XƏBƏR LENTİ

Bazar, 07 May 2017 16:08

Ulu öndərin xatirəsi yad olundu

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 -cü ildönümü ilə əlaqədar Lənkəran şəhər mərkəzləşdirilmiş kitabxana sistemində silsilə tədbirlər keçirilir. Növbəti tədbir şəhər mərkəzi kitabxanasının qarşısında təşkil olunub.

“Müstəqil Azərbaycan dövlətinin banisi” adlı sərgidə ümummilli liderin əsərləri, onun mənalı ömür yolunu, zəngin və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən kitablar, foto-şəkillər nümayiş olunub.

Lənkəran şəhər mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nuranə Nəsirova görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə ölkəmizdə mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizəsinə daim qayğı göstərdiyini bildirib. Əsası ulu öndərimiz tərəfindən qoyulmuş bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini vurğulayaraq kitabxana-informasiya sahəsində qazanılmış uğurlardan, kitabxanaların cəmiyyətin inkişafında rolunun artmasından ətraflı söhbət açıb.

Açıq havada keçirilən tədbirdə kitabxananı

n oxucuları, şəhər sakinləri ümummilli liderin zəngin nəzəri irsini əks etdirən əsərlərlə böyük maraqla tanış olublar.

 

Əlisəfa HƏSƏNOV,

“Respublika”. 

Read 15 times