XƏBƏR LENTİ

Bazar, 14 May 2017 10:11

“Ekol”un uğurları artır

2006-cı ildə ARDNŞ-in (51 faiz) və “Lancer” Environmental Consaltinq Şirkətinin (49 faiz) təsisçiliyi ilə yaradılmış və ekoloji yönümlü layihələrin müvəffəqiyyətlə yerinə yetirilməsi sahəsində özünü təsdiq etmiş “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində ISO 14001, 9001 və OHSAS 18001 standartlarını əsas tutaraq SOCAR və digər müəssisə və təşkilatlarla ətraf mühit layihələrində əməkdaşlıq edir.
Ötən illərdə olduğu kimi 2017-ci ilin I rübündə də “Ekol Mühəndislik Xidmətləri” QSC neft sənayesi sahələrində yüksək səviyyəli xidmətləri və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətləri ilə “Sifarişçi” təşkilatların etimadını qazanmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) əvvəlki illərdə olduğu kimi, bu ilin I rübündə də tullantıların idarə olunması sahəsində “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdir. TED-in 6-cı sahəsində (H.Əliyev adına NEZ-in 9 saylı sahəsi), NEZ-dən mexaniki təmizləyici qurğulara daxil olan 4 mln. 140 min 038 kubmetr sənaye çirkab və axıntı suları təmizlənmiş, 5 min 936 ton neftşlam müasir qurğular vasitəsilə emal edilərək zərərsizləşdirilmişdir.
2017-ci ilin müvafiq dövründə QSC-nin “Sifarişçi” təşkilatları olan Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi QSC, FHN-in qəza-xilasetmə xidməti, SOCAR-ın Qaz Emalı Zavodu, Neft Kəmərləri İdarəsi, Kompleks Qazma İşlər Tresti və Ekologiya idarəsi, “AAS-EKOL” MMC, “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “AAS-ATE” MMC və digər təşkilatlardan qəbul edilmiş müxtəlif növ tullantılar (şlam, neftşlam, yağlı su və torpaq məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar, ərsin parafini və s.) TED tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti 2017-ci ilin I rübündə fəaliyyətini iş planına uyğun olaraq davam etdirmiş, “Sifarişçi” təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laborator xidmətləri göstərmiş və İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun fəaliyyət həyata keçirmişdir. İ rüb ərzində idarə və müəssisələrdə ekoloji monitorinq işləri aparılmış, fiziki-kimyəvi və kimyəvi təhlillər edilərək laborator xidmətlər göstərilmişdir. Müvafiq müqavilələrə əsasən, EMD tərəfindən, SOCAR-ın Qaz Emalı Zavodunun və “Kompleks Qazma İşləri” Trestinin “AzGerneft” MMC-nin, “Balakhanı Operating Company” LTD-nin Azərbaycan Respublikasındakı filiallarının mədən və istehsalat ərazilərində dövrü ekoloji monitorinq işləri aparılmışdır.
I rüb ərzində Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) mütəxəssisləri tərəfindən götürülmüş 271 nümunə üzərində 918 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır. Axıntı suyundan tələb olunan inqrediyentlər üzrə laboratoriya təhlilləri aparılmışdır. Yerinə yetirilən ekoloji monitorinq işləri zamanı müəssisələrdə formalaşan 46-dan çox axıntı su nümunələri götürülərək EMD-nin KTL-da təhlil olunmuşdur.
İstehsalat sahələrində atmosferin çirklənmə dərəcəsinin və radiasiya tonunun dəyişmə intervalları üzrə müvafiq cihazlarla ölçmə işləri aparılmışdır.
SOCAR-ın fəaliyyət sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində təsdiq etdiyi kompleks tədbirlər planı çərçivəsində neft-qaz sənayesi sahələrində ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə yaşıllıqların salınması və inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
2017-ci ilin I rübündə “Azneft” İB ilə birlikdə TRD-nin kollektivi SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində ümumilikdə 80 min 951 ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı, QSC və “Azneft” İB NQÇİ-lərinin mədən ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə yeni sahələrdə müxtəlif növ ağacların əkilməsini təmin edir.
Hazırda TRD-nin xidməti sahələrində mövsümi işlərin yerinə yetirilməsi ilə yanaşı, yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərin normal inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2017-ci ilin ötən dövrü ərzində TRD-nin “Azneft” İB-nin “Bibiheybətneft” ərazisində iməcilik keçirilmiş, ərazidə 1500 ədəd müxtəlif növ ağac və kol bitkiləri SOCAR-ın və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları tərəfindən əkilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Ekologiya İdarəsi ilə bağlanmış servis müqaviləsinə əsasən Tullantıların İdarəedilməsi Mərkəzində qurğu və avadanlıqların sınaq-sazlama işlərinin həyata keçirilməsi, onların işçi rejimə çıxarılması, effektiv istifadə edilməsi, o cümlədən tullantıların idarəedilməsi xidmətlərini həyata keçirir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2017-ci ilin İ rübündə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək ilə uğurla başlamışdır.
2017-ci ilin I rübü ərzində Nəqliyyat Sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar ilə “Suraxanı OYL Opereyşn” Kompani S.A. şirkətinin mədən ərazilərindən 4578 kubmetr mədən axıntı suları, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsi ərazisindən 842 kubmetr və “Bibiheybət” Gəmi Təmiri zavodundan 20 kubmetr, axıntı çirkab suları daşınaraq təmizlənmişdir. Nəqliyyat sexinin işçiləri yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşılarına məqsəd qoymuşlar.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Elektromexanika sexinin peşəkar mütəxəssisləri 2017-ci ilin I rübündə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Belə ki, Elektromexanika sexi tərəfindən müəssisənin bütün istehsalat sahələrində bir sıra təmir-bərpa, texniki-baxış və sazlama işləri həyata keçirilmişdir. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi bundan sonra da qarşıya qoyulmuş vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.

Ramil ƏLİYEV,
“EKOL Mühəndislik Xidmətləri”
QSC-nin baş direktoru.

Read 146 times