XƏBƏR LENTİ

Cümə axşamı, 29 Dekabr 2016 10:20

Tərtərdə maarifləndirici tədbir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Tərtər şəhər “Cümə” məscidi Heydər Əliyev Mərkəzində “Dini ekstremizmin və radikalizmin cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, səhiyyə işçiləri, icma üzvləri və dindarlar iştirak ediblər.

Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı E.Umudov mövzu ətrafında çıxış edərək tədbirin ictimai əhəmiyyətini vurğulayıb. DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov radikal dini cərəyanlar, onların təbliğat metodları, fəaliyyətləri və radikal dini cərəyanlara qarşı mübarizə üsullarından geniş bəhs edib.

Dini ekstremizm və radikalizmin bəşəriyyət üçün böyük təhlükə olduğunu diqqətə çatdıran Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimi Aslan Aslanlı aktual mövzu ətrafında fikirlərini bölüşüblər.

Maarif RZAYEV,

“Respublika”.

 

 

 

Read 49 times