XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:19

BİLDİRİŞ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən 10 mart 2021-ci il tarixdə dərc olunmuş elanda tarixlər aşağıdakı qaydada dəyişdirilir.

İddiacılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07.04.2021-ci il saat 12:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Tender təklifi ilə bank təminatı sənədlərini 15.04.2021-ci il saat 12:30 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçının təklifləri 16.04.2021-ci il saat 12:00 tarixində açılacaqdır.

Baş həkim: Azad Kərimli


“Azəralüminium” MMC tərəfindən 22.02.2021-ci il tarixində “Bərkidici elementlərin” satınalınması məqsədilə elan edilmiş Açıq Tenderdə tələb olunan sənədlərin təqdim olunmasının son tarixi və vaxtı 06.04.2021-ci il saat 14:00; müsabiqənin bitmə tarixi və vaxtı 14.04.2021-ci il saat 18:00; zərflərin açılış tarixi və vaxtı 15.04.2021-ci il saat 14:00-a uzadılır.


“ADA” Universiteti keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.

1. Hədiyyə kartlarının satınalınması ilə əlaqədar kotirovka sorğusunda Akademiya Kitab Mərkəzi qalib elan edilib və həmin təşkilat ilə 23 fevral 2021-ci il tarixində  1125 manat (min yüz iyirmi beş) məbləğində  satınalma müqaviləsi bağlanılıb.

2. Avtomobil vasitələrinin tam və icbari sığortası ilə əlaqədar kotirovka sorğusunda “Paşa Sığorta” ASC qalib elan edilib və həmin təşkilat ilə 6 aprel 2021-ci il tarixində 8 344,00 manat (səkkiz min üç yüz qırx dörd manat)  məbləğində  satınalma müqaviləsi bağlanılıb.

3. 200 jurnal və 2300 kitabın çapı işinin satınalınması ilə əlaqədar kotirovka sorğusunda “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 6 aprel 2021-ci il tarixində  21830 manat (iyirmi bir min səkkiz yüz otuz) məbləğində  satınalma müqaviləsi bağlanılıb.

4. Poliqrafiya və promo məhsullarının satınalınması ilə əlaqədar kotirovka sorğusunda “SƏMA QRAFİK” MMC qalib elan edilib və həmin təşkilat ilə 6 aprel 2021-ci il tarixində 17136.05 manat (on yeddi min yüz otuz altı manat beş qəpik)  məbləğində  satınalma müqaviləsi bağlanılıb.

Read 57 times