XƏBƏR LENTİ

Bazar, 25 Dekabr 2016 19:06

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə

Gənc Tamaşaçılar Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısı keçirilmişdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən hesabat toplantısında Mərkəzin bütün tərəfdaş qurumları ilə yanaşı, şəhər və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri, “Gənc mədəniyyət işçilərinin koordinosiya kreativ qrupu” nun üzvləri, KİV-lər və digər ictimai təşkilatlar iştirak etdilər.

Bu toplantı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində aparılmış struktur islahatlardan sonra müəssisənin ilk hesabat toplantısı idi.

Mərkəzin direktoru Asif Usubəliyev toplantını açaraq müəssisənin illik fəaliyyətindən, mövcud problemlərdən və perspektiv fəaliyyət istiqamətindən ərtaflı danışdı.

Qeyd etdi ki, il ərzində müəssisə ümumi iştirakçı sayı 28000 nəfərdən çox olmaqla 100-ə yaxın müxtəlifyönlü tədbir keçirmişdir. O cümlədən: təlim və metodiki tədbirlər, elmi-praktiki konfranslar və seminarlar, yubiley və əlamətdar tarixlər, müqavilələr və əməkdaşlıq əlaqələrinə həsr olunmuş tədbirlər, internet-aksiyalar, kütləvi tədbirlər və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun tədbirləri. Onların əksəriyyəti regionlarda keçirilmişdir.

Tədbirlərin kontingentinin 60%-i gənc nəsil olsa da, orta yaşlı (30%) və yaşlı (10%) nəsillər də mövcuddur, onlardan 34-%-i nazirliyin sistemində çalışır, 66%-i isə sistemdən kənar iştirakçılar olmuşlar.

Dövr ərzində metodiki köməkliyin göstərilməsi məqsədilə mərkəzin 47 əməkdaşı mütəmadi olaraq 275 dəfə 33 regiona ezam olunmuşlar.

Mərkəz tərəfindən təşkil olan təlimlərin coğrafiyası 43 rayondan ibarətdir. Təlimlərdə iştirak edənlərin sayı isə 560 nəfərə çatmışdır.

Müəssisə il ərzində 32 adda olan müxtəlif məzmunlu yeni metodiki vəsait hazırlamışdır. Müəssisə il ərzində özünün və nazirliyin internet resursları, KİV-lərlə aktiv iş aparmışdır. Nazirliyin rəsmi saytında (mct.gov.az) mərkəzin məlumatlarına baxış sayı 3000-ə, müxtəlif xəbər portallarında isə 35000-ə çatmışdır. Mətbuatın diqqətini cəlb edən əsas mövzular isə gənc mədəniyyət işçiləri ilə, regionlar ilə iş, mərkəzin internet resursları və rayonların mədəni həyatı olmuşdur. Toplantının sonunda nazir Əbülfəs Qarayev çıxış etmiş, Mərkəzin işçilərinə yeni vəsiqələr təqdim etmişdir.

Elşad DAĞLI.

 

 

 

Read 53 times