XƏBƏR LENTİ

Çərşənbə axşamı, 01 Dekabr 2020 10:23

Kimdir mənim Prezidentim

Böyük Dövlət Qurucusu,

Ulu öndər övladıdır.

Zərif, incə, nur çıraqlı,

Ziyalı tək örnək olmuş

Bir ananın övladıdır.

 

Əziz İlham Heydər oğlu,

Vətənimin bu nər oğlu,

Millətimin qeyrətidir.

Prezidentdir, həm Komandan.

Böyük Vətən döyüşündə

Düşmənə vermədi aman.

 

O tanıtdı, əziz tutdu,

Vətənimin ad-sanını.

Bəyan etdi gur səsiylə:

“Qarabağ Azərbaycandır!”

 

Azərbaycan şah əsəri

Xalq dayağı, hünəridir.

Azad edən Qarabağı

Şanlı ordu, qüdrətidir.

 

Diplomatik görüşlərdə

Xalqa, vətənə sipərdir.

Sözü bütöv, qətiyyətli

Dövlət xadimi-rəhbərdir!

 

O yaratdı güclü ordu,

O ucaltdı Qarabağda

Ay-ulduzlu bayrağını.

O bəxş etdi xalqımıza

Xoş günlərin növrağını.

 

Sərkərdə - hərbi qüdrəti,

Şanlı ordu - məharəti.

Qırx dörd gündə tam yox etdi

Otuz illik əsarəti.

İndi azaddır Qarabağ

Tacı Şuşa - başındadır.

Zirvəsində dalğalanan,

Qardaş bayrağı qoşadır.

 

Yaşanılan yüzillikdə

İlham Ərdoğan birlikdə

Əhrimanı boğacaqdır.

Şərqdən bütün Avropaya

Sülh şəfəqi saçacaqdır!

Nəsib NƏSİBOV,

Əməkdar mühəndis.

Read 148 times