XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 17 Fevral 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulandı.

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirdi, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı ABŞ-ın Baş Qərargahlar rəisinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirildi. 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Münxenin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər qarşıladılar.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı hüquq mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə bu sahədə müxtəlif məsələlərlə bağlı aparacaqları danışıqların və fikir mübadiləsinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etdi. Ölkələrimiz arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən çoxsaylı təmaslara toxunan dövlətimizin başçısı prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd etdi. Qarşılıqlı səfərlərin təşkilinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfərinin ədliyyə sahəsində əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Təxminən 23 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi ötən dövr ərzində ölkəmizdə gedən böyük dəyişikliklərin onda dərin təəssürat yaratdığını dedi. Azərbaycanda gedən bu inkişafın bünövrəsinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Mustafa Purməhəmmədi Ulu Öndərin xatirəsini böyük ehtiramla yad edərək bildirdi ki, dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi işinə də böyük önəm verib. 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 491-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2017-ci il.

 

 

 

Published in Sərəncam

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 9, maddə 564; 2001, N 5, maddə 298, N 11, maddələr 676, 698; 2002, N 1, maddə 9, N 8,  maddə 463; 2003, N 8, maddə 424; 2004, N 2, maddə 57, N 11, maddə 901; 2005, N 4, maddə 277, N 10, maddə 874, N 11, maddə 993; 2006, N 12, maddə 1027; 2007, N 6, maddə 560, N 11, maddələr 1053, 1091; 2008, N 2, maddə 49, N 6, maddələr 453, 463, N 7, maddə 602; 2009, N 2, maddə 47, N 4, maddə 210, N 12, maddə 948; 2010, N 7, maddə 598; 2011, N 2, maddə 71, N 4, maddə 255, N 6, maddə 469, N 12, maddə 1097; 2012, N 5, maddə 402, N 7, maddə 671; 2013,    N 4, maddələr 362, 363, N 7, maddə 795, N 11, maddələr 1295, 1298; 2014, N 4, maddələr 343, 346, N 5, maddə 467, N 11, maddə 1352; 2015, N 1, maddə 2, N 2, maddələr 76, 79, 105, N 5, maddə 502, N 6, maddə 686, N 11, maddələr 1256, 1276; Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 326-VQD, 11 noyabr tarixli 407-VQD nömrəli Qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddə üzrə:

1.1. XIII hissədə “icarə müqaviləsi” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri ilə əvəz edilsin;

1.2. XIII-I hissənin birinci abzasında “icarəyə verilməsinə dair müqaviləni” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqaviləni” sözləri ilə, ikinci abzasda “icarəyə verilməsinə dair müqavilənin” sözləri isə “icarə və ya digər əşya hüquqlarına dair müqavilənin” sözləri ilə əvəz  edilsin.

2. 30-cu maddə üzrə:

2.1. III hissənin birinci cümləsinə “stansiyaları” sözündən sonra “(sahələri)” sözü əlavə edilsin, ikinci cümləsində “sahələrində” sözü “stansiyalarında (sahələrində)” sözləri ilə əvəz edilsin və həmin cümlədən “təminatlı” sözü çıxarılsın;

2.2. IV hissədən (hər dörd halda), VII hissənin 3-cü bəndindən, X hissədən  (hər iki halda) “təminatlı” sözü çıxarılsın.

3. 37-ci maddənin I hissəsinin 1-ci bəndinə “sürücünün” sözündən sonra “icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

 

 

 

Published in Qanun

Azərbaycanda ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur.

AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 16-da Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə mağazada aparılan reyd zamanı deyib.

Baş nazirin müavini ərzaq mallarının keyfiyyəti, yerli və ya xarici məhsullara üstünlük verilməsi, ərzaqların qiymətləri ilə maraqlanıb.

Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin ən mühüm məqamlarından biri insanların zəruri tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün bütün lazımi addımların atılması ilə əlaqədardır. Təbii ki, bu istiqamətdə görülən işlər arasında əhalinin keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin edilməsi ən əsas yerlərdən birini tutur.

Ə.Əhmədov qeyd edib ki, hökumətin apardığı siyasətdə də ərzaq məhsullarının qiymətinin süni surətdə artırılmasının qarşısının alınması əsas vəzifələrdən biridir. Bu istiqamətdə bu gün ticarət mağazasında qarşılaşdığımız vəziyyət, bizə verilən məlumatlar belə bir fikir söyləməyə əsas verir ki, mətbuatda geniş müzakirələr aparılmasına rəğmən, ticarət-satış mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. Bugünkü reyd zamanı bizə verilən məlumatlardan da bu qənaətə gəlmək mümkündür.

Baş nazirin müavininin sözlərinə görə, reyd zamanı həm də, Azərbaycanda istehlak malları, xüsusilə də ərzaq məhsulları arasında daxili istehsalın üstünlük təşkil etdiyinə şahid olunub. Bu o deməkdir ki, Azərbaycanın ərzaq istehlakı bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Əhalinin ərzaq məhsullarına olan ehtiyacının böyük hissəsi daxili istehsal hesabına ödənilir. Bu isə o deməkdir ki, qiymətlərin artırılması üçün obyektiv əsaslar yoxdur. İstehsal daxildə həyata keçirilən zaman manatın dollara nisbətdə məzənnəsi ilə bağlı məlum olan dəyişikliklər qiymətlərə elə də ciddi təsir etməyəcək.

“Həmçinin bu gün biz mətbuatda ərzaq məhsullarının qiymətinin artması ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirdik. Reydin aparılması istehlakçılar və sahibkarlar üçün bir siqnal olacaq. Biz sahibkarların daha çox qazanc əldə etməsinə qarşı deyilik. Amma daha çox qazanc əldə etməyin başqa yolları var. Daha çox və aşağı qiymətə məhsul sataraq da yaxşı qazanc əldə etmək mümkündür. Bizim sahibkarlar bu biznes fəlsəfəsini nə qədər çox mənimsəsələr, bir o qədər məhsulların qiymətlərinin süni surətdə artırılması problemi öz həllini tapacaq”, - deyə Ə.Əhmədov vurğulayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı təhlillər əsasında un və yumurtanın qiymətində azalma müşahidə olunub. Reyd zamanı da mətbuat nümayəndələri şahid oldular ki, həqiqətən bu məhsulların qiymətində azalma müşahidə olunub. Belə ki, yumurtanın qiyməti 25 faizədək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.

AZƏRTAC

 

 

 

Published in İqtisadiyyat

Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan qanunsuz “referendum” dünya birliyi tərəfindən tanınmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi qeyri-qanuni “referendum”a münasibət bildirərkən deyib.

Baş nazirin müavini bildirib ki, istər ölkələr, istərsə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb. Problemin bu günə qədər həll olunmaması bu yanaşmanı dəyişməyib.

Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bir qarış torpağımız belə Azərbaycan ərazisindən ayrıla bilməz. O ki qaldı, ermənilərin “referendum” keçirməsinə, bunun bütövlükdə problemin həllinə, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar bu “referendum”u tanımayacaq. “Referendum” və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər əraziləri ilə bağlı mövqeyinə hər hansı təsir göstərməyəcək. Bu, sadəcə olaraq münaqişənin nizamlanması ilə bağlı aparılan işlərin müəyyən qədər çətinliyə salınması məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlardan biri kimi qiymətləndirilə bilər.

AZƏRTAC

 

 

 

Published in Müsahibələr

Fevralın 16-da kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə FAO ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə icra etdiyi layihələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Heydər Əsədov FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verildiyini bildirib. Hazırda aqrar sahədə FAO ilə birgə reallaşdırılan layihələrin səmərəliliyini qeyd edən nazir əməkdaşlığın bundan sonra da davam etdirilməsinin labüdlüyünü vurğulayıb.

Heydər Əsədov bu əməkdaşlığın davamı kimi qoyunçuluğun, baramaçılığın inkişafı istiqamətlərində, həmçinin arıçılıq və süni mayalandırma sahələrində layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.  

“Fermer və sahibkarlarımız FAO ilə birgə həyata keçirilən layihələrin nəticələrindən bəhrələnirlər. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının ümumi inkişafına da öz töhfəsini verir”, - deyə nazir əlavə edib.

Həyata keçirilən layihələrin səmərəsindən danışan FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak yeni layihələrin reallaşdırılması üçün səylərini əsirgəməyəcəyini bildirib.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Fevralın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Z.Həsənov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini söyləyib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını vurğulayıb və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini qeyd edib.

Ordu generalı V.Gerasimov əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.

“Beynəlxalq Ordu Oyunları-2017” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku-2017” müsabiqəsinin təşkilində və bu müsabiqədə bilavasitə iştiraka görə Azərbaycana təşəkkürünü bildirən qonaq bu cür tədbirlərin keçirilməsinin iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda ordu generalı V.Gerasimov ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Fevralın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Z.Həsənov Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

General C.Danford Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu və ölkəmizin terrorizmlə mübarizədə iştirakını, o cümlədən sülhməramlılarımızın Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını diqqətə çatdırıb.

Qarşılıqlı maraq doğuran görüşdə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.

Ölkəmizə ilk dəfə səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün Bakıda təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər
1 -dən səhifə 3