XƏBƏR LENTİ

Cümə, 16 Dekabr 2016 09:45

Daşkəsən məktəblisi rəsm müsabiqəsinin sertifikatına layiq görülmüşdür

Ombudsman Aparatı 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə uşaq hüquqlarının müdafiəsi və təbliği üzrə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirmişdir. Müsabiqənin məqsədi uşaqlara hüquqlarını izah etmək, bu sahədə maarifləndirilməyə nail olmaqdır. Müsabiqədə respublikanın müxtəlif bölgələrindən olan 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak etmişlər.

Sözügedən müsabiqədə Daşkəsən rayon Uşaq Yaradıcılıq Mərkəzinin yetirməsi, A. Mürsəlov adına şəhər  2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Aysun Qurbanlının yazısı öz orijinallığı və aktuallığı ilə fərqlənmiş, müsabiqənin sertifikatına layiq görülmüşdür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təbrik məktubunu və sertifikatı, həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından hədiyyəni Daşkəsən şəhər A. Mürsəlov adına 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Aysun Qurbanlıya RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov təqdim etmiş və məktəbliyə yeni-yeni uğurlar arzulamışdır.

 

Zabit XƏLİLOV,

“Respublika”.

 

 

 

Read 20 times