XƏBƏR LENTİ

Bazar, 24 Noyabr 2019 11:09

Göyçayda yeni ticarət mərkəzinin açılışı

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şəraitin yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır. Məlum olduğu kimi, regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora daha çox üstünlük verilməkdədir. Bütün bunların nəticəsidir ki, cari ilin ötən doqquz ayı ərzində qeyri-neft sektorunda inkişaf artımı 15 faiz təşkil etmiş, bu sektora 6,3 milyard manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çoxdur.

İnvestisiya və biznes mühitinin yaxşılaşdırılması Göyçay rayonunda da bu sahənin inkişafına güclü təkan vermişdir.

Bu günlərdə rayonun Nizami küçəsində yeni inşa edilmiş və ən müasir tələblərə cavab verən “Bolluq” ticarət mərkəzinin açılışında iştirak edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illər ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, əsassız yoxlamaların ləğv edilməsi istiqamətində əməli tədbirlər görülmüş, sahibkarlığın inkişafı regionda iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilmişdir.

Hazırda rayon ərazisində yerli və dəvət olunmuş iş adamları tərəfindən ümumi dəyəri 26,5 milyon manat olan 11 layihə həyata keçirilir. Özəl investisiya hesabına rayonun Mirzəhüseynli kəndində ümumi dəyəri 11 milyon manat olan Konyak və tünd spirtli içkilər zavodu əsaslı şəkildə yenidən qurulur, “AzNar” QSC-də araq emalı müəssisəsi inşa edilir. Cari ilin ötən dövrü ərzində xeyli xidmət obyektləri də istifadəyə verilmişdir.

Tədbirdə çıxış edən iş adamları sahibkarlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıq ünvanladılar, rayon iqtisadiyyatının daha da yüksəldilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirdilər.

Ticarət mərkəzinin rəmzi açılışından sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar.

 

Maarif RZAYEV,

“Respublika”.

Read 61 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər497955

Currently are 95 guests and no members online