XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:27

Quşçuluğun inkişafına diqqət artırılır

Azərbaycan Dövlət Aqrar Universitetində müştərək elmi-tədqiqat işlərinin aparılmasına dair daha bir layihə əsasında yeni müqavilə imzalanmışdır. Yeni imzalanan müqavilədə məqsəd Azərbaycanda quşçuluq sahəsində damazlıq işlərini və quşçuluğun inkişafını sürətləndirmək, müştərək elmi-tədqiqat işlərininin aparılmasını təşkil etmək, əldə olunan nəticələri fermer və sahibkarlara tövsiyə xarakterli təlimatlarla çatdırmaqdır.

Müsüslü Damazlıq Quşçuluq təsərrüfatının rəhbəri Qiyas Hacıyevlə müqavilə bağlanmazdan əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin zəngin və şərəfli tarixi  barədə ətraflı məlumat verərək  qeyd  etdi  ki, bu müqavilədə əsas hədəfimiz quşçuluqda elmi baza yaratmaq, tələbələrin istehsalat təcrübəsini təmin etmək və bazar rəqabətli kadrlar hazırlamaqdır. Yaxın vaxtlarda daha bir neçə müqavilə isə universitetin müvafiq fakültələri ilə şoran torpaqların təmizlənməsi və əkinə tam yararlı hala gətirilməsi ilə əlaqədar olacaq. Aparılacaq elmi-tədqiqat işlərinin şərtlərinə uyğun müəssisə tərəfindən ADAU-nun quşçuluq tədris mərkəzinə pulsuz olaraq 2 min cücə, dərman və peyvənd vasitələri, həmçinin 8 ton quş yemi veriləcək. Aqrar Universitet isə saxlanılan cücələrin və istifadə edilən yemlərin bütün texniki parametrlərini elmi əsaslarla işləyib müvafiq tövsiyə xarakterli təlimatların yayılmasını, həmçinin bu sınağın elmi jurnallarda və kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edəcəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.

 

 

 

Read 32 times