XƏBƏR LENTİ

Cümə, 30 Dekabr 2016 10:03

Aztəminatlı ailələrə bayram sovqatı

Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Gəncədə də aztəminatlı ailələrə bayram sovqatları paylanılır.

Həmçinin bu münasibətlə bayram süfrəsi də təşkil olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elnur Rzayev Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimiqəlbdən təbrik edərək hər il ənənəvi olaraq Heydər Əliyev Fondu tərəfindən şəhərdə təşkil olunan belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından çox əhəmiyyətli olduğunu vurğuladı.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək daim aztəminatlı ailələrin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etdi.

Rəsmi hissədən sonra tədbir bayram süfrəsi ilə davam etdirildi. Şən musiqi sədaları altında hamı şənlənir, deyib-gülür və qol qaldırıb oynayırdı.

Sonda aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən bayram hədiyyələri təqdim edildi. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Zabit XƏLİLOV,

“Respublika”.

 

 

 

Read 39 times