XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:37

Qazaxda bayram tədbiri

Qazax rayonunda 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri keçirildi. Rayon Olimpiya Kompleksində baş tutan tədbirdə Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Sona Əliyeva, Qazax yetirməsi olan “Şöhrət” ordenli sərbəst güləş üzrə məşqçi Firdovsi Umudov, “N” saylı hərbi hissənin şəxsi heyəti, minlərlə Qazax rayon sakini və KİV nümayəndələri iştirak edirdilər. Tədbiri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq qonaqları və rayon sakinlərini bayramlar münasibətilə səmimi qəlbdən təbrik etdi. O vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda iqtisadi yüksəliş və ictimai sabitlik hökm sürür və buna görə hər birimiz cənab Prezidentə minnətdarıq.

Bayram tədbirində respublikanın əməkdar artistləri Sabir Əliyev, İzzət Bağırov, Almaz Orucova, Elza Seyidcahan, qazaxlı aşıqlardan ibarət qrup, muğam üçlüyü və başqa incəsənət nümayəndələri rəngarəng musiqi nömrələri ilə çıxış etdilər. “N” saylı hərbi hissənin əsgərlərinin göstərdikləri idman nömrələri sözün əsl mənasında hamını heyrətə gətirdi. Əsgərlərin göstərdikləri bütün nömrələr güclü alqış sədaları ilə müşayiət olundu. Bayram konserti axşam saatlarınadək davam etdi.

 

Vəli VƏLİYEV,

“Respublika”.

 

 

 

Read 140 times