir.

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2021-ci il yanvarın 1-nə ölkədə 2 milyon 650 min 700 baş iribuynuzlu mal-qara mövcud olmuşdur. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 100,2 faiz və ya 3 min başdan çoxdur.

Ən çox iribuynuzlu mal-qara Sabirabad rayonundadır - 123 min başa yaxın. Bərdə, Cəlilabad və İmişli rayonlarında olan mal-qaranın baş sayı da 100 minə yaxınlaşır. Ağcabədi rayonunda isə bu rəqəm 80 min baş civarındadır.

Masallı, Ağdaş, Quba, Şəmkir, Şəki, Zaqatala, Lənkəran və başqa rayonlarda da göstərilən sahə dinamik inkişaf etməkdədir.

N.CAVADOV,

“Respublika”.

Read 75 times