XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 11 Fevral 2021

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 3, maddə 572) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından, preambuladan, 1-ci hissədən (hər üç halda), 2-ci hissədən və 3-cü hissədən (hər dörd halda) “və Turizm” sözləri çıxarılsın;

1.2. 2.1 - 2.15-ci bəndlərdən “və Turizm” və “və turizm” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 9, maddə 1492; 2017, N 4, maddə 603; 2018, N 9, maddə 1840, N 12 (II kitab), maddə 2698) 3.3-cü, 3.5-ci, 3.6-cı bəndlərində və 4-cü hissəsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 2677 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 2, maddə 254; 2018, N 8, maddə 1678) 6-cı hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

4. “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 11, maddə 2101) 2-ci hissəsindən “və Turizm “ sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 11, maddə 2115; 2018, N 11, maddə 2287; 2019, N 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci yarımbəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3722 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 2, maddə 325, N 12 (I kitab), maddə 2601) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.2-ci, 7.1.6-cı, 7.1.8-ci, 7.1.9-cu, 7.2.12-ci, 7.4.1-ci və 7.4.2-ci yarımbəndlərinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1459 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 6, maddə 1075) 3-cü hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 9, maddə 1645; 2019, N 6, maddə 1031) ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin 4.2.4-cü yarımbəndindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 10, maddə 1809; 2019, N 5, maddə 830) ilə təsdiq edilmiş “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin 6-cı və 7-ci hissələrindən “və Turizm” sözləri çıxarılsın.

4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 12 (I kitab), maddə 2341; 2018, N 7 (I kitab), maddə 1447) 2.2-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.

5. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1914 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 4, maddə 665) 3.4-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə”2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 447 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 6, maddə 502) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

2. “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 449 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 6, maddə 504) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 530 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 11, maddə 1002) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.

4. “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 6, maddə 554) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.

5. “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 662 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 6, maddə 556) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 840 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 3, maddə 242) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, “təmin etsin” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər” sözləri ilə əvəz edilsin.

7. “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 848 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 3, maddə 250) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli 432 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 may tarixli 432 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 5, maddə 383) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 2, maddə 82; 2015, N 2, maddə 138, N 7, maddə 831, N 11, maddə 1320; 2016, N 6, maddə 1034, N 10, maddə 1612; 2017, N 12 (I kitab), maddələr 2282, 2294; 2018, N 11, maddə 2258; 2019, N 5, maddə 847; 2020, N 7, maddə 878, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 noyabr tarixli 1180 nömrəli Fərmanı) 5.9-cu bəndindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 6, maddə 542; 2013, N 1, maddə 29, N 2, maddə 117, N 3, maddə 246, N 8, maddə 909, N 10, maddə 1155, N 12, maddə 1514; 2014, N 5, maddələr 477, 487, N 9, maddə 1027, N 12, maddə 1577; 2015, N 3, maddə 271, N 9, maddə 1005, N 11, maddə 1322, N 12, maddə 1448; 2016, N 2 (II kitab), maddə 273, N 5, maddələr 859, 864, N 8, maddə 1384, N 9, maddə 1464, N 10, maddə 1647, N 11, maddə 1835; 2017, N 3, maddə 353, N 4, maddə 545, N 5, maddə 807, N 8, maddə 1521, N 10, maddə 1797; 2018, N 2, maddələr 191, 215, N 3, maddə 427, N 4, maddə 659, N 7 (I kitab), maddə 1462, N 10, maddə 2017, N 12 (I kitab), maddələr 2538, 2596; 2019, N 3, maddə 406, N 4, maddə 655, N 5, maddələr 820, 826, 848, 852, 857, N 6, maddə 1037, N 12, maddə 1936; 2020, N 1, maddə 7, N 8, maddə 1039; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1169 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-1-ci və 3.12.7-ci yarımbəndlərindən “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 7, maddə 803; 2014, N 9, maddə 1050, N 11, maddələr 1382, 1413, N 12, maddə 1588; 2015, N 10, maddə 1121; 2016, N 6, maddələr 1020, 1044, N 11, maddə 1827; 2018, N 7 (I kitab), maddə 1476; 2019, N 7, maddə 1240; 2020, N 6, maddə 703) 5.17-2-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 12, maddə 1585; 2016, N 7, maddə 1250, N 11, maddə 1803; 2017, N 5, maddələr 789, 802, N 7, maddə 1366; 2018, N 4, maddə 697; 2019, N 3, maddə 402, N 5, maddə 856, N 7, maddə 1230; 2020, N 2, maddə 103, N 6, maddə 698, N 7, maddə 868) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.3-cü bənddən, 4.7.7-ci yarımbənddən və 8.2-ci bənddən “və Turizm” və “və turizm” sözləri çıxarılsın;

5.2. 1.4-cü, 1.7-ci bəndlərdən, 3.1.10-cu, 3.1.11-ci, 3.2.9-cu yarımbəndlərdən, 4.2-ci bənddən, 4.7.6-cı, 4.7.9-cu, 4.9.3-cü yarımbəndlərdən, 6.3-cü bəndin dördüncü cümləsindən, 6.23-cü, 7.7-ci, 8.4-cü, 9.1-ci bəndlərdən və 10-cu hissədən “və Turizm” sözləri çıxarılsın;

5.3. 4.3-cü bəndin ikinci cümləsindən, 4.5-ci (hər iki halda) bənddən və 4.9.1-ci yarımbənddən “və turizm” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 5, maddə 539; 2017, N 4, maddə 547; 2018, N 7 (I kitab), maddə 1462, N 11, maddə 2240; 2019, N 5, maddə 825) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 4.2-ci və 4.3-cü bəndlərindən “və Turizm” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 12, maddə 1464; 2016, N 11, maddə 1803; 2017, N 5, maddələr 791, 802, N 7, maddə 1369; 2018, N 4, maddə 699; 2019, N 3, maddə 402, N 5, maddə 856; 2020, N 2, maddə 103, N 6, maddə 698, N 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.1-ci, 1.3-cü (hər iki halda), 1.4-cü, 1.8-ci bəndlərdə, 2.1.13-cü, 2.2.11-ci yarımbəndlərdə, 3.3-cü bənddə, 3.7.6-cı, 3.7.9-cu yarımbəndlərdə, 3.12-ci bəndin birinci cümləsində, 6.8-ci, 7.4-cü, 8.1-ci bəndlərdə və 9-cu hissədə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

7.2. 1.6-cı bənddə, 3.7.7-ci yarımbənddə və 7.2-ci bənddə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə, ismin müvafiq hallarında “mədəniyyət və turizm naziri” sözləri “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin;

7.3. 3.5-ci, 3.6-cı bəndlərdə, 3.10-cu bəndin birinci cümləsində və 3.20-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “mədəniyyət və turizm naziri” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 1, maddə 67, N 9, maddə 1462; 2017, N 1, maddə 65, N 7, maddə 1374) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 2 (II kitab), maddə 259, N 3, maddə 460, N 4, maddə 670, N 6, maddələr 1025, 1063, N 7, maddə 1272, N 9, maddə 1468, N 10, maddələr 1614, 1638; 2017, N 2, maddələr 176, 202, N 3, maddə 351, N 4, maddələr 530, 537, N 6, maddə 1101, N 7, maddələr 1314, 1346, N 8, maddə 1521, N 9, maddə 1637, N 10, maddələr 1788, 1798, N 11, maddələr 2003, 2027, N 12 (I kitab), maddələr 2290, 2320; 2018, N 1, maddə 36, N 2, maddələr 198, 201, N 3, maddələr 418, 428, 443, 445, N 5, maddələr 914, 918, 926, 955, N 6, maddələr 1225, 1234, N 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, N 8, maddələr 1678, 1697, N 9, maddə 1840, N 11, maddələr 2244, 2256, 2273, 2289, N 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, N 1, maddələr 52, 68, N 3, maddə 426, N 4, maddələr 602, 630, N 5, maddələr 825, 846, 852, N 6, maddələr 1035, 1046, N 8, maddələr 1395, 1401, N 11, maddə 1700; 2020, N 3, maddələr 238, 240, 241, N 5, maddələr 540, 564, N 6, maddələr 691, 709, N 7, maddələr 863, 880, 884, N 8, maddələr 1027, 1032, N 9, maddə 1155: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 1190 nömrəli Fərmanı) 4.23-cü, 4.46-cı, 5.13-cü, 5.14-cü, 5.37-ci bəndlərindən “və Turizm” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 2016-cı il 1 iyun tarixli 923 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 20 fevral tarixli 1252 nömrəli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 6, maddə 1019; 2017, N 2, maddə 172, N 6, maddə 1099) 8-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “Nazirliyin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin.

2. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 7, maddə 1256; 2017, N 1, maddə 48, N 6, maddə 1073, N 10, maddə 1787; 2019, N 12, maddə 1945; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 noyabr tarixli 1188 nömrəli Fərmanı) 5-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 12, maddə 2056; 2017, N 8, maddə 1521, N 10, maddə 1777; 2018, N 5, maddə 920, N 6, maddə 1196, N 7 (I kitab), maddələr 1496, 1506, N 11, maddə 2287; 2019, N 2, maddələr 218, 236, N 4, maddə 625, N 5, maddələr 848, 855; 2020, N 2, maddə 100, N 9, maddə 1148) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. “1. Qısa xülasə” hissəsinin altıncı abzasının üçüncü cümləsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

3.2. “7. Strateji Hədəflər” hissəsinin 7.1.2-ci yarımbəndinin beşinci abzasında, “Tədbir 1.2.10: Ticarət festivallarının keçirilməsi” yarımbəndinin birinci abzasının birinci cümləsində, ikinci abzasının ikinci cümləsində, “Tədbir 1.2.13: Bakı şəhərindən hava yolu ilə digər regionlara bir və ya iki günlük səyahət paketlərinin hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 1.4.1: Sahibkarlığa Kömək Milli Fondunun turizm sektoruna ayıracağı maliyyə vəsaitinə dair tədbirlər planının hazırlanması” yarımbəndinin ikinci abzasının ikinci cümləsində, “Tədbir 1.4.2: 2017-2020-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən istifadə üzrə təşviqat planının hazırlanması” yarımbəndinin birinci və üçüncü cümlələrində, “Tədbir 1.4.6: “Duty free” dükanları da daxil olmaqla məqsədli infrastrukturun formalaşdırılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 1.4.7: Məşhur brend mehmanxanaların Bakı şəhərində tikilməsinə şərait yaradılması” yarımbəndinin birinci cümləsində, 7.2.1-ci yarımbəndin ikinci abzasının üçüncü cümləsində, 7.2.2-ci yarımbəndinin “Tədbir 2.2.1: TRZ-lərin idarəetmə strukturunun yaradılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.2.2: TRZ-lərdə fəaliyyətin turizm klasterinə uyğun qurulması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.2.3: TRZ-lərin inkişaf etdirilməsi” yarımbəndinin üçüncü cümləsində, “Tədbir 2.2.5: Yeni TRZ-nin yaradılması ilə bağlı təhlillərin aparılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.2.6: İllik inkişaf planlarının icrası üçün monitorinq mexanizminin yaradılması” yarımbəndində, 7.2.3-cü yarımbəndinin “Tədbir 2.3.1: İlk növbədə Bakı şəhərinin, daha sonra isə bütün ölkənin turizm təqviminin hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 2.3.3: Azərbaycan Respublikasında turizmin təşviqi siyasətində mövsümiliyi azaldan tədbirlərin və layihələrin xüsusi olaraq dəstəklənməsinin təmin edilməsi” yarımbəndinin ikinci cümləsində, 7.2.5-ci yarımbəndinin “Tədbir 2.5.1: 1.1-ci prioritetdə müəyyən edilmiş Bakı şəhərinin 2017-2020-ci illər üzrə marketinq və kommunikasiya planına paralel olaraq liberal hava nəqliyyatı üzrə razılaşmaların əldə edilməsi məqsədilə işçi qrupun yaradılması” yarımbəndinin dördüncü cümləsində, “Tədbir 2.5.5: Əsas hava yolları, kurort şəbəkələri və ya səyahət şirkətləri ilə strateji tərəfdaşlığın qurulması üçün müxtəlif variantların nəzərdən keçirilməsi” yarımbəndinin üçüncü cümləsində, 7.3.1-ci yarımbəndinin “Tədbir 3.1.1: Sağlamlıq turizmi üzrə 2017-2020-ci illəri əhatə edən fəaliyyət planının hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 3.1.2: Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” yarımbəndinin beşinci və altıncı cümlələrində, 7.3.2-ci yarımbəndinin “Tədbir 3.2.3: Regiondan olan turistlərin Azərbaycana axınını artırmaq məqsədi ilə qış turizm komplekslərində müxtəlif mövsümlərdə böyük və cəlbedici festivalların keçirilməsi” yarımbəndinin birinci cümləsində, 7.3.3-cü yarımbəndinin “Tədbir 3.3.1: Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni-tarixi görməli yerləri üzrə gündəlik-həftəlik avtomobil və piyada marşrutlarının tərtib edilməsi” yarımbəndinin ikinci abzasının birinci cümləsində, “Tədbir 3.3.2: “Böyük İpək Yolu” və digər mədəni turizm marşrutları üzrə bələdçilik etmək üçün sertifikasiya proqramının işlənib hazırlanması” yarımbəndinin birinci cümləsində, “Tədbir 3.3.4: Yeni mədəni turizm marşrutlarının təşviqi” yarımbəndinin birinci cümləsində, 7.3.5-ci yarımbəndinin “Tədbir 3.5.1: Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili” yarımbəndinin birinci cümləsində, “Tədbir 3.5.2: Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi” yarımbəndinin birinci cümləsində, 7.4.1-ci yarımbəndinin “Tədbir 4.1.3: Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində yeni regional turizm peşə məktəblərinin yaradılması” yarımbəndinin birinci cümləsində, “Tədbir 4.1.4: Turizm sektoru üzrə peşə standartlarının və təhsil proqramlarının (kurikulumların) hazırlanması və turizm bələdçilərinin sertifikatlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi” yarımbəndinin birinci abzasında və ikinci abzasının ikinci cümləsində, “Tədbir 4.1.6: Turizm üzrə MBA proqramının yaradılması üçün tədbirlərin görülməsi” yarımbəndinin birinci cümləsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin və 7.2.1-ci yarımbəndinin ikinci abzasının üçüncü cümləsinə “Nazirliyi” sözündən sonra “2018-ci ilin aprel ayından isə Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.

4. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 2, maddə 196, N 4, maddə 549, N 6, maddə 1074; 2019, N 12, maddə 1945) 5-ci, 7-ci hissələrində və həmin Fərmanla təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.6-cı, 1.8-ci bəndlərində, 2.0.10-cu yarımbəndində, 3-cü hissəsində, 4.2.4-cü, 4.2.6-cı yarımbəndlərində və 6.9-cu bəndində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

5. “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 2, maddə 199; 2018, N 6, maddə 1236) 10.4-cü bəndindən və 11-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza ilə görüşüb.

Nadim Raza Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin, torpaqlarımızın işğaldan azad olunmasının Pakistanda da rəğbətlə qarşılandığını vurğulayaraq, bu münasibətlə səfirə təbriklərini çatdırıb. O, münaqişənin həllində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib. General iki ölkə arasındakı qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, Pakistan Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsinə önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını bildirib.

Səfir Əli Əlizadə Ermənistanın Azərbaycana qarşı son təxribatları və 2020-ci il 10 noyabr tarixli birgə bəyanatdan sonra bölgədə mövcud vəziyyət haqqında məlumat verib. Azərbaycanın və Pakistanın möhkəm təməllər üzərində qurulan və iki qardaş xalqın iradəsini əks etdirən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduqlarını bildirən səfir bu əlaqələrin əhəmiyyətli istiqamətlərindən olan müdafiə, təhlükəsizlik və hərbi sahələrdə də ölkələrimizin strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Diplomat hər iki ölkə rəhbərliyinin səyləri və müsbət yanaşmaları nəticəsində həmin sahələrdə də əməkdaşlığın daim inkişafın müşahidə olunduğunu qeyd edib. Pakistanın Vətən müharibəsi dövründə də Azərbaycanın yanında olmasının və ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin böyük məmnunluqla qarşılandığını vurğulayan Əli Əlizadə göstərilən mənəvi və siyasi dəstəyə görə Pakistan xalqına və hökumətinə, eləcə də dost və qardaş ölkənin Silahlı Qüvvələrinə təşəkkürlərini çatdırıb.

Görüşdə Pakistanın və Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasında göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, operativ məlumatlara əsasən, 2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24 milyard 124 milyon manat proqnoza qarşı 24 milyard 679,2 milyon manat və ya 102,3 faiz icra olunub, bu da 2019-cu illə müqayisədə 461,1 milyon manat və ya 1,9 faiz çoxdur. Ötən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10 milyard 677,2 milyon manat və ya 105,4 faiz icra edilib. Bu, 2019-cu illə müqayisədə 63,7 milyon manat və ya 0,6 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 milyard 387,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 197,2 milyon manat və ya 2,7 faiz çoxdur. Həmin vəsaitin 75,6 faizi və ya 5 milyard 585,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 milyon manat və ya 3,4 faiz, 2019-cu illə müqayisədə 153,1 milyon manat və ya 2,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 938,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 108,2 milyon manat və ya 2,8 faiz çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfert, yəni 12 milyard 200 milyon manat vəsait daxil olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 207,9 milyon manat və ya 25,9 faiz az, 2019-cu illə müqayisədə isə 17,2 milyon manat və ya 3 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 2,3 milyon manat və 28,8 faiz çoxdur. Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 milyon manat vəsait daxil olub.

Operativ məlumatlara əsasən, 2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza nisbətən 96,1 faiz və ya 26 milyard 416,3 milyon manat icra olunub ki, bu da 2019-cu illə müqayisədə 1 milyard 990,4 milyon manat və ya 8,1 faiz çoxdur.

Dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

2020-ci il dövlət büdcəsi xərclərinin 16 milyard 364 milyon manatı və ya 62 faizi cari xərclərə yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 835,1 milyon manat və ya 21 faiz çoxdur. Cari xərclər üzrə artım əsasən 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əməkhaqlarının və ölkədə pensiya və sosial ödənişlər üzrə baş vermiş artımların qarşılanmasına 2 milyard 39,9 milyon manat, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyatda yaratdığı mənfi təsirlərin azaldılmasına və mübarizə tədbirlərinə 609 milyon manat, ali təhsilin maliyyələşdirilməsinə 186,2 milyon manat vəsait yönəldilib.

2020-ci ilin dövlət büdcəsindən 8 milyard 326,1 milyon manatı və ya 31,5 faizi əsaslı xərclərə (2019-cu illə müqayisədə 1 milyard 46,1 milyon manat və ya 11,2 faiz az), 1 milyard 726,2 milyon manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 milyon manat və ya 13,2 faiz çox) yönəldilib. 2020-ci ildə 2019-cu illə müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə və ya 814 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2 faiz və ya 828,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərclərinə (cari xərclər, dövlət investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1 faiz və ya 1 milyard 72,6 milyon manat, təhsil xərclərinə 26,4 faiz və ya 579,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21 faiz və ya 317,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3 faiz və ya 23,2 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1 faiz və ya 22,7 milyon manat çox vəsait yönəldilib.

Dövlət büdcəsi xərclərinin 36,5 faizi və ya 9 milyard 652 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 1 milyard 890,7 milyon manat və ya 24,4 faiz çoxdur.

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3 milyard 787,5 milyon manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4 milyard 426,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu illə müqayisədə 1 milyard 72,6 milyon manat və ya 36,1 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq, dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1 milyard 985,6 milyon manat vəsait istifadə olunub. Həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib.

Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard 334,1 milyon manat vəsait sərf olunub.

Qeyd olunan vəsait hesabına pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi, sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsi, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılması, həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması, respublikanın təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması ilə bağlı xərclər maliyyələşdirilib.

2020-ci il ərzində koronavirus pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində, o cümlədən ümumdünya Səhiyyə Təşkilatına 17 milyon manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat beynəlxalq yardımlar göstərilib.

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin 72,9 milyon manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzillərin tikintisinə, 71 milyon manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb və həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınmış və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 milyon manat vəsait yönəldilib ki, onun da 565,6 milyon manatının dövlət büdcəsindən, 200 milyon manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir. Qeyd olunan vəsaitin 360,2 milyon manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 milyon manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 milyon manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 milyon manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 milyon manat) yönəldilib, 407,4 milyon manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunub.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 63,3 milyon manat və ya 18,7 faiz çoxdur. 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanılıb. Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən lizinqə götürülən və satınalınan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilib. Qeyri-neft məhsullarının ixracının təşviqi üçün 2020-ci ilin dövlət büdcəsindən 12,7 milyon manat vəsait sərf olunub.

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı ayrılıb.

Kütləvi informasiya vasitələrinin (“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) fəaliyyətinin təmin olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.

Vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilatlarına maliyyə yardımının göstərilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb.

2020-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4 milyard 751,7 milyon manat vəsait yönəldilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 648,4 milyon manat, müdafiə və hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və yenidən qurulması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 755,1 milyon manat vəsait istifadə olunub.

Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 2 milyard 514,4 milyon manat vəsait yönəldilib.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 798,9 milyon manat məbləğində vəsait ölkəmizdə yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd təsərrüfatı və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına istifadə olunub.

Hesabat ilində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 34,9 milyon manat vəsait sərf edilib.

Hesabat ilində əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 436,2 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 233,1 milyon manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 142,9 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisi və yenidən qurulmasına, 60,2 milyon manatı isə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə yönəldilib.

2020-ci il dövlət büdcəsinin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq 2020-ci il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsait və dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait də nəzərə alınmaqla, dövlət büdcəsinin Ehtiyat Fondundan 631,7 milyon manat vəsait istifadə olunub. Bu vəsaitin 384,3 milyon manatı koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınmasına, 139,6 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə, 31,2 milyon manatı bir sıra sosial, 53,2 milyon manatı nəqliyyat, enerji, kənd təsərrüfatı, su təchizatı və sair təyinatlı infrastruktur layihələrinin, 23,4 milyon manatı isə digər zəruri tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.

2020-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri tam məbləğdə və ya 300 milyon manat icra edilib ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına yönəldilib. 2020-ci ildə dövlət borcuna xidmətlə əlaqədar xərclərə dövlət büdcəsində nəzərdə tutulmuş 1 milyard 726,2 milyon manat vəsait yönəldilərək istifadə olunub.

Ötən ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət, beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlüklə bağlı və digər xərclərə 179,7 milyon manat vəsait sərf olunub. 2020-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının 73 diplomatik nümayəndəlik və konsulluqların, xarici ölkələrdə ticarət nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 113,3 milyon manat vəsait yönəldilib.

2020-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 737,1 milyon manat, ümumi daxili məhsulun 2,4 faizini təşkil edib və ya proqnozlaşdırılan kəsir məbləğindən 1 milyard 631,1 milyon manat və ya 48,4 faiz az olub. Kəsirin qarşılanması aşağıdakı mənbələr, o cümlədən 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci il yanvarın 1-nə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.

Operativ məlumatlara əsasən, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard 462,5 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 2 milyard 99,6 milyon manat və ya 9,4 faiz çoxdur.

2020-ci ilin icmal büdcəsinin xərcləri 29 milyard 160,3 milyon manat olub ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 654,2 milyon manat və ya 10 faiz çoxdur. İcmal büdcənin kəsiri 4 milyard 697,8 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 40,9 faiz azdır.

 

AZƏRTAC

Published in İqtisadiyyat

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovun AZƏRTAC-a müsahibəsi

Published in Müsahibələr
Cümə axşamı, 11 Fevral 2021 09:07

Ombudsman şəhid ailələrini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Vətən müharibəsində iştirak etmiş qazilər və şəhid ailələri ilə görüşləri davam edir, müalicə olunan hərbi qulluqçularımıza mütəmadi olaraq baş çəkilir.

Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları bu dəfə Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər - polkovnik-leytenant Rəşad Quliyev, polkovnik-leytenant Qərib Baxşəliyev və polkovnik-leytenant Sədi Musayevin ailələrinə baş çəkiblər.

Görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da iştirak edib.

Bu barədə Mətbuat Xidmətindən aldığımız məlumatda bildirilir ki, Ombudsman 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını, canları bahasına torpaqlarımızı işğaldan azad etdiklərini, buna görə qazilərimizə və şəhidlərimizə xalqımızın daim minnətdar olduğunu vurğulayıb. Ombudsman qəhrəmanlıq salnaməsi yazaraq vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb.

Ombudsman şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda şəhid ailələrinə Ombudsmanın adından sovqatlar təqdim edilib.

M.MUSTAFAYEV,

“Respublika”.

Published in Sosial həyat

Əhalinin həssas qruplarına göstərilən sosial xidmətlərlə bağlı müasir əsasda idarəetmə forması kimi “Elektron keys menecment” sisteminin hazırlanması işləri artıq yekunlaşır. E-sistem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığı müstəvisində yaradılır.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tezliklə hazır olacaq e-sistem Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya olunaraq, MEİS-in altsistemi kimi fəaliyyət göstərəcək. Məqsəd sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizmini formalaşdırmaq, bu xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırmaqdır. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və sosial xidmətçiləri gündəlik fəaliyyətləri, çətin həyat şəraitində olan ailələrlə, şəxslərlə görüşləri və onlara göstərdikləri xidmətləri barədə bütün məlumatları, fəaliyyət planlarını e-sistemə daxil edəcəklər. Bu məlumatlar, həmin ailə və şəxslərə göstərilən xidmət və onların problemlərinin həlli prosesi vahid sistemdə Agentlik tərəfindən daimi müşahidə olunacaq.

Bu cür ardıcıl nəzarət sistemi sosial xidmətlərin çevik və məqsədyönlü idarə olunması, yarana biləcək problemlərin daha obyektiv və operativ araşdırılması və həlli imkanı yaradacaq.

Mustafa KAMAL,

“Respublika”.

Published in Sosial həyat
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər886743

Currently are 75 guests and no members online