XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 06 Fevral 2021

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Yüen Sikun “Dostluq” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 9, maddə 684; 2011, N 2, maddə 70; 2014, N 1, maddə 3; 2015, N 11, maddə 1266; 2016, N 1, maddə 41, N 11, maddə 1766; 2017, N 2, maddə 145, N 5, maddə 691, N 7, maddələr 1277, 1300, N 12 (I kitab), maddə 2202; 2018, N 7 (I kitab), maddələr 1381, 1409, N 11, maddə 2208; 2019, N 5, maddə 798, N 7, maddə 1190, N 8, maddə 1382, N 11, maddə 1684, N 12, maddə 1881; 2020, N 5, maddə 508, N 6, maddələr 662, 668, N 7, maddələr 824, 830; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 179-VIQD və 185-VIQD nömrəli, 6 noyabr tarixli 192-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.21-ci və 1.0.31-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

2. 1.0.26-cı maddəyə “təhsil” sözündən sonra “haqqında dövlət” sözləri əlavə edilsin.

3. 17.2-ci maddənin ikinci cümləsində “dövlət nümunəli sənədin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

4. 19.20-ci maddədə “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.

5. 21.3-cü maddənin ikinci cümləsində “dövlət nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin.

6. 21.4-cü maddədə “sənəd” sözü “dövlət sənədi” sözləri ilə əvəz edilsin.

7. 27-ci maddə üzrə:

7.1. 27.1-ci maddəyə “səviyyəsini” sözündən sonra “(doktorantura istisna olmaqla)” sözləri və “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

7.2. 27.3-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

8. 29.0.20-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 dekabr 2020-ci il.

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 fevral 2021-ci il.

Published in Sərəncam

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 3, maddə 161, N 12, maddə 1102; 2007, N 10, maddə 947; 2008, N 11, maddə 970; 2009, N 12, maddə 983; 2010, N 2, maddə 83; 2011, N 2, maddə 85; 2012, N 4, maddə 291, N 6, maddə 531, N 9, maddə 854; 2016, N 11, maddə 1805; 2017, N 7, maddə 1355, N 12 (I kitab), maddə 2312; 2019, N 3, maddə 403, N 5, maddə 848, N 11, maddə 1718; 2020, N 7, maddələr 868, 895, N 9, maddə 1139; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1207 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.2-ci bənddən “milli” sözü çıxarılsın;

1.2. 8.5-ci bənddə “qiymətləndirilməsi (attestasiyası) sözləri “attestasiyası” sözü ilə əvəz edilsin;

1.3. 8.10-cu bənddə “tədris vasitələrinin” sözləri “tədris-metodik vəsaitlərin” sözləri ilə əvəz edilsin;

1.4. 8.26-cı bənd aşağıdakı redaksiyada verilsin:

“8.26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 fevral 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 4, maddə 253; 2005, N 4, maddə 299; 2008, N 6, maddə 496; 2011, N 7, maddə 655; 2013, N 6, maddə 684; 2017, N 5, maddə 886, N 11, maddə 2071; 2019, N 3, maddə 442, N 3, maddə 448) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bəndin “i” yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“i) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”.

1.2. 5.5-ci bənd üzrə:

1.2.1. “a”, “b” və “ç” yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“a) tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;

b) Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;”;

“ç) Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;”;

1.2.2. “ə” yarımbəndində “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

1.2.3. “f” yarımbəndindən “ixtisasını artırmaq,” sözləri çıxarılsın;

1.2.4. “g” yarımbəndi “x” yarımbəndi hesab olunsun və aşağıdakı məzmunda “g”, “ğ” və “h” yarımbəndləri əlavə edilsin:

“g) normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

ğ) şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

h) qanunlara və Azərbaycan Respublik

ası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”.

1.3. 5.6-cı bənd üzrə:

1.3.1. “a” və “c” yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“a) təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;”;

“c) ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;”;

1.3.2. “g” yarımbəndindən “, habelə Akademiyanın daxili qaydalarına əməl etməklə başqalarına nümunə olmaq” sözləri çıxarılsın;

1.3.3. “ğ” yarımbəndinə “tərbiyə etmək” sözlərindən sonra “, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq” sözləri əlavə edilsin;

1.3.4. “h” yarımbəndindən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

1.3.5. “x” yarımbəndinə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri və “yüksək tutmaq” sözlərindən sonra “, ziyalılıq nümunəsi göstərmək” sözləri əlavə edilsin;

1.3.6. “ı” yarımbəndi “q” yarımbəndi hesab olunsun və aşağıdakı məzmunda “ı”, “i”, “j” və “k” yarımbəndləri əlavə edilsin:

“ı) təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

i) daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

j) Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

k) attestasiyadan keçmək;”.

1.4. 6.6-cı bənd üzrə:

1.4.1. “a”, “c” və “d” yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“a) təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;”;

“c) Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan kitabxanalardan və s.) istifadə etmək;”;

“d) Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;”;

1.4.2. “e” yarımbəndinə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

1.4.3. “ə” yarımbəndi “j” yarımbəndi hesab olunsun və aşağıdakı məzmunda “ə” - “x” yarımbəndləri əlavə edilsin:

“ə) müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

f) həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

g) şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

ğ) biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

h) təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

x) “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

1.5. 6.17-ci bəndin birinci cümləsinə “diplom” sözündən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - “ sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 8, maddə 613; 2010, N 6, maddə 489; 2011, N 2, maddə 71; 2013, N 11, maddə 1281; 2014, N 4, maddə 340; 2015, N 5, maddə 507; 2016, N 3, maddə 420, N 12, maddə 2021; 2017, N 1, maddə 11, N 7, maddə 1272; 2018, N 7 (I kitab), maddələr 1393, 1412, N 10, maddə 1966; 2019, N 5, maddə 797; 2020, N 6, maddə 670, N 7, maddə 830) 48.1-ci və 48.2-ci maddələrində “nümunəli sənədlərə (diplomlara)” sözləri “sənədlərinə” sözü ilə əvəz edilsin.

Maddə 2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 6, maddə 1152; 2019, N 5, maddə 799, N 6, maddə 986, N 11, maddə 1685; 2020, N 5, maddələr 508, 514, N 7, maddələr 831, 851; Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli, 6 oktyabr tarixli 185-VIQD nömrəli və 6 noyabr tarixli 193-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.1-ci, 1.0.9-cu və 1.0.10-cu maddələrdə ismin müvafiq hallarında “dövlət təhsil sənədi” sözləri ismin müvafiq hallarında “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

2.2. 14-cü maddə üzrə:

2.2.1. 14.1-ci maddənin birinci cümləsinə “təhsilalanlara” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

2.2.2. 14.2-ci maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

Maddə 3. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, N 5, maddə 789; 2020, N 6, maddə 664, N 7, maddə 851; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.3-cü, 1.0.37-ci və 14.1-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin;

3.2. 4.0.29-cu maddəyə “qəbulu” sözündən sonra “və yerdəyişməsi” sözləri əlavə edilsin və həmin maddədə “və” sözü “, habelə” sözü ilə əvəz edilsin;

3.3. 4.0.31-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin;

3.4. 17-ci maddə üzrə:

3.4.1. 17.1-ci maddədə “ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - attestat” sözləri ilə əvəz edilsin;

3.4.2. 17.2-ci maddə ləğv edilsin;

3.4.3. 17.4-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 dekabr 2020-ci il.

Published in Qanun

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə, 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nda, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə və 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 1, maddə 13; 2011, N 2, maddə 85; 2017, N 7, maddə 1350, N 9, maddə 1647; 2019, N3, maddə 411) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22-ci bənd üzrə:

1.1.1. birinci cümlədə “dövləti nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

1.1.2. ikinci cümlədə “müəyyən olunmuş nümunəyə uyğun” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

1.2. 30-cu bənddə “qanunvericiliyi, Akademiyanın Nizamnaməsi,” sözləri “Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə bu Nizamnamə, Akademiyanın” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 11, maddə 979; 2009, N 10, maddə 773; 2011, N 2, maddə 85; 2017, N 7, maddə 1358; 2020, N 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 45.1 - 45.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“45.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

45.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;

45.3. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

45.4. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

45.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

45.6. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

2.2. aşağıdakı məzmunda 45.6-1 - 45.6-5-ci bəndlər əlavə edilsin:

“45.6-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

45.6-2. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

45.6-3. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;

45.6-4. attestasiyadan keçmək;

45.6-5. Akademiyanın rəhbərliyi və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

2.3. 46.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“46.1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;”;

2.4. aşağıdakı məzmunda 46.1-1-ci bənd əlavə edilsin:

“46.1-1. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək; “;

2.5. 46.2 - 46.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“46.2. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

46.3. Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

46.4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək”;

2.6. aşağıdakı məzmunda 46.5-1-ci və 46.7-1-ci bəndlər əlavə edilsin:

“46.5-1. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”;

“46.7-1. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;”;

2.7. 49.1-ci bənddən “müəyyən edilmiş müddətlərdə bütün tədris tapşırıqlarını yerinə yetirmək,” sözləri çıxarılsın;

2.8. 49.2-ci bəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

2.9. 49.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“49.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;”;

2.10. aşağıdakı məzmunda 49.5-1 - 49.5-3-cü bəndlər əlavə edilsin:

“49.5-1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

49.5-2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

49.5-3. sağlam həyat tərzi keçirmək;”;

2.11. 50.1-ci, 50.2-ci və 50.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“50.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

50.2. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;”;

“50.4. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;”;

2.12. aşağıdakı məzmunda 50.5-1 - 50.5-3-cü bəndlər əlavə edilsin:

“50.5-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

50.5-2. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

50.5-3. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 7, maddə 524; 2011, N 2, maddə 85; 2013, N 6, maddə 632; 2015, N 2, maddə 126; 2016, N 2 (II kitab), maddə 238, N 9, maddə 1478; 2017, N 5, maddə 784, N 7, maddə 1359; 2019, N 3, maddə 401; 2020, N 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.8-ci bənd üzrə:

3.1.1. aşağıdakı məzmunda 8.8.1-1-ci yarımbənd əlavə edilsin:

“8.8.1-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;”;

3.1.2. 8.8.2-ci yarımbənddə “tədrisin yüksək səviyyədə aparılmasını, tədris planları və proqramlarının səmərəli və tam yerinə yetirilməsini təmin etmək” sözləri “təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək” sözləri ilə əvəz edilsin;

3.1.3. 8.8.3 - 8.8.6-cı, 8.8.8-ci və 8.8.9-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.8.3. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

8.8.4. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

8.8.5. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

8.8.6. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;”;

“8.8.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;

8.8.9. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

3.2. aşağıdakı məzmunda 8.8.9-1 - 8.

8.9-3-cü yarımbəndlər əlavə edilsin:

“8.8.9-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

8.8.9-2. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

8.8.9-3. attestasiyadan keçmək;”;

3.3. 8.9-cu bənd üzrə:

3.3.1. 8.9.1-ci yarımbənddə “seçmək və tətbiq etmək” sözləri “, tədrisin formasını sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri ilə əvəz edilsin;

3.3.2. 8.9.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.9.2. Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;”;

2.4. aşağıdakı məzmunda 8.9.2-1 - 8.9.2-5-ci yarımbəndlər əlavə edilsin:

“8.9.2-1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.9.2-2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;

8.9.2-3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.9.2-4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək;

8.9.2-5. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”;

2.5. 9.7.1 - 9.7.6-cı yarımbəndlər və 9.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.7.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

9.7.2. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

9.7.3. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

9.7.4. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

9.7.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

9.7.6. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;”;

2.6. 9.7.7-ci yarımbənddən “və sağlamlıq” sözləri çıxarılsın;

2.7. 9.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.7.8. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

2.8. aşağıdakı məzmunda 9.7.9-1 - 9.7.9-4-cü yarımbəndlər əlavə edilsin:

“9.7.9-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

9.7.9-2. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.7.9-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

9.7.9-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

2.9. 9.8.1 - 9.8.4-cü yarımbəndlər və 9.8.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.8.1. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

9.8.2. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

9.8.3. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

9.8.4. daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;”;

“9.8.9. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;”;

2.10. 9.8.8-ci yarımbənddən “, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına” sözləri çıxarılsın;

2.11. aşağıdakı məzmunda 9.8.10-1-ci yarımbənd əlavə edilsin:

“9.8.10-1. sağlam həyat tərzi keçirmək;”;

2.12. 9.15-ci bənddə “təhsil sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 5, maddə 403, N 7, maddə 619; 2012, N 5, maddə 422, N 12, maddə 1233; 2014, N 5, maddə 483; 2016, N 9, maddə 1476; 2017, N 12 (I kitab), maddə 2307) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın 8-ci hissəsinə “texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 7, maddə 689; 2013, N 6, maddə 633; 2016, N 11, maddə 1803; 2017, N 5, maddələr 786, 802, N 7, maddə 1362; 2019, N 3, maddə 401; 2020, N 2, maddə 106, N 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

5.2. 7.27-ci bəndə “diplom” sözündən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi -” sözləri əlavə edilsin;

5.3. 8.1-ci bənd üzrə:

5.3.1. aşağıdakı məzmunda 8.1.1-1-ci və 8.1.1-2-ci yarımbəndlər əlavə edilsin:

“8.1.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.1.1-2. sağlam həyat tərzi keçirmək;”;

5.3.2. 8.1.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

5.3.3. 8.1.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

5.4. 8.2-ci bənd üzrə:

5.4.1. 8.2.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

5.4.2. 8.2.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

5.4.3. 8.2.3-cü və 8.2.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.2.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“8.2.6. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

5.4.4. 8.2.5-ci yarımbəndə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

5.4.5. aşağıdakı məzmunda 8.2.7-1 - 8.2.7-4-cü yarımbəndlər əlavə edilsin:

8.2.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

8.2.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.2.7-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.2.7-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

5.5. 8.3-cü bənd üzrə:

5.5.1. 8.3.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

5.5.2. 8.3.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübə, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

5.5.3. 8.3.6-cı yarımbənddən “, Məktəbin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

5.5.4. 8.3.7-ci yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

5.5.5. 8.3.9-cu yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

5.5.6. 8.3.10-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

5.5.7. 8.3.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

5.5.8. aşağıdakı məzmunda 8.3.14-1 - 8.3.14-3-cü yarımbəndlər əlavə edilsin:

“8.3.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.3.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.3.14-3. Məktəbin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

5.6. 8.4-cü bənd üzrə:

5.6.1. 8.4.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

5.6.2. 8.4.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

5.6.3. 8.4.5-ci yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

5.6.4. 8.4.6-cı yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra “, elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 7, maddə 804; 2016, N 11, maddə 1803; 2017, N 5, maddələr 787, 802, N 7, maddə 1363; 2018, N 4, maddə 698; 2019, N 3, maddə 401; 2020, N 2, maddə 106, N 5, maddə 698, N 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

6.2. 6.15-ci bəndə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

6.3. 6.17-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

6.4. 8.5-ci bənd üzrə:

6.4.1. 8.5.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

6.4.2. 8.5.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

6.4.3. 8.5.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

6.4.4. 8.5.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

6.4.5. 8.5.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

6.4.6. 8.5.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.5.11. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

6.4.7 .aşağıdakı məzmunda 8.5.12-ci yarımbənd əlavə edilsin:

“8.5.12. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

6.5. 8.6-cı bənd üzrə:

6.5.1. 8.6.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

6.5.2. 8.6.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

6.5.3. 8.6.5-ci yarımbənddə “və uyğun gəldikdə seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;

6.6. aşağıdakı məzmunda 8.12.1-1 - 8.12.1-3-cü yarımbəndlər əlavə edilsin:

“8.12.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.12.1-2. sağlam həyat tərzi keçirmək;

8.12.1-3. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.”;

6.7. 8.13-cü bənd üzrə:

6.7.1. 8.13.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

6.7.2. 8.13.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

6.7.3. 8.13.6-cı yarımbənddə “sağlamlıq” sözü “həyatı və sağlamlığı” sözləri ilə əvəz edilsin;

6.7.4. 8.13.9-cu yarımbəndə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

6.7.5. 8.13.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.13.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

6.7.6. aşağıdakı məzmunda 8.13.11-ci və 8.13.12-ci yarımbəndlər əlavə edilsin:

“8.13.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

8.13.12. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.”.

7. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 7, maddə 793; 2017, N 5, maddələr 788, 802, N 7, maddə 1364; 2019, N 2, maddə 221, N 3, maddə 402, N 7, maddə 1230; 2020, N 2, maddə 103) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 5.5-ci bəndin birinci cümləsində “Universiteti bitirməsi barədə dövlət nümunəli sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

7.2. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“7.6. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün Universitetin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər. Universitetin işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.”.

8. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 12, maddə 1585; 2016, N 7, maddə 1250, N 11, maddə 1803; 2017, N 5, maddələr 789, 802, N 7, maddə 1366; 2018, N 4, maddə 697; 2019, N 3, maddə 402, N 5, maddə 856, N 7, maddə 1230; 2020, N 2, maddə 103, N 5, maddə 698, N 7, maddə 868) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

8.1. 5.2.1-ci yarımbənddə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin;

8.2. 6.8-ci bəndin birinci cümləsində “ali təhsil müəssisəsini bitirməsi barədə dövlət nümunəli sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

8.3. 8.5-ci bənd üzrə:

8.3.1. 8.5.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

8.3.2. 8.5.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbəndə “Konstitusiyasına” sözündən əvvəl “müstəqilliyinə,” sözü əlavə edilsin;

8.3.3. 8.5.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

8.3.4. 8.5.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

8.3.5. 8.5.9-cu yarımbənddə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübə, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

8.3.6. 8.5.10-cu və 8.5.11-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.5.10. attestasiyadan (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə sertifikatlaşdırmadan) keçmək;

8.5.11. Akademiyanın daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

8.3.7. aşağıdakı məzmunda 8.5.12-ci və 8.5.13-cü yarımbəndlər əlavə edilsin:

“8.5.12. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;

8.5.13. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

8.4. 8.6-cı bənd üzrə:

8.4.1. 8.6.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

8.4.2. 8.6.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

8.4.3. 8.6.5-ci yarımbənddə “və uyğun gəldikdə seçkili” sözləri “, seçkili” sözü ilə əvəz edilsin;

8.5. 8.11.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.11.5 - 8.11.7-ci yarımbəndlər əlavə olunsun:

“8.11.5. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.11.6. sağlam həyat tərzi keçirmək;

8.11.7. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.”;

8.6. 8.12-ci bənd üzrə:

8.6.1. 8.12.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

8.6.2. 8.12.3-cü yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

8.6.3. 8.12.4-cü yarımbənddən “ali” sözü çıxarılsın;

8.6.4. 8.12.6-cı yarımbənddə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;

8.6.5. 8.12.9-cu yarımbənddə “iştirak etmək” sözləri “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq” sözləri ilə əvəz edilsin;

8.6.6. 8.12.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.12.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;”;

8.6.7. aşağıdakı məzmunda 8.12.11 - 8.12.14-cü yarımbəndlər əlavə edilsin:

“8.12.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

8.12.12. müəyyən edilmiş qaydada Akademiyada təhsilini müvəqqəti dayandırmaq;

8.12.13. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

8.12.14. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək.”;

8.7. 9.5-ci bəndə “sahibkarlıq” sözündən sonra “və innovasiya” sözləri əlavə olunsun və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün Akademiyanın nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər. Akademiyanın işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.”.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 fevral 2021-ci il.

Published in Fərman

Türkiyənin İstanbul şəhərinin tarixi və mərkəzi səmtlərindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” küçəsinin adı ölkəmizin bu şəhərdəki Baş Konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adı ilə əvəzlənib.

Bu, “İki dövlət, bir millət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının güclənməsinin daha bir bariz nümunəsidir. Küçənin adının dəyişdirilməsi Sarıyer Bələdiyyə Məclisinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin müvafiq qərarı ilə həyata keçirilib. Açılış mərasimində ölkəmizin İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc, konsulluğun və bələdiyyənin əməkdaşları, İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibi Can Akın Çağlar, media nümayəndələri, İstanbulda yaşayan və təhsil alan həmyerlilərimiz iştirak ediblər.

Tədbirə qatılan qonaqlar ilk öncə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş küçənin girişində qoyulan “Azərbaycan küçəsinə xoş gəldiniz!” lövhəsinin qarşısında xatirə şəkli çəkdiriblər. Açılış mərasimində çıxış edən Baş Konsul Nərminə Mustafayeva Azərbaycanın adının İstanbulun ən böyük prospektlərindən birinə verilməsini iki qardaş ölkənin bir-birinə bağlılığının növbəti nümunəsi olduğunu bildirib. Tədbirə qatılan Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc hər il minlərlə turistin ziyarət etdiyi İstanbulun ən uzun, geniş və tarixi küçəsində Azərbaycan sözünü ölümsüzləşdirən qərara imza atdığına görə qürur duyduğunu bildirib. O, artıq Azərbaycanın ürəyinin Sarıyerdə döyündüyünü söyləyib. Şükrü Genc vurğulayıb ki, Azərbaycan küçəsi bundan sonra da dostluğumuzun və qardaşlığımızın sarsılmazlığını bütün dünyaya nümayiş etdirəcək.

Qeyd edilib ki, dövlətlərimiz və xalqlarımız arasındakı bu birlik və bərabərlik xüsusilə 2020-ci ildə özünü daha aydın şəkildə büruzə verdi. Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaq üçün apardığı Vətən müharibəsində Türkiyənin ölkəmizin yanında olması və göstərdiyi dəstək hər iki xalq üçün çox vacib idi. Azərbaycan adının burada yaşadılması ölkələrimizin qardaşlığı, birgə tarixi və mədəniyyəti baxımından çox vacibdir. Digər çıxış edənlər də Azərbaycan-Türkiyə birliyi və qardaşlığının sonsuz olacağını xüsusi vurğulayıblar.

Onu da qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və abidəsinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə ulu öndərin doğum və vəfat tarixləri Sarıyer Bələdiyyəsinin cari protokol tədbirlərinin təqviminə daxil edilib.

Esmira Yazkan ASLANOVA,

“Respublika”qəzetinin

Türkiyə üzrə müxbiri.

Published in Diaspora

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm qələbə bütün Azərbaycan xalqı kimi AMEA-nın alimlərində də böyük ruh yüksəkliyi yaradır və ölkənin nüfuzunu elm sahəsində yüksəltmək üçün öz töhfələrini verməyə səsləyir. Koronavirus pandemiyasının yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, laboratoriya tədqiqatları üstünlük təşkil edən kimya sahəsində alimlərimiz bir çox mühüm nəticələr əldə etmiş, yüzlərlə məqalə, monoqrafiya və kitab çap etdirmiş, 50 patentə sahib olmuşlar. Qeyd etmək kifayətdir ki, kimyaçılarımızın 100-dən çox məqaləsi dünyanın ən nüfuzlu elmi bazası olan “Clarivate Analytics” (əvvəlki Tomson Reuters) bazasında yer almışdır. Elmi məhsuldarlıq səviyyəsinə görə, Beynəlxalq SİR reytinq cədvəlində dünyanın 230 ölkəsi arasında Azərbaycan kimya elmi 68-ci yerdə (qonşu ölkələr Ermənistan və Gürcüstan 83 və 93-cü yerdə), Cənubi Qafqazda isə 1-ci yerdə qərarlaşmışdır.

Ölkə iqtisadiyyatı üçün önəmli olan tətbiqi kimya sahəsində qazanılan uğurlar da diqqətəlayiqdir. Belə ki, 2020-ci ildə kimyaçılarımız 10 işi tətbiq etmiş, bir neçə işləmə isə zəruri sınaqlardan keçərək istehsal üçün lazımi qurumlardan icazə almışdır. Bir neçə mərhələli sınaqlardan uğurla keçən xüsusi təyinatlı motor yağları Ukrayna, Pakistan kimi ölkələrin də marağına səbəb olmuş və onlar ixrac üçün müqavilə bağlamağa hazır olduqlarını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri olan kimya profilli Təcrübə Sənaye Zavodu və “İNKOR” MMC-də istehsal olunan kimyəvi məhsulların illik dövriyyəsi 2020-ci ildə 4 milyon manata yaxın olmuşdur. Bundan əlavə kimyaçılarımız 208 min manat həcmində təsərrüfat müqavilələrini və 400 min manatdan çox qrant layihələrini yerinə yetirmiş, 2021-2023-cü illərdə yerinə yetirilməsi planlaşdırılan və ətraf mühitin təhlükəsizliyinə yönəlmiş 900 min manatlıq müqavilə imzalamış, Avropa Birliyinin “Horizon 2020” proqramı üzrə qalib olduğu və 300 min avro məbləğində ayrılan qrant üzərində tədqiqatları davam etdirmişlər.

Göründüyü kimi, kimyaçı alimlərimiz onlara ayrılan maliyyə vəsaiti müqabilində təkcə monoqrafiyalar, kitablar, nüfuzlu xarici jurnallarda çox sayda məqalələr dərc etdirməklə kifayətlənməmiş, eyni zamanda onların işləmələri əsasında ölkənin daxili bazarı üçün müxtəlif təyinatlı kimyəvi məhsulların - inqibitorların, sürtkülərin, deemulqatorların, gübrələrin, neftin uzaq məsafələrə nəqli üçün depressatorun və digərlərinin istehsalı AMEA Yüksək Texnologiyalar Parkında təşkil olunmuşdur. Bu baxımdan görülən işləri qiymətləndirməmək və AMEA-nı yalnız tənqid atəşinə tutmaq ən azı ədalətsizlik olar.

Etiraf etmək lazımdır ki, AMEA-da yaş problemi mövcuddur. Bunun bir səbəbi də gənc əməkdaşların AMEA-da müəyyən təcrübə topladıqdan sonra yüksək məvacib təklif olunan şirkətlərə və özəl təşkilatlara axınının ildən- ilə sürətlənməsidir. Digər tərəfdən, yeni kadrlar formalaşana qədər təcrübəli əməkdaşlardan da istifadə etmək hələ ki, əlverişlidir.

Razılaşmaq olar ki, AMEA-nın elmi səmərəliliyini artırmaq üçün islahatların keçirilməsi vacibdir. Lakin onu da nəzərə almaq lazımdır ki, ciddi islahatlar adətən ağrısız ötüşmür və narazı qalanlar kifayət qədər olur. Belə bir şəraitdə konstruktiv təkliflərlə çıxış etmək əvəzinə AMEA haqqında nəinki həqiqətə uyğun olmayan, bəzən hətta böhtan xarakterli ittihamlar səsləndirmək heç də ümumi işin xeyrinə olmur. Haqlı iradlar nəzərə alınmalı və tədbirlər görülməlidir. Lakin haqsız, ədalətsiz ittihamlar əsasında AMEA haqqında mənfi fikirlər səsləndirmək ulu öndər Heydər Əliyevin AMEA-nın bizim milli sərvətimiz olması, onu qorumağın vacibliyi fikri ilə uzlaşmır.

İstisna edilmir ki, AMEA-da müəyyən problemlər var. Lakin onlara ciddi və obyektiv yanaşmaq lazımdır. 90-cı illərdən sonra siyasi və ictimai həyatda baş verən tənəzzül, çaşqınlıq, keçid və bərpa dövrləri elmə təsirini daha uzun müddətdə göstərib. Həmin illərdə tənəzzül bataqlığından çıxmaq, əvvəlki səviyyəyə qayıtmaq və inkişaf üçün zəmin yaratmaq problemi çox kəskin şəkildə gündəmə çıxmışdı. Lakin sonrakı inkişaf dövründə AMEA-da əldə edilən uğurlar da xeyli artmışdır. Ola bilsin ki, bu artım bizi təmin etmir, bu da təbii haldır. Dünyada hazırda 8 milyona yaxın elmi tədqiqatçının fəaliyyət göstərdiyi şəraitdə onlarla rəqabət aparmaq heç də asan deyil. Çıxış yolu ekstensiv inkişafdan intensiv inkişafa keçməkdir. Bunun üçün yaşlı elmi əməkdaşların təqaüd güzəştlərinə və gənclərin elmə cəlb edilməsi və özlərini elmə həsr etməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Şübhə yoxdur ki, AMEA-nın çətinlikləri çoxdur. Onların hamısını birdən-birə və qısa müddətdə aradan qaldırmaq qeyri-mümkündür. Hamı başa düşür ki, müharibədən sonrakı dövrdə, işğaldan azad olunmuş ərazilərin bərpası və şəhidlərimizin ailələrinə yardım üçün dövlətə böyük maliyyə vəsaiti lazımdır. Belə vəziyyətdə AMEA-nın qarşısında duran əsas və çətin vəzifə mövcud maliyyə imkanları çərçivəsində elmin səmərəliliyini artırmaq, intensiv inkişafa keçid üçün şərait yaratmaq, maliyyənin məqsədli və qənaətlə xərclənməsinə, idarəetmədə optimallığa və şəffaflığa nail olmaqdır.

Deyilənləri həyata keçirmək üçün AMEA-da ciddi islahatlara artıq start verilib. Daha doğrusu, 2020-ci ilin əvvəllərində bu islahatların başlanılması planlaşdırılmışdı. Lakin pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi bu prosesləri bir qədər ləngitmişdir. Ona görə ümid etmək olar ki, bəzi qüvvələrin müqavimətinə baxmayaraq, AMEA-da aparılan islahatlar və görülən tədbirlər öz müsbət nəticəsini göstərəcəkdir.

 

Dilqəm TAĞIYEV,

AMEA-nın Birinci vitse-prezidenti,

akademik.

Published in Elm və təhsil

Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının mənəvi birliyini, Vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm müddəaları Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə öz konseptual ifadəsini tapmışdır. Xalqımızın tarixi keçmişinə, müasir dövrə konseptual qiymət verən, mənəvi dəyərlərimizi ümumiləşdirən, milli ideyaları əks etdirən bu tarixi sənəd bir çox önəmli cəhətləri ilə yanaşı, dünya azərbaycanlıları ilə iş üzrə fəaliyyət perspektivlərinin müəyyənləşdirməsi ilə diqqəti cəlb edir.

Bu gün müstəqil Azərbaycan özünün ən parlaq dövrünü yaşayır. Ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində həyata keçirilən mühüm islahatlar öz bəhrəsini verməkdədir. Eyni zamanda xaricdə məskunlaşmış soydaşlarımızla əlaqələr dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

500 minə yaxın həmvətənlərimizin yaşadığı və Avropanın böyük dövlətlərindən olan dost Ukraynanın Dnepropetrovsk şəhərində məskunlaşan azərbaycanlılarla əlaqə son illərdə daha da güclənmiş, tarixi Vətənə bağlılıq möhkəmlənmiş və onlar vahid ideya ətrafında birləşməklə, monolit qüvvəyə çevrilmişlər.

Milli diasporumuzun təşəkkül tapmasında Ukrayna Birləşmiş Azərbaycanlılar Konqresi Dnepropetrovski regional təşkilatının fəaliyyəti təqdirəlayiqdir. Biz təşkilatın sədri Nəcəf Əhmədovla söhbət edərkən müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə çalışır. Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövlət siyasətinin başlıca qayəsi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini həyata keçirməkdən ibarətdir. Ötən dövrdə bu strategiyanın həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmış, həmvətənlərimizin təşkilatlanması, azərbaycançılıq ideyalarının gerçəkləşdirilməsi üçün bir çox problemlərin həllinə nail olunmuşdur.

Bu gün dünyada “qloballaşma” adlanan mürəkkəb bir tarixi proses başlanmışdır. Onun doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirmişdir. Başqa sözlə desək, indi azərbaycanlıların ideya siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir.

Xalqımızın mənəvi birliyi, azərbaycnçılıq ideyaları Dünya Azərbaycanlılarının I Qurultayında öz parlaq təcəssümünü tapmışdır. Xarici ölkələrdə yaşayan bir çox həmvətənlərimizin iştirak etdiyi bu qurultayda ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı milli diasporumuzun formalaşmasında, bütövlükdə milli-tarixi proseslərin inkişafında keyfiyyətcə yeni mərhələ olmuşdur.

Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyyətli dönüşə gətirib çıxaran addım olmuşdur.

Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

Vurğulamaq lazımdır ki, Dünya Azərbaycanlılarının Bakıda keçirilən I, II, III və IV Qurultaylarından sonra həmvətənlərimizin daha çox məskunlaşdığı Dnepropetrovsk şəhərində milli diasporumuzun formalaşması sahəsində irəliyə doğru uğurlu addımlar atılmışdır. Bu gün azərbaycanlılar azsaylı xalqlar arasında hər bir sahədə öz fəallıqları ilə diqqəti cəlb edir, Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında səy və bacarıqlarını əsirgəmirlər.

Nəcəf Əhmədov sözünə davam edərək bildirdi ki, Dnepropetrovsk regional təşkilatında 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı həmişə silsilə tədbirlər keçirilir, 20 yanvarda Sovet Ordusunun Bakıda həyata keçirdiyi qırğınlar barədə insanlara ətraflı məlumatlar verilir, həmçinin bununla bağlı jurnal, kitab və sənədli filmlər nümayiş etdirilir.

Xocalı soyqırımı ilə bağlı keçirilən anım tədbirlərində erməni daşnaklarının zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən, terror hadisələrindən söhbət açılır. Göstərilir ki, faşist xislətli ermənilər tez-tez öz çirkin əməllərinin dərsini alacaq, onlar “böyük Ermənistan” ideyasını reallaşdıra bilməyəcəklər.

Regional təşkilatda milli bayramlarımız - Respublika Günü, Novruz Bayramı, Müstəqillik Günü, Qurban Bayramı, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin doğum günü həmişə incəsənət ustalarının müşayiəti ilə təntənəli şəkildə qeyd olunur.

Soydaşlarımızın idmana cəlb olunmasına da yaxından qayğı göstərilir. Azərbaycanlı idmançılar idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda fəxri yer tuturlar.

Dnepropetrovskda məskunlaşmış soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli, onların hüquq və azadlıqlarının qorunması istiqamətilə məqsədyönlü iş aparılır.

Rəşadətli Azərbaycan ordusunun İkinci Qarabağ savaşında qazandığı tarixi qələbədən qürbətdə yaşayan soydaşlarımız qürur və fəxarət hissi keçirirlər. 30 ildən sonra mənfur ermənilərdən işğal altında olan ərazilərimiz azad olunmuşdur. Bu tarixi qələbə Prezident, Ali Baş Komandanın qətiyyətli və müdrik rəhbərliyi, milli birliyimiz, dəmir yumruqtək birləşməyimiz sayəsində qazanılmışdır.

Dnepropetrovskda yaşayan azərbaycanlılar müzəffər Azərbaycan ordusu ilə fəxr edir, hər bir şəxs bu gün milli qürur və şərəf hissini, qələbə sevincini yaşayır...

Müsahibimiz Nəcəf Əhmədov son olaraq bildirdi ki, tarixi Vətənimiz Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış soydaşlarımız vahid bir amal ətrafında birləşməklə, milli diasporumuzun formalaşması sahəsində səylərini daha da artıracaqlar.

Qədir ASLAN,

“Respublika”.

Published in Digər xəbərlər
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər890915

Currently are 55 guests and no members online