XƏBƏR LENTİ

Bazar, 18 Dekabr 2016 12:46

Şəmkirdə dulusçuluq ənənələri bərpa ediləcək

Türkiyənin keramika sahəsində ixtisaslaşmış “Refsan” şirkətinin nümayəndələri ilə Şəmkir Rayon İcra Hakimiyyəti rəhbərliyi arasında razılaşmalar əldə olunub. Razılaşmaya əsasən keçmiş  ənənənələri yaşatmaq məqsədilə  yaxın zamanlarda Şəmkir rayonunda dulusçuluq  müəssisəsinin yaradılması planlaşdırılır. Bu, həm də  Azərbaycanda keramik məmulatlara marağın artması ilə əlaqədardır.

Artıq  Şəmkirdə mövcud  ideyanın gercəkləşdirilməsi ilə bağlı   bəzi araşdırmalar aparılıb, eyni zamanda  respublikamızın xammal bazası öyrənilib, texniki-təşkilati işlər həyata keçirilib.

Bu günlərdə  Türkiyənin tanınmış “Refsan” şirkətinin nümayəndələri Şəmkirdə olublar. Şirkətin rəhbəri Gökan Arslanı və Xarici əlaqələr departamentinin müdiri Uğur Polatı Şəmkir Rayon İcra Hakimiyyətinin  başçısı Alimpaşa Məmmədov qəbul edib. Görüşdə rayon rəhbəri xüsusi olaraq vurğulayıb ki, ölkə başçısı cənab  İlham Əliyevin göstərişi ilə respublikamızda  sahibkarlığın inkişafı istiqamətində  ciddi addımlar atılır, kiçik və orta sahibkarlığın sürətli inkişafı üçün qanunvericilik bazasının gücləndirilməsi məqsədilə tarixi əhəmiyyətli qərarlar qəbul edilir.

Qeyd edək ki, yeni istehsal sahəsinin yaradılması   yerli bazarın tələbatları  nəzərə alınmaqla həm də  əhalinin məşğulluq problemlərinin həllinə hədəflənib.

Maarif RZAYEV,

“Respublika”.

 

 

 

Read 151 times