XƏBƏR LENTİ

Qəbələ şəhərində keçirilən XIII Dünya Skaut Gənclər Forumu çox yüksək səviyyədə təşkil edilib. Bu forum iştirakçı ölkələrin və gənc skautların sayına görə əvvəlki forumlardan çox böyükdür. Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm və hər dəfə müsbət dəyişikliyin, inkişafın şahidi olmuşam. Əvvəllər şəhərsalma ilə məşğul olmuşam və Bakını gördükdə yaxşı mənada təəccübləndim, şəhərdəki qədim və müasir binaların harmoniyasını, inkişafı gördükdə sevindim.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələdə səfərdə olan Dünya Skaut Hərəkatı Təşkilatının icraedici orqanı olan Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves jurnalistlərə müsahibəsində deyib.

O, Azərbaycanda və dünyada skaut hərəkatının inkişafı üçün Qəbələ forumunun əhəmiyyətini yüksək qiymətləndirib, son illər hərəkatın genişləndiyini, gənclərin bu sahəyə marağının artdığını bildirib: “Dünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir. 1907-ci ildə yaradılan Skaut hərəkatının məqsədi  gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək edir”.

Komitə sədrinin fikrincə, Azərbaycanda turizmin inkişafı və ölkənin dünyada tanıdılması üçün bu cür böyük tədbirlərin Qəbələ və Bakıda təşkil edilməsi düzgün addımdır. “Bilirsiniz ki, Dünya Skaut Komitəsinin 41-ci konfransı və XIII Dünya Skaut Gənclər Forumu səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilir. Hazırda Qəbələdə keçirilən XIII Dünya Skaut Gənclər Forumunda 133 ölkədən 18-26 yaş arası 320 gənc iştirak edir”, - deyə o vurğulayıb.

Joao Armando Qonsalves müsahibəsində Azərbaycanın milli yeməklərini, Qəbələnin gözəl təbiətini çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər olduğunu da qeyd edib.

 

AZƏRTAC

Avqustun 8-də “Dəniz kuboku-2017” müsabiqəsinin ikinci mərhələsinin “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə tapşırığı 2 dəqiqə 13 saniyəyə icra edən Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı birinci, 2 dəqiqə 20 saniyə nəticə ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin ekipajı ikinci, 2 dəqiqə 21 saniyə nəticə ilə Rusiya Hərbi Dəniz Donanmasının  “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı üçüncü, 2 dəqiqə 26 saniyə nəticə ilə İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket katerinin ekipajı isə dördüncü yerə layiq görülüb.

“Dəniz kuboku-2017” müsabiqəsinin sonuncu üçüncü mərhələsi avqustun 9-da keçiriləcək.

 

 

AZƏRTAC

Çərşənbə, 09 Avqust 2017 07:47

DÜNYA BU GÜN

NIKKI HEYLI: ABŞ KXDR-IN TƏHDIDINDƏN QORXMUR
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli “Fox News” telekanalına verdiyi müsahibədə iqtisadiyyat sahəsində Şimali Koreyaya tətbiq edilən yeni sanksiya qərarlarını dəyərləndirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Yeni sanksiyaları Şimali Koreyaya “endirilmiş yumruq zərbəsi” kimi dəyərləndirən Nikki Heyli bu ölkənin təcavüzkar mövqeyi və göstərdiyi reaksiyalardan narahat olduğunu bildirib.
Daha əvvəl Şimal Koreyaya nüvə fəaliyyətlərinə son qoyması barədə kifayət qədər təzyiq etmədiyinə görə tənqid olunan Çin və Rusiya bu dəfə BMT Təhlükəsizlik Şurasının sanksiya qərarına dəstək olublar. Bu halı xüsusilə qeyd edən Nikki Heyli vurğulayıb ki, Şimali Koreya artıq beynəlxalq ictimaiyyətin yekdil olduğunu açıq şəkildə gördü.
Eyni zamanda, Nikki Heyli bildirib ki, Çin və Rusiya bu vacib məsələdə geri addım atmadı. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasında hər kəs “artıq bu məsuliyyətsizliyi daha çox izləmək istəmirik” dedi.
Nikki Heyli qeyd edib ki, Şimali Koreya ticarətinin 90 faizini Çinlə reallaşdırır və buna görə sanksiyalara Çinin dəstək olması böyük əhəmiyyət daşıyırdı və bu ölkə öz gücünü göstərərək sanksiyaları tətbiq edəcəyini ortaya qoydu.
Nikki Heyli Şimali Koreyanın ABŞ-a “Ciddi dərs verməyə hazırıq” təhdidinə cavab olaraq bildirib ki, “ölkəsi göstərilən reaksiya və təhdidlər qarşısında geri çəkilmək fikrində deyil”.
“Şimali Koreya hər dollardan xalqının rifahı üçün yox, nüvə silah istehsalında istifadə edir. Qəbul edilən sanksiya qərarları Şimali Koreyanın raket sınaqı gücünü məhdud edəcəkdir”, - deyə Nikki Heyli bəyan edib.


DONALD TRAMPIN REYTİNQİ DÜŞMƏKDƏ DAVAM EDIR
ABŞ prezidenti Donald Trampın ölkə vətəndaşları arasındakı reytinqi andiçmə mərasimindən ötən müddətdə ən aşağı səviyyəyə enib. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu “CNN” telekanalının sifarişi ilə keçirilən rəy sorğusu göstərir.
Məlumata görə, əgər fevral və mart aylarında respondentlərin 45 faizi Donald Trampa rəğbət bəsləyirdisə, hazırda bu rəqəm 38 faizə enib. Prezidentin fəaliyyətini dəstəklənməyənlər isə rəyi soruşulanların 56 faizini təşkil edir.
Eyni zamanda, respondentlərin qarşısında qaldırılan “Trampa etibar etmək olarmı?” sualına vətəndaşların yalnız 40 faizi müsbət cavab verib, rəyi soruşulanların 60 faizi isə prezidentə inanmadıqlarını qeyd ediblər.
Bununla yanaşı, respondentlərdən Ağ Evə etibar edib-etməmələri də soruşulub. Bu suala isə 24 faiz müsbət, 43 faiz vətəndaş isə mənfi cavab verib.
Xəbər verilir ki, telefon vasitəsilə keçirilən sorğuda ümumilikdə 1018 respondent iştirak edib.


HENRI KISSINCER: İRAN YENIDƏN BÖYÜK IMPERIYA OLA BILƏR
“The Independent” qəzetində dərc olunmuş məqalədə bildirilir ki, keçmiş dövlət katibi Henri Kissincer “İranın yenidən böyük imperiya” ola biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə “BBC” agentliyi məlumat yayıb.
Keçmiş diplomat iddia edir ki, İŞİD məğlub edildikdən sonra Tehran onun ərazilərinə nəzarəti ələ alarsa, nəticədə İran böyük imperiyaya çevriləcək.
Prezident Riçard Niksonun vaxtında dövlət katibi olmuş 94 yaşlı Henri Kissincer ABŞ-ın Yaxın Şərq münaqişələrində kiminsə tərəfini tutmasının təhlükəli ola biləcəyini vurğulayıb.
Henri Kissincer bildirib: “Hazırkı şəraitdə ənənəvi “düşmənimin düşməni mənim dostumdur” düsturu işləmir. Müasir Yaxın Şərqdə “düşməninin düşməni sənin də düşmənin” ola bilər. Yaxın Şərq dünyanı öz ideologiyalarının səbatsızlığı ilə yanaşı, həm də müəyyən hərəkətləri ilə təsirləndirir”.
Keçmiş diplomat məqaləsinə belə davam edir: “Ətraf aləmin İŞİD-lə müharibəsi bunun parlaq nümunəsi ola bilər. Şiə İran və aparıcı sünni dövlətləri də daxil olmaqla, əksər ölkələr İŞİD-in məhv edilməsinin zərurətini qəbul ediblər. Lakin bu təşkilatın itirdiyi ərazini kim nəzarətə götürəcək? Sünni koalisiyası? Yoxsa bu ərazilər İranın təsir dairəsinə düşəcək?”
“Cavab qeyri-müəyyəndir, çünki Rusiya və NATO ölkələri qarşıduran tərəfləri dəstəkləyirlər. Əgər İŞİD ərazisi İnqilab Keşikçiləri və ya onun tərəfindən təlimləndirilmiş şiə qüvvələri tərəfindən zəbt olunarsa, nəticədə Tehrandan Beyrutadək uzanan ərazi qurşağı yaranacaq. Bu isə yeni böyük İran imperiyasının başlanğıcı ola bilər”, - deyə Henri Kissincer vurğulayıb.


AMERIKALI DIPLOMATLAR KÖRFƏZ BÖHRANININ HƏLLINƏ ÇALIŞIR
Küveytin xarici işlər nazirinin müavini Xalid əl Carallah Körfəz böhranını həll etmək üçün ölkədə səfərdə olan amerikalı rəsmilərlə görüşüb. Ölkənin “KUNA” xəbər agentliyinin verdiyi xəbərə görə, Xalid əl Carallah ABŞ-ın dövlət katibinin müavini Timoti Lenderkinq və istefada olan general Entoni Tsinni ilə bir araya gəlib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Görüşdə Körfəz böhranının həlli ilə əlaqəli atılan addımlarla yanaşı, iki ölkə arasındakı dostluq əlaqələri, regional və beynəlxalq sahədəki son vəziyyət müzakirə olunub.
Amerikalı diplomatlar görüşdə rəsmi Vaşinqtonun Küveytin davam etdirdiyi vasitəçilik fəaliyyətlərinə dəstəyini vurğulayıblar.
Qeyd edək ki, ABŞ Dövlət Depertamentindən adının açıqlanmasını istəməyən rəsmilərdən biri Qətər və dörd Körfəz ölkəsi arasında yaşanan böhranı həll etmək üçün bölgəyə yüksək səviyyəli iki rəsmi nümayəndəsini göndərdiklərini bildirib.
Yayılan məlumata əsasən, general Tsinni və Lenderkinq tərəflərlə əlaqə saxlamaq və Küveyt hökumətinin vasitəçilik fəaliyyətlərinə dəstək olmaq məqsədilə Körfəz bölgəsində səfərdədirlər.
Qeyd edək ki, Körfəzdəki böhran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Misir və Bəhreynin 5 iyunda Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini elan etməsindən sonra baş vermişdi.


ÇININ AÇIQLADIĞI HESABATLAR NEFTI UCUZLAŞDIRDI
Çinin xarici ticarət balansına dair aylıq hesabat neftin qiymətinə mənfi təsir göstərib. “APA”nın məlumatına görə, Çinin dollar ekvivalentində ixrac və idxal göstəriciləri gözlənildiyindən aşağı olub.
Bununla yanaşı, ABŞ-ın neft idxalına dair göstəriciləri də birja iştirakçılarını məmnun etməyib. İyul ayında Birləşmiş Ştatlar gündəlik 8,16 milyon barrel neft idxal edib ki, bu da son yeddi ayda qeydə alınan ən aşağı göstəricidir.
Eyni zamanda, xəbər verilir ki, ABŞ və Liviyada neft hasilatının ən yüksək həddə çatması da qiymətləri təzyiq altında saxlayır.
Hazırda dünya birjalarında “Brent” markalı neftin bir barreli 52,15 dollardan təklif olunur, Qərbi Texas nefti isə 49,13 dollara satılır.
Məlumata görə, iki neft markası arasında fərqin 3 dollara çatması ABŞ-dan qaynaqlanan amillərin qiymətlərə təsirinin azaldığını göstərir.
Bundan başqa, Amerika Neft İnstitutunun ölkənin neft ehtiyatlarının həcminə dair həftəlik hesabatının açıqlanması gözlənilir. Bildirilir ki, proqnoz xarakterli hesabat həftə ərzində qiymətlərin formalaşmasına təsir göstərən əsan amillərdən sayılır.

 

SIBIRDƏ GÜCLÜ MEŞƏ YANĞINLARI TÜĞYAN EDIR
Buryatiyada güclü meşə yanğınları başlayıb. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, respublika rəhbərliyi böyük bir ərazidə yanğına qarşı mübarizəyə başlandığını bildirib.
Məlumata görə, regionda fövqəladə vəziyyət elan olunub. Yanğın baş verən bölgəyə girişə qadağa qoyulub.
Eyni zamanda, bildirilir ki, ərazidəki istirahət mərkəzlərindən turistlər təxliyə edilib, sanatoriyaların fəaliyyəti dayandırılıb. Həmçinin qaydalara riayət etməyənləri cərimələr gözləyir.
Xəbər verilir ki, yanğın gecə saatlarından bu yana böyük bir ərazidə genişlənib. Yanğınla mübarizəyə minə qədər yanğınsöndürən cəlb edilib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin məzuniyyətini sözügedən bölgədə keçirib. Son günlər onun istirahətini necə keçirməsi ilə bağlı ölkə mətbuatında reportajlar və fotolar yayımlanıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 764-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 7, maddə 645, N 8, maddələr 723, 731; 2009, N 6, maddələr 419, 421, N 12, maddə 1029; 2010, N 2, maddə 80, N 3, maddə 183, N 10, maddə 850; 2013, N 12, maddə 1556; 2014, N 11, maddə 1414; 2016, N 5, maddə 907, N 6, maddə 1172; 2017, N 1, maddə 82, N 5, maddə 858) Əlavə 3 - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilsin:

2. “Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonra “yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 avqust 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2017-ci il mayın 30-da Boqota şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kolumbiya Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 avqust 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ədliyyə Nazirliyi arasında 2017-ci il aprelin 16-da Əlcəzair şəhərində imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 avqust 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 762-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 avqust 2017-ci il.

GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə 2017-ci il martın 27-də Kiyev şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə GUAM-ın Katibliyinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 avqust 2017-ci il.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq  qərara  alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 1, maddə 1, N 3, maddə 131; 2002, N 12, maddə 693; 2003, N 1, maddə 16; 2004, N 1, maddə 10, N 4, maddə 199, N 5, maddə 321, N 8, maddə 597, N 11, maddə 884; 2005, N 6, maddələr 463, 475, N 10, maddə 874; 2006, N 5, maddə 386, N 6, maddə 479, N 8, maddə 657, N 11, maddə 927, N 12, maddələr 1005, 1014; 2007, N 2, maddə 83,  N 5, maddələr 434, 436, N 7, maddə 711, N 10, maddə 934, N 11, maddələr 1049, 1074, 1078, N 12, maddələr 1213, 1219; 2008, N 3, maddə 153, N 5, maddələr 326, 341, N 6, maddələr 471, 481, N 7, maddə 602, N 8, maddə 699, N 10, maddə 881; 2009, N 2, maddə 54, N 5, maddə 311, N 6, maddə 403, N 10, maddə 771, N 11, maddə 878, N 12, maddə 964; 2010, N 4, maddə 276; 2011, N 2, maddə 71, N 3, maddə 165, N 6, maddə 463; 2012, N 5, maddə 413, N 10, maddə 945, N 11, maddə 1049; 2015, N 1, maddə 9, N 5, maddə 488, N 10, maddə 1100; 2016, N 8, maddə 1365, N 11, maddələr 1760, 1782, 1785; Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanunu) 11.1.8.2-ci maddəsinə “müvafiq” sözündən əvvəl “müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 30 iyun 2017-ci il. 

6 -dən səhifə 1273