XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:19

BİLDİRİŞ

“ASK ŞÜŞƏ” MMC Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi 25-ci km ünvanında yerləşən enerji təsərrüfatını ehtiyat hissələr və xırda avadanlıqlarla təmin etmək məqsədi ilə malların satınalınmasına dair 20.09.2019-cu il tarixində ask.gov.az internet saytında, 21.09.2019-cu il tarixində isə “Respublika” qəzetində təkliflər sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur.

Keçirilmiş satınalma prosesi nəticəsində “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən Bakı ş., Xətai r-nu, Gəncə pr., ev 95, m., 28 ünvanında yerləşən “GİNTUV” MMC şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 28.10.2019-cu il tarixində 150 015.27 AZN (yüz əlli min on beş, 27 qəpik) manat qiymətində müqavilə imzalanmışdır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən 22 sentyabr 2019-cu il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və lot-1  “Dəniz hidrometeoroloji şəbəkəsinin modernləşdirilməsi” işlərinin satın alınması üzrə “Aznav Company” MMC şirkəti qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 06 noyabr 2019-cu il tarixdə keçirilmiş kotirovka sorğusunun nəticələrinə əsasən

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun dəftərxana, təsərrüfat ləvazimatlarının satınalınması üzrə “Elşən 1978” MMC;

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun karticlərin doldurulması işlərinin satınalınması üzrə “UĞUR-MR” MMC qalib müəyyən edilmiş və müvafiq satınalma müqavilələri bağlanılmışdır.


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası kotirovka sorğusu üsulu ilə “Dəftərxana və təsərrüfat xərcləri”, “İdarənin xərcləri”, “Avadanlığın alınması”, “İnventarın alınması” və “Digər maşın və avadanlıqların” satınalmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 404-22-00 (3307) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12 noyabr 2019-cu il saat 16:00 tarixinədək qəbul olunur. Ünvan: Bakı şəhəri, Sabunçu rayonu Zabrat/Maştağa şosesi sol 2.


Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin Xırdalan şəhərində küçə işıqlarının təmiri işlərinin satınalınması üçün 31 oktyabr 2019-cu il tarixində elan edilmiş açıq tenderdə ilkin sənədlər (tender təklifi və bank zəmanəti istisna olmaqla) 28 noyabr 2019-cu il saat 10.00-dək, tender təklifi və bank zəmanəti isə 06 dekabr 2019-cu il tarixdə saat 10.00-dək Portal vasitəsi ilə təqdim etməlidirlər. Tender təklifləri 09 dekabr 2019-cu il tarixdə saat 10.00-da dövlət satınalmalarının vahid internet portal vasıtəsi ilə açılacaqdır.


“Bakı Metropoliteni” QSC tərəfindən 30.10.2019-cu il tarixdə Dövlət Satınalmalarının Vahid İnternet Portal vasitəsi ilə Metro vaqonları üçün kondisioner süzgəclərinin dövlət vəsaiti hesabına satın alınmasına dair “Açıq Tender” üsulu ilə müsabiqə keçirmiş və “PLT BUSİNESS” MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə 04.11.2019-cu il tarixdə ƏDV daxil 235 327,40 manat (iki yüz otuz beş min üç yüz iyirmi yeddi manat 40 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Read 26 times