XƏBƏR LENTİ

Şənbə, 30 Noyabr 2019 08:30

BİLDİRİŞ

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“ADY” QSC) tərəfindən “Xudat-Şahdağ (təqribən 57.0 km) dəmir yolu xəttinin tikintisi üçün yeni trassanın seçilməsi, seçilmiş trassa üzrə müfəssəl layihənin və əlaqədar sənədlərin hazırlanması, enerji təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirilməsi üzrə məsləhət xidmətləri”nin satınalınması ilə əlaqədar keçirilmiş açıq tenderin qalibi “PROMOTA Mühendislik və Müşavirlik” Anonim Şirkəti olmuş, “ADY” QSC ilə  şirkət arasında 26 noyabr 2019-cu il tarixdə satınalma müqaviləsi bağlanmışdır.


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC O/ 8 ÖLÇÜLÜ KATENKANIN ATINALINMASI MƏQSƏDILƏ AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il dekabrın 6-sı saat 18:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1242.


“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti İveco markalı avtobuslara tələb olunan təkərlərin satınalınması məqsədi ilə 07 noyabr 2019-cu il tarixində “Respublika” qəzetində və www.tender.gov.az saytında Lot 1 - İveco markalı avtobuslara tələb olunan təkərlərin satınalınması ilə bağlı açıq tenderin keçirilməsi üçün verdiyi elan üzrə tender təklifi və bank təminatınının təqdim olunma tarixlərini həmçinin təkliflərin açılma tarixini aşağıdakı tarixlərədək uzadır. Tender təklifi və bank təminatını 13 dekabr 2019-cu il saat 11:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərin portal vasitəsi ilə açılışı isə 16 dekabr 2019-cu il saat 11:00 tarixinədək uzadılmışdır.


FöVQƏLADƏ HALLAR NAZİRLİYİNİN

Xüsusi Riskli Xilasetmə Xidməti

Kotirovkalar sorğusu elan edir

1. Camaşırxana xidmətinin (camaşırların yuyulması) satınalınması

Təkliflər 04 dekabr 2019-cu il saat 16.00-dək qəbul olunur.

Zərflərin açılışı 05 dekabr 2019-cu il saat 11.00-da həyata keçiriləcək.

Ünvan: Bakı şəhəri, Binəqədi şosesi 7.

Əlaqələndirici şəxs: Tender komissiyası, telefon: 0125121818.


Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar 0202351471 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sənədlər 06.12.2019-cu il saat 11:00 tarixədək qəbul olunur.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ regional “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tender iştirakçılarının müraciəti əsasında sənədlərin təqdim olunması  17.12.2019-cu il saat 11:00 tarixə, tender təklifi və bank təminatının təqdim olunması 26.12.2019-cu il saat 17:00 tarixə qədər uzadılır.

Zərflərin açılışı 27.12.2019-cu il saat 11:00-da portal vasitəsi ilə həyata keçiriləcəkdir.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Quba regional “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tender iştirakçılarının müraciəti əsasında sənədlərin təqdim olunması 17.12.2019-cu il saat  12:00 tarixə, tender təklifi və bank təminatının təqdim olunması 26.12.2019-cu il saat  17:00 tarixə qədər uzadılır.

Zərflərin açılışı 27.12.2019-cu il saat 12:00-da portal vasitəsi ilə həyata keçiriləcəkdir.

Read 44 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər497955

Currently are 95 guests and no members online