XƏBƏR LENTİ

Şənbə, 30 Noyabr 2019 08:30

TENDER ELANLARI

AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ YANINDA DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 1 SAYLI BAKI ƏRAZİ İDARƏSİ
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və rayon şöbələrinin mühafizəsi məqsədi üçün gözətçi və patrul xidmətlərinin satınalınması.
Açıq tenderdə iddiaçı qismində mühafizə xidmətlərinin təchizatı sahəsində müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə bilərlər.
Tenderdə iştirak haqqı: 500 (beş yüz) manat
Emitent
Bankın adı
Kapital Bankın Nərimanov rayon filialı
Kodu: 200093
VÖEN Bank: 9900003611
Müxbir hesabı:
AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. Bik: AİİBAZ2X
Alan
AR ƏMDKY DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi
Hesab №-si: AZ53AİİB33040019443901777109
VÖEN: 1500067091
İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);
6. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
7. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
8. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
9. Müvafiq sahədə ixtisaslı işçi heyətinin mövcudluğunu təsdiq edən sənədlər;
10. Tələb olunan malların ölkə üzrə satılması ilə bağlı müvafiq səlahiyyətlərə və yerli servis mərkəzinə malik olduğunu təsdiq edən sənədlər;
11. Müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat;
12. Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər;
13. Tender təklifi. Təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;
14. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı. Təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
Tender predmeti üzrə mallar (işlər və xidmətlər) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 12 (on iki) ay müddətində təhvil verilməlidir.
Satınalma müqaviləsinin bağlanılması barədə qərar qiymətləndirmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə İddiaçılar tərəfindən təqdim olunan qiymət və digər meyarlar əsasında qəbul ediləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 20 dekabr 2019-cu il tarixinə qədər (saat 11:00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 03 yanvar 2020-ci il tarixinə qədər (saat 13:00-dək) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.
İddiaçıların təklifləri 06 yanvar 2020-ci il tarixində (saat 11:00-da) açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.
Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.
Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar:
Kənan Əskərov - ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Maliyyə şöbəsinin mühasibi (tel.: +99412 5140573, faks: +99412 5140194). E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


11 saylı ərazi Maliyyə Hesablaşma Mərkəzi
AÇIQ TENDERƏ DƏVƏT EDIR
Tender 2 (iki) lot üzrə keçirilir:
Lot-1. Ucar, Göyçay, Kürdəmir rayonları üzrə məktəblər üçün odun yanacağının alınması
Lot-2. Zərdab rayonu üzrə məktəblər üçün odun yanacağının alınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar lotlar üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı hər Lot üzrə 50 (əlli) manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
VÖEN: 7400503021
Hesab N-si: AZ25AİİB36010019447700201177
Bank: Kapital Bank
Kod: 200770
VÖEN: 9900003611
Müxbir hesabı:
AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 25 dekabr 2019-cu il saat 12:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 7 yanvar 2020-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
İddiaçıların təklifləri 8 yanvar 2020-ci il saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Read 46 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498044

Currently are 105 guests and no members online