XƏBƏR LENTİ

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Cəfərov Namiq Hüseynqulu oğlu

Məmmədov Məmməd Əli oğlu

Teymurov Fikrət Cümşüd oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 iyun 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağakişiyev Samir Yermaq oğlu

Aslanov Boris Qurbanoviç

Bağırova Nigar Yusif qızı

Cabbarov Mircavan Cabbar oğlu

Dadaşov Şakir Oruc oğlu

Həsənov Ülvi Namət oğlu

İmanov Daməd Bahadur oğlu

İsmayılov Əhməd Məhəmməd oğlu

Kazımova Nisa Bufa qızı

Quliyev Vaqif Həsənqulu oğlu

Mirzəyev Şaiq Nəsib oğlu

Nağıyev Zaur Rəsul oğlu

Pirmuradov Ayaz Dalail oğlu

Poladov Oqtay Ağalar oğlu

Rüstəmov Elçin Zeynalabdul oğlu

Tarverdiyev Qaraxan Bəxtiyar oğlu

Vorobyova Yekaterina İvanovna.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 iyun 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 iyun 2017-ci il.

E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 iyun 2017-ci il.

“Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  qərara alır:

“Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” 2016-cı il sentyabrın 16-da Bişkek şəhərində imzalanmış Protokol təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 may 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında 2017-ci il aprelin 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 iyun 2017-ci il.

“Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2017-ci il fevralın 17-də Bakı şəhərində imzalanmış Konvensiya təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 may 2017-ci il.

Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon iyunun 23-də Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Moldova Prezidenti İqor Dodona müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verdi.

Bildirildi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

Ali qonaq “Azərbaycan inciləri” sərgisi ilə tanış oldu. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.

Moldova Prezidenti “Mini Azərbaycan” sərgisinə də baxdı. Bu sərgidə ali qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə etdi.

Dövlət başçısı, həmçinin müxtəlif tədbirlərin keçirildiyi “Auditorium” zalında oldu.

Sonra  İqor Dodon Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” ilə tanış oldu. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırdı ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

 

 

 

 

AZƏRTAC

Moldova Respublikasının Prezidenti İqor Dodonun Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 23-də başa çatıb. 

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

 

AZƏRTAC

İyunun 23-də Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində “Azər-İlmə” Xalçaçılıq Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, ali qonaq burada xalçaçılıq emalatxanası, tədris mərkəzi, “Sehrli ilmələr” qalereyası ilə tanış olub. Moldova Prezidentinə məlumat verilib ki, respublikanın müstəqilliyinin ilk illərində yaranmış “Azər-İlmə”nin əsas məqsədi Azərbaycanın dərin tarixi köklərə malik xalçaçılıq sənətinin ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir. Burada peşəkar xalçaçı-rəssamlar, toxucular, bərpaçı və boyaqçılardan ibarət yaradıcı kollektiv çalışır. Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında toxunan yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək xalçalar ABŞ, Almaniya, Rusiya, Fransa, Türkiyə, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və s. kimi ölkələrdə milli xalçaçılıq sənətimizi layiqincə təmsil edib, yüksək mükafatlara layiq görülüb. Mərkəzdə xalçaçılıq tarixinə dair elmi-fundamental tədqiqatların nəticəsi olaraq müxtəlif kitablar, broşürlər, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı nəşr olunur, televiziya filmləri istehsal edilir. Azərbaycan Milli Elmlər Akademiyasının “Xalçaşünaslıq” sektoru da məhz “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin bazası əsasında fəaliyyət göstərir.

Ali qonaq “Sehrli ilmələr” qalereyasında saxlanılan Azərbaycanın qədim xovlu və xovsuz xalça nümunələri ilə tanış olub. Ona Azərbaycan və Moldova xalçaçılıq əlaqələrinin tarixi köklərindən, müasir vəziyyətindən, ortaq naxışlar və ornamentlər haqqında məlumat verilib. Bu əlaqələrin xalqlarımızın tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətləri zəminində yarandığı və inkişaf etdiyi vurğulanıb.

Prezident İqor Dodon xalça emalatxanasında Azərbaycan xalçalarının toxunma prosesi ilə tanış olub.

 

 

AZƏRTAC 

3 -dən səhifə 1245