XƏBƏR LENTİ

Şənbə, 19 Aprel 2014 15:42

Kənd təsərrüfatı naziri Cəlilabadda cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir

Cəlilabad, 18 aprel (AzərTAc). Aprelin 18-də kənd təsərrüfatı naziri Heydər Əsədov Cəlilabad Olimpiya İdman Kompleksində vətəndaşları qəbul etmişdir.

Qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarından 80-dən çox sakin iştirak etmişdir.

Qəbulda gələnlər nazirə əsasən kənd təsərrüfatı məhsulları istehsalı prosesində qarşıya çıxan problem və çətinliklərlə əlaqədar müraciət edərək, lazımi texnikanın əldə olunması, subsidiyaların verilməsi, suvarma sistemlərinin modernləşdirilməsi ilə bağlı təkliflərini bildirmişlər.

Vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həll olunmuş, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. 

 

 

 

Read 16970 times