XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 04 May 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir.

Prezident İlham Əliyev dedi: “Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”. Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatında qardaş müsəlman ölkələri ilə həmişə həmrəy olduğunu vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının da öz növbəsində Azərbaycana güclü dəstək verdiyini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev vurğuladı ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu mövqe Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəm əsaslarının qurulmasında mühüm rol oynayır. Dövlətimizin başçısı ölkəmizin bu təşkilatla həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və yaxın günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri və xalqları arasında birliyi daha da gücləndirəcək.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin dedi: “Azərbaycan siyasi, iqtisadi, mədəni, sosial, gənclər arasında əməkdaşlıq sahələrində İslam Əməkdaşlıq Təşkilatının və İslam ailəsinin çox mühüm üzvüdür. Bu, çox önəmlidir. Azərbaycandakı inkişaf prosesləri və tolerantlıq İslam dünyasında bir nümunədir. Bakıda gördüyüm abadlıq işləri, yaşıllıq və təmizlik məni heyran etdi. Azərbaycan çox gözəl ölkədir”. 

Qonaq Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunaraq bunu çox önəmli beynəlxalq idman tədbiri kimi dəyərləndirdi və həmin tədbirin bütün müsəlman ölkələrinin bu mötəbər Oyunlarda iştirakı və Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğuladı.

Görüşdə Azərbaycanın turizm potensialı müzakirə edildi, ölkəmizdə turizmin inkişafı üçün çox böyük imkanların və yaxşı şəraitin mövcud olduğu qeyd edildi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Tiefinq Konatenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Tiefinq Konate fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tiefinq Konate etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keitanın yaxın zamanlarda Azərbaycana gözlənilən səfərinin önəmini qeyd edən dövlətimizin başçısı bu səfər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacağını vurğuladı. Prezident İlham Əliyev Tiefinq Konatenin ölkəmizdə səfir kimi fəaliyyətə başlamasının əməkdaşlığımıza dair bir sıra vacib məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.

Mali xalqının və hökumətinin Azərbaycan xalqına salamlarını çatdıran səfir Tiefinq Konate Azərbaycan ilə Mali arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu qeyd etdi, ölkəmizdəki fəaliyyəti dövründə respublikalarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycana ilk dəfə 2013-cü ildə nazir vəzifəsində olarkən səfərə gəldiyini xatırlayan Tiefinq Konate ölkəmizdə səfir təyin edilməsindən çox məmnun olduğunu dedi, ona göstərilən yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2016-cı il dekabrın 29-da Bakı şəhərində və dekabrın 30-da Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 aprel 2017-ci il.

Published in Qanun

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin” 2016-cı il noyabrın 28-də Bakı şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 aprel 2017-ci il.

Published in Qanun

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 337-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1116 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 8, maddə 498; 2001, N 7, maddə 459; 2002, N 8, maddə 487; 2006, N 9, maddə 743; 2007, N 5, maddə 459, N 6, maddə 611; 2008, N 3, maddə 170) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzas 2.1-ci bənd hesab edilsin.

2. üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq 2.3-cü-2.9-cu bəndlər hesab edilsin.

3. Aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:

“2.2. həmin Qanunun 1-ci maddəsinin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” abzasında, 5-ci maddəsinin birinci hissəsində hər iki halda, ikinci və üçüncü hissələrində, dördüncü hissəsində birinci halda, beşinci hissəsinin birinci və ikinci cümlələrində, yeddinci hissəsində birinci halda, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, ikinci hissəsinin birinci cümləsində birinci halda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

4. 2.4-cü bənddə “5-ci maddəsinin üçüncü və altıncı hissələrində” sözləri “5-ci maddəsinin dördüncü və yeddinci hissələrində ikinci halda” sözləri ilə əvəz edilsin.

5. 2.5-ci bənddə “7-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində” sözlərindən sonra “ikinci halda” sözləri əlavə edilsin.

6. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. həmin Qanunun 1-ci maddəsinin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” abzasında, 5-ci maddəsinin birinci hissəsində hər iki halda, ikinci, üçüncü və dördüncü hissələrində, beşinci hissəsinin birinci və ikinci cümlələrində, yeddinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 may 2017-ci il.

Published in Fərman

“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 7, maddə 594; 2008, N 5, maddə 373; 2013, N 8, maddə 897; 2016, N 10, maddə 1627) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.”.

2. 2.2-ci bənd ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 may 2017-ci il.

Published in Fərman

Dünən Bakıda “Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransı bunu bir daha təsdiqlədi
Xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin peşəkar zabit və hərbçi kimi dövlət təhlükəsizliyi sistemindəki 25 illik fəaliyyətinin nəticələri onun çoxşaxəli və zəngin dövlətçilik irsinin mühüm tərkib hissəsidir. O, gənc yaşlarından özünün parlaq zəkası, tükənməz biliyi, fiziki möhkəmliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş və buna görə də keçmiş sovet dövlətinin əsas dayaqlarından olan təhlükəsizlik orqanlarında işə qəbul edilmişdir. Mürəkkəb və ziddiyyətli tarixi olan bu orqanın fəaliyyəti dövrün və siyasi hakimiyyətin tələblərinə uyğun qurulsa da, onun sıralarında kəşfiyyat və əks-kəşfiyyat işini mükəmməl bilən, xüsusən, xarici qüvvələrin təxribat-pozuculuq əməllərinin qarşısnın vaxtında alınması üçün dəqiq düşünülmüş uğurlu əməliyyatlar hazırlayıb gerçəkləşdirən əsil peşəkarlar da az deyildi. Ulu öndər Heydər Əliyev də ölkəsinin mənafeyinə sədaqətlə və təmənnasız xidmət edən, daim xalqın içərisində olan, cəmiyyətin bütün həssas nöqtələrinə bələd, saf əqidəli peşəkar xüsusi xidmət orqanı zabiti kimi yetişmiş, bu orqanda general rütbəsinə və respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmişdi. Belə məsuliyyətli bir sahədə uzun müddət işləməsi ona ölkə və respublika həyatının bütün sahələrindəki gerçək vəziyyəti dərindən müşahidə edib öyrənmək, milli maraqları dəqiq müəyyənləşdirmək və onların gələcək perspektivləri üçün çalışmaq imkanı yaratmışdır. Məhz bu amillər - ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı kimi fəaliyyətinə gənclərimizin diqqətini cəlb etmək zərurəti doğurdu ki, Dövlət Təhlükəsizliyi Xidmətinin, Heydər Əliyev Mərkəzinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə ümumrespublika konfransında şəhər, rayon yerli icra strukturları və digər dövlət orqanları tərəfindən irəli sürülən 11 gəncin tədbirin mövzusunun müxtəlif aspektlərini əhatə edən məruzələri dinlənildi, onların arasında ən yaxşıları seçilərək mükafatlandırıldı...

 

 

 

 

Əsas məramı və məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyin qorunmasına əvəzsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin öyrənilməsi olan konfransın iştirakçıları - dövlət qurumlarının, qeyri-hökumət və gənclər təşkilatlarının, KİV nümayəndələri, ali və xüsusi təyinatlı təhsil müəssisələrinin tələbə və kursantları əvvəlcə tədbirin keçirildiyi məkanın - DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin rəsm işləri ilə tanış oldular. Həmin salonda böyük monitorda ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən videogörüntülər nümayiş etdirildi.
Konfransın əvvəlində ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət Himni səsləndirildi.
Konfransda DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev geniş məruzə ilə çıxış etdi. Müasir tarixin parlaq şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinin yaxın günlərdə xalqımızın böyük sevgi və təntənə ilə qeyd edəcəyini diqqətə çatdıran natiq dedi: “Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Ulu Öndər ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində möhtəşəm, silinməz iz qoymuş, gələcək nəsillər üçün böyük məktəb yaratmışdır. Ulu Öndər nümunəvi ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmişdir. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlamış, dövrün ağır şərtlərinə baxmayaraq bu orqanın formalaşmasına böyük əmək sərf etmişdir”.
“Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransının keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan DTX rəisi tədbirin keçirilməsinə verdikləri dəstəyə görə Heydər Əliyev Mərkəzinə, Təhsil, Gənclər və İdman nazirliklərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdi, həmçinin paytaxtda və bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin, yerli icra hakimiyyəti strukturlarının konfransın təşkilində öz səylərini əsirgəmədiklərini söylədi və konfrans iştirakçısı olan gənclərin Heydər Əliyev irsinə yüksək diqqətindən məmnunluğunu ifadə etdi.
O, daha sonra dedi: “Vətən tarixi keşməkeşli və ziddiyyətli olmuşdur. Cəmi 23 aylıq müstəqillik dövrü yaşamış Azərbaycan 1920-ci ildə sovet Rusiyası tərəfindən işğal edildi. Təhlükəsizlik orqanlarının tarixi Vətən tarixinin bir parçası olduğundan bu qurumlarda xidmət edən şəxslər də həmin dövrün çətinliklərini öz həyatlarında yaşadılar. Sovetlər dönəmində Azərbaycan təhlükəsizlik orqanları Moskva şəhərinə tabe olmaqla, yalnız mərkəzi hakimiyyətin sifarişini həyata keçirirdi. Lakin bu orqanlarda parlaq zəkası, güclü iradəsi və yüksək peşəkarlığı ilə seçilən, ölkəsini ürəkdən sevən, öz fədakar xidməti ilə hər bir azərbaycanlı üçün örnək olan Heydər Əliyev kimi bir şəxsiyyət də çalışırdı. Əməliyyat müvəkkilliyindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək, serjant rütbəsindən generaladək yüksəlmiş Heydər Əliyevin bu orqanlardakı fəaliyyətini yalnız peşəkarlıq kimi səciyyələndirmək olar. Heydər Əliyev qətiyyətlə və cəsarətlə respublikanın təhlükəsizlik orqanlarında milliləşdirmə siyasəti aparmış, gələcək azad Azərbaycan üçün bacarıqlı kadrların hazırlanmasına xüsusi diqqət vermişdir. Ulu Öndər təhlükəsizlik orqanlarında milli kadrların yetişdirilməsi və yerləşdirilməsi işinə 1950-ci illərdən başlamışdır. Təəssüf ki, milliləşdirmə prosesinin ağırlığını Heydər Əliyev öz taleyində də yaşamışdır. Vaxtilə Azərbaycanın mənəvi dəyərləri ilə yanaşı, tarixi şəxsiyyətlərini də məhv edən qüvvələr Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxmışlar. Lakin təqiblərdən sarsılmayan Ulu Öndər sonradan Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksələndə milliləşdirmə siyasətini daha geniş vüsətlə davam etdirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti dövründə Heydər Əliyev çoxsaylı ziyalı və ictimai xadimləri milli ideyalara görə həbsdən, təqib və təzyiqlərdən xilas etmişdir. İstər respublikaya rəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada işlədiyi vaxtlarda Ulu Öndər gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi-texniki və hərbi potensialının formalaşmasına böyük diqqət yetirmişdir. Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarına rəhbərlik etdiyi dövr şəxsi heyətin iş keyfiyyətlərinin yüksəldilməsi, peşəkarlıq səviyyəsinin artırılması ilə yaddaşlara həkk olunmuşdur. Onun əməliyyat təcrübəsi, gənc əməkdaşlara tövsiyələri Dövlət Təhlükəsizliyi Xidmətində bu gün də öyrənilir və şəxsi heyətə aşılanır. Ulu Öndər Azərbaycanda rəhbərliyə başladıqdan sonra əsasını təhlükəsizlik orqanlarında qoyduğu milliləşdirmə siyasətini təkcə azərbaycanlı kadrların irəli çəkilməsi ilə məhdudlaşdırmırdı, torpaqlarımızın Ermənistana verilməsinin qarşısının alınması, rəsmi tədbirlərdə Azərbaycan dilinin istifadəsinə şərait yaradılması, ziyalıların və gənclərin himayə olunması kimi çoxsaylı işlərlə davam etdirmişdir. Azərbaycan ötən əsrin 90-cı illərində SSRİ-nin digər respublikaları ilə birgə müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn və ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyev qısa zamanda Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir. Onun gərgin səyləri nəticəsində ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoymuş, dövlət quruculuğunun bütün sahələrində geniş islahatlar aparılmış, ordumuzun, hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır.
Vətən tarixinin ən yeni dövründə baş vermiş hadisələr və onların milli maraqlarımıza istiqamətləndirilməsində Heydər Əliyevin rolu qədirbilən xalqımıza və burada əyləşənlərə bəllidir. Konfrans iştirakçılarının bir çoxu ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilmiş işləri bilavasitə izləmək, hətta həmin proseslərdə iştirak etmək imkanına malik olmuşdur. Zaldakı çoxsaylı gənclərimizi də bura toplayan Ulu Öndərə sonsuz məhəbbət, Heydər Əliyev irsinə sədaqət hissləridir. Həyat öz axarı ilə davam edir, nəsillər dəyişir, gənclər tədricən bu dövlətin məsuliyyət yükünü öz çiyinlərinə götürürlər. Bütün bunlar bizim qarşımızda Heydər Əliyev ideyalarının öyrənilməsi ilə yanaşı, onun gənc nəslə ötürülməsi öhdəliyini yaradır. Konfransın əsas amalı da elə budur. Ulu Öndərin həyatının 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyəti yüksək intizamlı hərbi qulluqçu, xalqına sədaqətli təhlükəsizlik zabiti, sadə dövlət məmuru etalonudur. Müstəqilliyimizin və gələcəyimizin etibarlı təminatı naminə Heydər Əliyevə xas olan və sadalanan mənəvi işgüzar keyfiyyətlər gənclərə aşılanmalı, onlar bu ruhda tərbiyə olunmalıdırlar.
Bu səmimi istəklə Ulu Öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyətinin öyrənilməsinin və konfransa məruzə olunmasının gənclərə etibar edildiyini vurğulayan general-leytenant Mədət Quliyev dedi: “Gənclərin konfransda fəal iştirakı həm də rəmzi məna daşıyır. Əminəm ki, bu tədbirdə iştirak edən gənclər Ulu Öndərin Vətənə təmənnasız xidmət dəyərlərini dərindən öyrənəcək və möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müstəqil Azərbaycanın qüdrətlənməsi, tərəqqisi və təhlükəsizliyi naminə yürütdüyü uğurlu siyasətin dönmədən və qətiyyətlə həyata keçirilməsində ən mübariz silahdaşı olacaqlar”.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışını konfrans iştirakçıları böyük maraqla qarşıladılar. Ümummilli lider Heydər Əliyevin ideyalarının, siyasi irsinin, yaratdığı dövlətçilik məktəbinin, onun şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycanın inkişaf etdiyini, yeni uğurlar qazandığını, Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşadığını vurğulayan natiq dedi: “Ümummilli Lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atmışdır. Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətidir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-ci ilin oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuşdur. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilmiş, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılmış, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilmiş, dənizdə neft hasilatı genişləndirilmiş, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda, iri xalçaçılıq, alüminium kombinatları istifadəyə verilmiş, elektrik enerjisinin yeni istehsal gücləri yaradılmışdır. Ölkə ərazisində çoxlu sayda neftayrıma, kimya sənayesi, pambıqtəmizləmə, şərab emalı zavodları istifadəyə verilmiş və beləliklə, Azərbaycan metropoliyanın xammal əlavəsi olmaqdan qurtularaq xammaldan son məhsul buraxılışınadək bütöv istehsal zəncirini quran respublikaya çevrilmişdir. Müxtəlif bölgələrdə inşa edilmiş yeni hava limanları, nəqliyyat qovşaqları bu gün də xalqımıza, müstəqil dövlətimizə xidmət edir. Azərbaycanın region və dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsində o illərdə qurulmuş nəqliyyat şəbəkəsinin də rolu var”.
Əli Həsənov Ümummilli Liderin sovet dövründə ən böyük təşəbbüslərindən birinin də dövlət aparatının, o cümlədən təhlükəsizlik orqanlarının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının yetişməsi, himayə edilməsi olduğunu bildirdi və bununla bağlı tarixi faktları diqqətə çatdırdı. Moskvada sovet hökuməti rəhbərliyində işlədiyi müddətdə ulu öndər Heydər Əliyevin ən ağır, böyük təcrübə, peşəkarlıq və xüsusi istedad tələb edən sahələrin inkişafına əhəmiyyətli töhfələr verməklə əsl rəhbər xüsusiyyətlərini nümayiş etdirdiyini, bununla yanaşı, qəlbinin Azərbaycanla, Vətənlə döyündüyünü, öz xalqına bağlılıq, onun maraqlarına xidmət nümunəsi yaratdığını qeyd etdi.
“Heydər Əliyevin Vətənə və xalqına xidmət nümunəsi bu gün hər birimiz, xüsusilə gənc nəsil üçün əsl nümunə hesab olunur,” - deyən Əli Həsənov bildirdi ki, Ümummilli Liderin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olması, əvvəllər çar “oxranka”sının, daha sonralar isə 1920-1930-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk etdirdiyi antimilli cəza aparatı obrazını tədricən, praktiki addımlarla dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan bir sistemə çevirməsi, əsl milli təhlükəsizlik sistemi nümunəsi yaratmasıdır. Natiq qeyd etdi ki, Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 1960-cı illərdə və respublikaya rəhbərlik etdiyi 1970-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilmişdir. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə, onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşdur. Bu gün qəribə görünsə də, “samizdat” yolu ilə çap olunan ədiblərin, gizli səsyazma studiyalarında əsərlərini çoxaldan bəstəkarların, rəsmi sovet diktovkalarını aşan alimlərin sonradan ali mükafatlar alması, yaradıcı qurumlarda, tədqiqat, təhsil müəssisələrində və ya digər sahələrdə irəli çəkilməsi o zaman tez-tez rast gəlinən hal idi. Beləliklə, təhlükəsizlik orqanları müstəqilliyimizin qazanılıb qorunmasında töhfələri olan şəxslərin - milli mədəni-siyasi elitanın formalaşdırılıb qorunmasında, onların fəaliyyətinin məqsədəmüvafiq məcraya yönəlməsində müstəsna rol oynamışdır. Bu, ilk növbədə, Heydər Əliyevin bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə titanik əməyinin nəticəsidir.
Əli Həsənov təəssüf hissi ilə belə məqamı da qeyd etdi ki, bir neçə il bundan qabaq bəzi “generallar” Ümummilli Liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış antiazərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Natiq təhlükəsizlik xidməti əməkdaşlarına xitabən dedi: “Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində Ümummilli Liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yararlı idi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan sizin bəzi keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələr də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər”.
Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşdığnı, bu qurumların texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, həm də yeni gənc personalın yetişdirilməsi məsələsini də daim diqqətdə saxladığını xatırladan Əli Həsənov bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblərə uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirildiyini bildirdi və dedi: “Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilmişdir. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılmış, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulmuşdur. Təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması da xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir”. Natiq əmin olduğunu bildirdi ki, Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətçiliyinin qorunması və yeni hədəflərə doğru uğurlu inkişafı naminə milli təhlükəsizlik xidməti öz vəzifə və öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcək.
“Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin sədri Şamil Süleymanov konfransdakı çıxışında dövlət təhlükəsizliyi orqanında fəaliyyətə başladığı ilk iş gününün o vaxt podpolkovnik rütbəsində əks-kəşfiyyat şöbəsinin rəisi olan Heydər Əliyevlə tanışlıqdan başladığını xatırlatdı, bu görüşün onun üçün yaddaqalan olduğunu bildirdi. “Heydər Əliyevin bütün fikirləri, tövsiyələri, məsləhətləri mənim üçün dərs oldu. Mənim gündəlik işlərim onun nəzarəti altında həyata keçirilirdi və bunun sayəsində mən peşəkar zabit kimi dövlət təhlükəsizliyi sistemində öz yerimi tapa bildim,” - deyən Ş.Süleymanov ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin, bu sistemə göstərilən diqqət və qayğının Azərbaycan dövləti tərəfindən bu gün də davam etdirildiyini vurğuladı və buna görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonra gənc məruzəçilərin çıxışları dinlənildi.
Heydər Əliyev irsinin müxtəlif aspektlərinə həsr olunmuş məruzələr gənclərimizin milli dövlətçilik ənənələrimizi dərindən və səylə öyrəndiklərini göstərdi.
Maraqlı konsert proqramından sonra konfransın ən yaxşı gənc məruzəçiləri münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırıldılar.
Konfrans onların Ulu Öndərin dühasından bəhrələnərək Vətən və dövlət naminə öz üzərlərində əzmlə çalışmaları, savad, bilik və bacarıqlarını daha da yüksəltmələri, Azərbaycanın qüdrətlənməsi və tərəqqisi yolunda öz töhfələrini artırmaları üçün yaxşı bir stimul oldu.

Möhtərəm RƏCƏBOVA,
“Respublika”.

Published in Digər xəbərlər
Cümə axşamı, 04 May 2017 05:39

Elm və təhsilin hamisi

Ulu öndər Heydər Əliyevin təhsil siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Mühəndislik Universiteti milli kadrlar hazırlamaqla ölkəmizin inkişafına töhfəsini verəcəkdir

Published in Digər xəbərlər

Müasir dünyamızda getdikcə güclənən inkişaf prosesləri zamanın çağırışlarına münasibətdə daha həssas olmağı təlqin edir. Tarix boyu dövrün çağırışlarını nəzərə alan, yaranmış yeni imkanlardan yetərincə faydalanmağı bacaran cəmiyyətlər həmişə irəli gedərək tərəqqi tapıblar. Böyük toplumlara bu imkanları göstərmək, onları vahid ideyalar ətrafında səfərbər edərək gələcək hədəflərə doğru istiqamətləndirməksə bu çətin və şərəfli yolun önündə gedən liderlərin missiyasıdır.

Bütövlükdə cəmiyyətlərdən, xalqlardan, dövlətlərdən başlamış ayrı-ayrı sosial-iqtisadi insitutlara qədər - həyatın ən müxtəlif sferalarında liderlik fenomeninin rolunu araşdıran Amerika tədqiqatçısı Con Maksvell “Liderliyin 21 inkaredilməz qanunu” əsərində liderlik qabiliyyətini, ilk növbədə, insanın effektivlik səviyyəsi kimi şərh edir. Siyasi mənada, liderlik bir insanın tarixdəki səmərəli fəaliyyətidir. Bu fəaliyyəti ilə xalqın həyatında oynadığı böyük roldur. Liderlik nadir şəxslərə xas anadangəlmə xüsusiyyət olub, insanın həyat tərzi və qazandığı təcrübələr əsasında cilalanan, dərin təsirlilik, səmərəli idarəetmə, gözəl örnəklər yaratma, cəmiyyət üçün faydalı olanları aydın zəka ilə üzə çıxarma, insanlara və hadisələrə münasibətdə məsuliyyətlə, ağılla davranma, başqalarına düzgün yol göstərmə kimi ali keyfiyyətləri özündə bir araya gətirən mükəmməllikdir.
Böyük lider, ideal insan obrazı Azərbaycan xalqının milli dünyagörüşündə həmişə özünəməxsus yer tutur. Nizami, Xaqani, Füzuli kimi dühalarımız öz əsərlərindəki adil hökmdar surətlərində bu obrazın parlaq nümunələrini yaratmışlar. Bu obraz milli dövlətçilik tariximizin ən müxtəlif dövrlərində yaşamış böyük tarixi şəxsiyyətlərimizin timsalında öz təcəssümünü tapmışdır.
Xalqın əsrlər boyu formalaşmış liderlik potensialını, tarixin ayrı-ayrı çağlarında müxtəlif şəxsiyyətlərin simasında ifadə olunmuş üstün keyfiyyətləri, mənəvi idealları öz həyat və fəaliyyətində bir araya gətirən, bu idealların reallaşmasına nail olan liderlər də vardır. Bu mənada, “Heydər Əliyev tariximizin ümumiləşdirici obrazıdır” deyənlər qətiyyən yanılmırlar. Müasir Azərbaycan dövləti bu böyük şəxsiyyətin şah əsəri, onun yüksək liderlik bacarıqlarının, şəxsi nüfuzunun, idarəetmə məharətinin müdriklik və uzaqgörənliyinin, həlledici anlarda verdiyi məqsədyönlü qərarlarının nəticəsidir. Heydər Əliyev şəxsiyyəti bir liderin uğurunu təmin edən, nailiyyətlərinin sirrinə çevrilən amillərin bu adın işığında öyrənilməsi baxımından da mükəmməl nümunədir. Ulu öndər yüksək xarizması, idarəçilik məharəti, kübarlığı, səlis natiqlik qabiliyyəti ilə lider üçün son dərəcə zəruri sayılan fitri qabiliyyətlərə malik şəxsiyyət idi. O, bütün varlığı ilə bağlı olduğu Azərbaycan xalqının milli psixologiyasını duyur, insanların arzularını bilir, bu arzuların həyata keçməsi üçün yüksək qətiyyət göstərirdi. Heydər Əliyev kifayət qədər informasiyalı adam idi və lider üçün son dərəcə vacib olan informasiyalarla işləmək qabiliyyəti ona cəmiyyəti bütöv tam kimi görməyə, ictimai həyatdakı uğurlu və qüsurlu meyilləri aşkara çıxarmağa, toplumun arzularına uyğun qətiyyətli addımlar atmağa imkan verirdi.
Azərbaycan xalqının nəzərində Heydər Əliyev mümkünsüzü mümkünə çevirməyi bacaran, onun gələcəyi üçün məsuliyyəti öz üzərinə götürən sarsılmaz güc idi. O, tarixdə öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən ötrü xalqın yüksək inamını qazanmış, malik olduğu dərin biliklər, dəyər və prinsiplərə sadiqliyi ilə insanlardan səlahiyyət almışdı. Xalq böyük güvən hissi ilə öz taleyini bu böyük qüdrət sahibinə əmanət etmişdi. Heydər Əliyev dühası bu mənəvi əmanətə - insanların inamına hər zaman sadiq qaldı. Çünki bu böyük dövlət adamı üzərinə götürdüyü müqəddəs missiyanın ağır məsuliyyətini gözəl dərk edir, tarix üçün yaşamağın, tarix yaratmağın, milli dövlətçilik tarixinin işıqlı bir parçasına çevrilməyin nə demək olduğunu yaxşı bilirdi.
Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, sonrakı onillikləri kabus kimi sarmış repressiya dalğasından sonra sinələrin məhbəsinə sığınaraq insanların düşüncə dünyasında qorunan istiqlal duyğularını, milli özünüdərk hissini ötən əsrin 70-ci illərində yenidən aydınlığa çıxardı. Yaradıcı insanlara dəstəyi, vətənpərvər alimləri təhdidlərdən qoruması, Azərbaycan xalqının tarix boyu yetirdiyi böyük şəxsiyyətlərə ucaltdığı abidələrlə, onların mənəvi irsinə sahib çıxmaqla milli şüurun oyanışına təkan verdi. Eyni zamanda, milli inkişafın son dərəcə mühüm olan sosial-iqtisadi əsaslarını, bu prosesi irəli aparacaq insan kapitalını formalaşdırdı. Heydər Əliyev ötən əsrin ikinci yarısında, elm və texnologiyaların inkişafı ilə xeyli dəyişən dünyamızda Azərbaycan xalqının milli potensialını, sanki yenidən kəşf edən, üzə çıxaran, bu potensialı həyatın ən müxtəlif sahələrində misilsiz inkişaf nümunələrinə çevirən, cəmiyyətdə yeni dəyərlər yaradan tarixi fenomendir. Bütün bunlar, şübhəsiz, Heydər Əliyevin lider kimi böyüklüyünü şərtləndirən amillərin tam sırası deyil. Daha doğrusu, bütün bu nailiyyətlərin təməlində dayanan bir məqam da vardır ki, ulu öndərin həyat və fəaliyyətinin əsas qayəsi kimi məhz ona istinad edilməlidir.
Heydər Əliyevin liderlik taleyinin başlanğıc səbəbi, onun çətin və şərəfli ömür yolunda Azərbaycan xalqına qazandırdığı böyük uğurların mənəvi qaynağı məhz ədalət prinsipidir. Ölkəyə rəhbərliyinin ilk aylarından “Qoy ədalət zəfər çalsın” çağırışını əsas devizə çevirən Heydər Əliyevin bütün fəaliyyətini cəmiyyətdə ədalətin təntənəsinə yönəltməsidir. Bu deviz ümummilli liderin ötən əsrin 70-ci illərinin əvvəllərində xalqın rəhbəri kimi özünə seçdiyi yolun, əqidənin bəyanı olmaqla yanaşı, həm də qəlbinin səsi, milli dəyərlərə sadiqliyinin ifadəsi idi. Onun verdiyi bütün qərarlar ədalət meyarlarına söykəndiyi üçün hər bir vətəndaşın qəlbində, düşüncəsində adil rəhbər mücəssəməsinə çevrilə bilmişdi. Və insanların Heydər Əliyev şəxsiyyətinə olan inamı, onun haqq işinə dəstəyi bu dəyərə əsaslanırdı.
1982-1987-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə çalışarkən bütün ittifaq məkanında insanların onun xarizmasına, çalışmaq əzminə, vətəndaşlar üçün faydalı olmaq istəyinə heyranlığını gözü götürməyən bədxahları Heydər Əliyevə qarşı həyata keçirdikləri təxribatçı üsullarla ümumən türk-müsəlman dünyasının Kremldəki parlaq ulduzunu, onların haqq sözünü dilə gətirən hamisini vəzifədən kənarlaşdıra bildilər. Amma xalqın Heydər Əliyevə olan münasibəti, sonrakı dönəmlərdə bu böyük liderin iştirakı ilə yaşanan tarix göstərdi ki, onun kimi böyük şəxsiyyətlər bütün vəzifələrin fövqündədir. 1990-cı ilin 20 Yanvar gecəsi keçmiş sovet ordusunun xalqımıza qarşı törətdiyi qətliamlara etiraz olaraq ulu öndərin ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında bu dəhşətli cinayətin səbəbkarlarını bütün dünyanın gözləri qarşısında ifşa etməsi sübuta yetirdi ki, xalqın haqq söyləyən səsini batırmaq mümkün deyil. Heydər Əliyevin ona qarşı yönəlmiş bütün təzyiq və təhdidlərə baxmayaraq bu cəsarətli addımla yenidən böyük siyasətə qayıdışı ədalətin heç bir maneəyə baxmayaraq gec-tez mənzil başına çatacağını göstərdi.
Vətənə qayıdıb qanlı faciələrdən, başına gətirilən fəlakətlərdən, pərişan duruma düşmüş Azərbaycan cəmiyyətini yenidən bir yerə toparlamasına, hadisələrin gözlənilməzliyindən sarsılmış milləti yenidən ayağa qaldırmasına mane olmaqdan ötrü yaradılan bütün əngəllərə baxmayaraq Heydər Əliyevin maneələri dəf edib Azərbaycana, dünyaya göz açdığı qədim Naxçıvan torpağına qayıtdığı günləri o tarixin canlı şahidləri və bilavasitə iştirakçıları kimi yaxşı xatırlayırıq. Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində blokada vəziyyətinə düşmüş Naxçıvan onda ağır çətinliklərlə üz-üzə idi. Muxtar Respublikanın fədakar sakinləri minimal sosial imkanlardan belə məhrum şəkildə yaşayırdılar. Burada qaz, işıq, Azərbaycanın başqa bölgələri ilə əlaqə üçün kommunikasiya vasitələri, demək olar ki, yox idi. Xüsusilə qış aylarında vəziyyət dözülməz olurdu.
Belə bir durumda Heydər Əliyev qədim Naxçıvan torpağına insanların ürəyinə toxtaqlıq, cisminə təpər gətirən mənəvi ruh kimi qayıtdı. Gələcəklə bağlı bədbinliyə qapılmış ölkə əhalisinin qəlbində ümid çırağı alovlandı. 1990-cı ildə Azərbaycan Ali Sovetinə seçkilər zamanı Heydər Əliyevi deputat seçən Naxçıvan sakinləri bununla ümumən xalqımızın arzusunu ifadə etmiş oldular. O dövrdə ölkəmizin müstəqilliyinə doğru ilk qətiyyətli və konkret addımların məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında atılması, Azərbaycanın milli dövlətçilik rəmzlərinə hörmət ruhunun məhz bu məkanda formalaşması da tariximizin danılmaz həqiqətidir. Azərbaycanın müstəqillik rəmzi olan üçrəngli bayrağımız hələ 1991-ci ilin 17 noyabrında ilk dəfə olaraq məhz Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Respublikası keçmiş SSRİ-nin qalıb-qalmaması barədə səsvermə prosesində iştirakdan imtina edən yeganə məkan oldu. O zaman mərkəzdəki “başbilənlər”in növbəti oyunu olan “Yeni ittifaq müqaviləsi”nə cəsarətlə, qətiyyətlə “Yox!” - dedi. Sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılması, 20 Yanvar faciəsinə həqiqi-siyasi qiymətin verilməsi də Heydər Əliyevin milli dövlətçilik tariximizə misilsiz töhfələri idi.
1992-ci ildə Naxçıvan MR-də Ədliyyə Nazirliyində çalışmağıma, dövlət məmuru sayılmağıma rəğmən Azərbaycanın çəkildiyi ağır sınaqlara biganə qala bilmir, xalqın gələcəyindən narahat olan bir çox ziyalılarımız kimi yeganə çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdüm. Heydər Əliyev şəxsiyyətinə bu sarsılmaz inamı daha da gücləndirən səbəblər Naxçıvan sakinləri kimi gözlərimiz önündə baş verməkdə idi. Ulu öndərin bu torpaqlarda başladığı islahatlar, ermənilərin işğalçı hücumlarının və eyni zamanda insan itkilərinin qarşısının alınması üçün atdığı addımlar, şəxsi nüfuzundan istifadə edərək Türkiyə, İran kimi qonşu dövlətlərin rəhbərləri ilə qurduğu iqtisadi-siyasi münasibətlər Naxçıvana yenidən həyat gətirirdi. Bu müsbət dəyişikliklərin ümumən Azərbaycanı əhatə etməsindən ötrü Heydər Əliyevin yenidən ölkənin siyasi hakimiyyətə qayıdışı istəyinin respublika əhalisinin ümumi arzusuna çevrilməsi təbii qanunauyğunluq idi. Heydər Əliyev şəxsiyyətinin işığına üz tutan insanların bir araya gəldiyi Yeni Azərbaycan Partiyasının tarix səhnəsinə çıxması da belə baş verdi.
1992-ci il noyabrın 21-də Naxçıvan Dram Teatrının binasında 550-yə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təsis konfransının keçirilməsini, həmin vaxt Naxçıvan şəhəri üzrə Təşkilat Komitəsinin sədri kimi qurultaya hazırlıq işlərində yaxından iştirakımı, bir qrup hüquqşünas həmkarımla birgə partiyanın əsasnamə və nizamnaməsini hazırlamağımızı, YAP-ın təsis qurultayında partiyanın nizamnaməsini oxumaq məhz mənə nəsib olduğunu da hər zaman taleyimin xoş anları kimi xatırlayıram.
Vaxtilə Tur Xander yazırdı: “Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil, bunun üçün dövlətçilik şüuru da tələb olunur”. Azərbaycanın müstəqilliyinin ilk illərində Vətən sevgisi ilə yanaşı, dövlətçilik şüuruna da malik olan bütün insanlar Azərbaycanın gələcəyini Heydər Əliyevin rəhbərliyində görürdü. Əks halda gözlərimiz önündə ağır sosial-iqtisadi problemlər məngənəsində çırpınan, xarici qüvvələrin dəstəvuzu ilə sərhədlərində separatizm meyilləri baş qaldıran, mərkəzində hakimiyyət uğrunda silahlı mübarizənin artıq vətəndaş müharibəsi həddinə gəlib çatdığı, parçalanma təhlükəsi ilə üz-üzə qalmış bir Vətən qalacaqdı. Və o həlledici anda Azərbaycan xalqı tarixinin ən doğru qərarını verərək Heydər Əliyevi yenidən siyasi hakimiyyətə gətirdi, taleyini yenidən onun müdrik zəkasına, əmin əllərinə etibar etdi. Heydər Əliyevin qayıdışı Azərbaycana düşdüyü girdabdan çıxmaq üçün taqət gətirdi, cəmiyyətdə toparlanmaq əzmi, sabitlik, mövcud problemləri elliklə aradan qaldırmaq inamı formalaşdırdı. Bütün bunların gücü ilə qısa zamanda böyük nəticələr əldə olundu. Qonşu dövlətlərlə pozulmuş münasibətlər tədricən nizama salındı. Heydər Əliyevin siyasi iradəsi sayəsində dünyanın böyük neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatını həyata qaytardı. Cəmiyyətdə azad-bazar iqtisadiyyatı prinsiplərinin özünə yer tutması üçün ardıcıl addımlar atıldı. 1995-ci ildə layihəsi ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə Azərbaycan hüquqi dövlət, demokratik cəmiyyət quruculuğuna doğru dönməz bir yola çıxaraq bu yolda milli dövlətçilik tarixinin ən böyük nailiyyətlərini qazandı.
Azərbaycan qısa zamanda bütün bunlara ona görə nail ola bildi ki, ulu öndərin ölkə rəhbərliyinə qayıdışı, ən mühüm olanı, ədalət prinsiplərini yenidən cəmiyyət həyatına gətirmiş, bu prinsipləri Azərbaycanda yenə əsas birgəyaşayış meyarına çevirmişdi. Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin əsasını təşkil edən qanunlardır. Biz qanunsuzluqları, ədalətsizlikləri aradan götürəcəyik, ancaq bir iş qanunsuz olursa, o biri qanunsuz işlə qanunsuzluğu aradan götürmək olmaz. Bir şey ədalətsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Ədaləti bərpa etmək lazımdır” - ulu öndər Heydər Əliyevin bu sözləri onun Azərbaycanda hüquqi dövlət quruculuğuna verdiyi tarixi töhfələrin, ədalətli cəmiyyət ideallarının ən bariz ifadəsidir.
İstənilən cəmiyyətdə ali mənəvi-siyasi-sosial dəyər kimi ədalət anlayışından söhbət gedərkən, ilk növbədə məhkəmə-hüquq sistemi göz önündə canlanır. Çünki cəmiyyətdə ədalət prinsiplərinin başlıca təminatçısı məhz bu sistemdir. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan davamlı islahatlar bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması, mütərəqqi beynəlxalq təcrübənin əxz olunması, ölkədə qanunların aliliyinin təmin edilməsi ümummilli liderin ədalətli cəmiyyət ideallarının təzahürü idi. Bu islahatların hər bir istiqaməti geniş elmi tədqiqat mövzusudur. Bir yazını əhatə edən imkanlar çərçivəsində isə qısaca olaraq yalnız müəyyən faktları yada sala bilərik. 1998-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” qanunla ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırıldı. Hakimlərin obyektiv və şəffaf şəkildə seçilməsi üçün Məhkəmə-Hüquq Şurası yaradıldı. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Birinci instansiya, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı. 2000-ci ildə Azərbaycanda ilk dəfə olaraq hakim vəzifəsinə seçkilərin test üsulu ilə seçilməsi ədalət mühakiməsinin səmərəliliyini təmin etdi, işin keyfiyyətini yüksəltdi. Ölkənin məhkəmə-hüquq sistemi keçmiş sovetlər birliyindən miras qalmış xoşagəlməz ənənələrdən qurtuldu, cəmiyyətdə məhkəmələrə inam gücləndi.
Görkəmli fransız filosoflarından Qabriel Marselin maraqlı bir sözü var: “İdeyalar öz ardıcıllarını tapması müqabilində yaşayır”. Bu, milli dövlətçilik ideallarına da aiddir. Xalqların tarixində milli dövlətçilik memarları kimi xatırlanan liderlərin böyüklüyü də elə ondadır ki, irəli sürdükləri ideyaların ömrü onların cismani yoxluğundan sonra da davam edir. Bu liderlərin formalaşdırdıqları mühitdə onların ideyalarını davam etdirməyə qabil yeni güclü liderlər yetişir. Heydər Əliyevin Azərbaycan tarixindəki ən böyük xidmətlərindən biri də onun ideyalarını, ulu öndərin başa çatdıra bilmədiyi işləri davam etdirərək müstəqil Azərbaycan dövlətini tarixin ən qüdrətli mərhələsinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində belə bir qüdrətli lideri xalqa təqdim etməsi oldu.
2003-cü ildən bəri öz nəcib əməlləri ilə ölkəmizdə əsl intibah dönəminin əsasını qoyaraq möhtəşəm bir tarix yaradan dövlətimizin başçısı ulu öndərin ideyalarını məhkəmə-hüquq sistemində də uğurla reallaşdırmaqdadır. Sosial-iqtisadi uğurların miqyasına, cəmiyyətin demokratik inkişafına paralel olaraq qanunların müasir dövrün çağırışlarına uyğunlaşdırılması, məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatlar davam etdirilir. Bu məqsədlə hələ 2004-cü ildə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə ən nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. 2004-cü ildən üzü bəri bu sahədə bir sıra normativ-hüquqi sənədlərin qəbulu, Məhkəmə-Hüquq Şurasının, Hakimlərin Seçki Komitəsinin yaradılması və ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində effektiv fəaliyyəti ilə Azərbaycanda məhkəmə hakimiyyəti yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.
Hakimlərin sayının azlığı ilə bağlı ortaya çıxan problemlərin həlli məqsədilə test üsulu ilə keçirilmiş şəffaf hakim seçkiləri Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi Üzrə Komissiyasının (CEPEJ) və digər beynəlxalq qurumların hesabatlarında da yüksək dəyərləndirilmişdir. Tamamilə obyektiv, şəffaf və demokratik şəraitdə ümumilikdə 550-dən çox hakimliyə namizədin seçilərək bu vəzifəyə təyin olunması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkə tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni məhkəmə binalarının tikilməsi və s. bu kimi məqamlar son illər Azərbaycanın məhkəmə-hüquq sistemində özünü göstərən son dərəcə mütərəqqi yeniliklərdir.
Əsrlər ərzində formalaşmış stereotiplərə uyğun olaraq bu gün məhkəmə-hüquq sistemi deyilərkən, insanlara törətdikləri konkret qanun pozuntularına görə cəza kəsən və bununla da toplumda haqq-ədaləti bərqərar edən hüquqi təsisatlar göz önünə gəlir. Amma bəşəriyyətin şüur səviyyəsində gedən davamlı inkişaf bu məsələyə münasibətdə yanaşmaları getdikcə dəyişir. Vaxtilə böyük yazıçı Viktor Hüqonun “Səfillər” əsərindəki məşhur Jan Valjan surətinin dilindən təsvir etdiyi həyat paradoksunu xatırlayıram: “Məni oğurladığım bir çörəyə görə həbs etdilər, sonra isə həbsxanada illərlə hər gün pulsuz çörək verdilər”. O əsərdən çıxan nəticəyə görə, gümüş şamdanları keçmiş məhbusa bağışlayan din xadiminin ani humanist jesti onun günahlardan arınaraq islah olunub cəmiyyətə faydalı bir insan kimi dönməsində illərlə sürən ağır həbsxana həyatından da çox-çox böyük rol oynamışdı.
Dövlət adından verilən məhkəmə qərarlarının məqsədi, heç şübhəsiz, insanlara öz yanlışlarını anlatmaq, onları islah etmək, tərbiyələndirməkdir. Onları yenidən normal insan kimi cəmiyyətə qaytarmaqdır. Platon yazırdı ki, “Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar”. O qeyd edirdi ki, insan öz fəaliyyəti ilə həm xeyir, həm də şər törədə bilər. Burada o bilik, idrak məsələsini önə çıxarır və izah edirdi ki, fəlsəfəyə sığınan, onunla yaşayan, onu başı üstündə ilahi qüvvə hesab edən insan qanunu tətbiq edərkən həm də fəlsəfəni tətbiq edəcək və buna görə də o şər yarada bilməz. Çünki belə adam həm biliyə, həm də fəlsəfəyə əsaslanacaqdır. Ona görə də böyük filosof qanunların tətbiqinə böyük qabiliyyətin və müdrikliyin realizəsi kimi baxırdı. Müdrik isə xeyirxahlıq mücəssəməsi olduğundan o qanunlarla ancaq xeyirxahlıq törədə bilər. Bu halda qanun həm fəlsəfə, həm də hüququn vəhdəti kimi çıxış edəcəkdir. Əks halda, o şərə xidmət edə bilər. Ona görə də Platonda hüquq fəlsəfə, fəlsəfə hüquqla vəhdətdə çıxış edir, onlar eyniləşir.
İnsana xas ən ali duyğulardan olan humanizm hissinin cəza siyasətində öz əksini tapması çox mühüm məsələdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı bu baxımdan böyük hüquqi-mənəvi, humanist-əxlaqi dəyəri olan sənəddir. Bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün bir növ “strateji yol xəritəsi” rolunu oynayan sərəncam penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi baxımından bir sıra mühüm vəzifələri önə çəkir.
Azərbaycan Respublikası Prezidentinin siyasi qərarı və dəstəyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə mayın 12-də Bakıda möhtəşəm bir tədbir - IV İslam Həmrəyliyi Oyunları start götürəcək. İndiyə qədər ölkəmizdə baş tutan digər möhtəşəm beynəlxalq tədbirlər kimi, əminik ki, İslam Həmrəyliyi Oyunları da Odlar Yurdundan bütün dünyaya sülh, sabitlik və inkişaf, insan hüquq və azadlıqlarının qorunması çağırışı kimi ünvanlanacaq, Azərbaycan müsəlman Şərqinin mənəvi tərəqqi yolunda yenə də öz tarixi missiyasını yerinə yetirəcək.
Məhəmməd ƏKBƏROV,
Bakı şəhəri, Nizami Rayon
Məhkəməsinin sədri.

Published in Digər xəbərlər

Mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Livanın İnformasiya Nazirliyi və NNA xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən iclasda Rusiyanın TASS, Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, İranın İRNA və Mehr, Monqolustanın MONTSAME, Bəhreynin BNA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman çıxış edərək qonaqları salamlayıb və iclasda qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirib. O, iclasın sürətlə dəyişən informasiya texnologiyaları dövründə xəbər agentliklərinin qarşılaşdığı problemləri və inkişafı yollarını müzakirə etmək üçün yaxşı platforma olduğunu vurğulayıb.

OANA-nın prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov İcraiyyə Komitəsinin 42-ci iclasının keçirilməsi üçün göstərdiyi dəstəyə görə Livanın İnformasiya Nazirliyinə və NNA agentliyinə təşəkkürünü bildirib. Baş direktor ötən ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində və OANA-nın XVI Baş Assambleyasında xəbər agentliklərinin inkişafı ilə bağlı çox dəyərli fikirlərin səsləndiyini, məhsuldar müzakirələrin aparıldığını qeyd edərək deyib: “Baş Assambleya və V Konqresin birgə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, dərin məzmunlu nitqi və bir qrup media nümayəndəsi ilə görüşü tədbirlərimizin əhəmiyyətini daha da artırdı”.

AZƏRTAC-ın sədrliyi dövründə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının inkişafı məsələlərinə toxunan OANA-nın prezidenti bildirib ki, qurumun fəaliyyətinin genişləndirilməsi, onun daha dinamik struktura çevrilməsi, veb-saytının funksionallığının artırılması üçün artıq işlərə başlanılıb, portalda bir çox yeniliklər tətbiq edilib, eyni zamanda, üzv agentliklərin bu veb-saytda fəallığı da xeyli yüksəlib. Diqqətə çatdırılıb ki, hazırda təşkilatın saytında 27 üzv agentlik öz xəbərlərini yerləşdirir. “Lakin biz bunun maksimuma çatdırılmasına çalışacağıq. Mən burada iştirak edən agentlikləri bu istiqamətdə daha fəal olmağa çağırıram”, - deyən OANA-nın prezidenti, həmçinin təşkilatın Nizamnaməsinə dəyişikliklər edilərək Texniki və Etik altkomitələr haqqında bəndlərin əlavə olunması, bu strukturlara sədrlik edən agentliklərin seçilməsi ilə bağlı təkliflərini də səsləndirib.

Livanın informasiya naziri Melhem ər-Riyaşi müasir rəqəmsal dövrdə medianın üzərinə böyük məsuliyyətin düşdüyünü, jurnalistikada etikanın və obyektivliyin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, dünyanın hər yerindən informasiya əldə edib yayan xəbər agentlikləri insanların və xalqlar arasında mədəni əlaqələrin, dialoqun möhkəmlənməsinə indi həmişəkindən daha çox diqqət yetirməli, münaqişələrin və qarşıdurmaların aradan qaldırılması, etimadın güclənməsi işinə öz töhfəsini verməlidirlər. O, həmçinin medianı terrorizmlə bağlı məsələlərin işıqlandırılmasında diqqətli olmağa çağırıb, millətlər arasında dostluğa və əməkdaşlığa çalışmağın vacibliyini önə çəkib.

Fasilədən sonra OANA-nın baş katibi Vüqar Seyidovun sədrliyi ilə işini davam etdirən iclasda dünya mediası qarşısında çağırışlar, müasir şəraitdə mətbuatın inkişaf meyilləri, xəbər istehsalında yeni texnologiyaların tətbiqi, jurnalistika sənətinin müasir media biznesinə transformasiyası, terrorizmə qarşı mübarizədə xəbər agentliklərinin rolu məsələlərinə dair maraqlı müzakirələr aparılıb.

Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, İranın İRNA agentliyinin baş direktoru Məhəmməd Xodadi, Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-hvanq, Bəhreynin BNA agentliyinin baş direktoru Muhənnəd Süleyman ən-Nəimi, Malayziyanın Bernama agentliyinin baş direktoru Datuk Zulkefli Salleh çıxış edərək rəqəmsal innovasiya dövründə xəbər agentliklərinin qarşısında duran vəzifələr barədə maraqlı təkliflər səsləndiriblər.

Bununla da OANA İcraiyyə Komitəsinin 42-ci iclası işini başa çatdırıb.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 2