XƏBƏR LENTİ

Şənbə, 14 Noyabr 2020 04:50

Bəxtiyar VAHABZADƏ

Azərbaycan-Türkiyə

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

 

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

 

Ana yurdda yuva qurdum

Ata yurda könül verdim

Ana yurdum, ata yurdum

Azərbaycan-Türkiyə.

 

Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

 

Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə.

 

Bayraq

Torpağım üstünə kölgələr salan

Mənim varlığımın cilası - bayraq.

Zəfərdən doğulmuş

Göytürkdən qalan

Qurdbaşlı bayrağın balası bayraq.

 

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq - öz yurduma öz hakimliyim.

 

Harda əcdadımın ayaq izi var,

Bu zəfər bayrağım orda dikəlsin.

Keçdiyi yerlərdə dağlar, yamaclar

Onun hüzuruna salama gəlsin.

Tarixdən qədimdir, zamandan qoca

Mənim bayrağıma sancılan hilal.

Aləmə nur saçdı tarix boyunca

Məbədlər başına tac olan hilal.

 

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

 

Vətən Marşı

Ey Vətən oğlu, düşün, bil ki,                         sənindir bu Vətən,

Sabahın, həm bu günün,

        həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin,

                        öz cəddin var

Vətən uğrunda ölənlər

                 ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi,

                         sülh əsgəriyik

Biz Vətən naminə ölsək,

                        dirilərdən diriyik.

Mənim öz ulduzumu bağrına

                        basmış hilalım,

Dedi öndər: “Yönü bayraqdakı

                      üç rəngdən alım”

Sən bu gül bayrağın altında

                    məramınca yaşa,

Qoyma düşmən nəfəsindən ona                      çirkab bulaşa.

Sənin öz bayrağının kölgəsi                           cənnətdi sənə,

Günəş hər gün doğur ancaq

                      içimizdən Vətənə.

Bizim iqbalımızı yazdı qılıncın                                              kəsəri,

Bizi biz etdi Dədəm Qorqud                                       oğuznamələri.

Ey Azərbaycanımız, türkün                           oğuzlar Vətəni,

Ər oğullar, ər igidlər, kişi - qızlar                              Vətəni,

Sənin haqqındır azadlıq,                         sənin eşqindir iman,

Tapmar haqqa və insanlığa                         haqqdan doğulan.

Bəşərin dərdini öz dərdi bilib                                           millətimiz.

Bizim öz niyyətimizdən doğub                                    hürriyyətimiz.

Gecələr yatmadan əvvəl sor                               özündən ki:

“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”.

Read 172 times