XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 10 Fevral 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.  

Prezident İlham ƏLİYEV dedi:

-Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi. Bir aydan çox idi Çingizin nəşini qaytarmaq istəmirdi. Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda, bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmadı. Biz birgə səylərlə Çingizin nəşinin Vətənə qaytarılmasına nail olduq. Bakıda təntənəli vida mərasimi keçirildi. Bundan sonra Çingiz doğulduğu Qusar rayonuna aparıldı və orada təntənəli mərasimlə torpağa tapşırıldı. Fürsətdən istifadə edərək Qusar rayonunun bütün sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş etmişlər.

Dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişlər. Ancaq bu təxribat nəticəsində özləri peşman olmuşlar. Azərbaycan Ordusu onlara elə zərbə vurmuşdur ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar poqonlarını, vəzifələrini itirdilər. Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü və bu, bu gün də davam edir. Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. İndi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar.

Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin. Çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, - Ermənistan təşkilatın üzvüdür, - bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.

Apreldən sonra Ermənistan müxtəlif yollarla çalışırdı ki, bu məsələyə digər ölkələri cəlb etsin. Ancaq onların bütün səyləri boşa çıxdı, heç bir nəticə vermədi. Ermənistan-Azərbaycan sərhədində növbəti təxribatın törədilməsi məhz bu məqsədi güdürdü ki, bu dəfə üzv olduğu təşkilatı bu işə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingizin simasında bir daha qəhrəmanlıq göstərdi. Ermənistan bir daha gördü ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpaolunmaz zərbə vura bilər və belə də oldu.

Biz öz torpağımızı müdafiə edirik. Bizim işimiz haqq işidir. Bu məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, birlik göstərir. Bu, bizim ümumi məsələmizdir və biz haqlıyıq. Çünki həm tarix, həm beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda, bu gün Azərbaycan Ermənistan ilə müqayisədə qat-qat güclü ölkədir, özü də təkcə iqtisadi və hərbi potensialına görə yox.

Bax, Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərir. Onun üz-üzə qaldığı diversantların sayı 10-dan çox idi. Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı.

Bütün Azərbaycan Çingizlə fəxr edir. Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaqdır. 

Mən bu gün sizi dəvət etmişəm. Dünən Çingizin üç mərasimi verildi. Bu gün sizi dəvət etmişəm ki, bu yüksək mükafatı - Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim.

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim etdi.

Salman QURBANOV dedi:

- Bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Sizin tərəfinizdən verilən qiymətdir. Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident. Mən bir şəhid atası kimi, Sizi əmin edirəm ki, Sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram.

Prezident İlham ƏLİYEV: Sağ olun.

***

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 6, maddə 372; 2005, N 6, maddə 495; 2012, N 4, maddə 378; N 12, maddə 1330; 2016, N 2, (İİ kitab), maddə 251) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Komissiya sədrinin müavini

Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Komissiyanın üzvləri:

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Səbuhi Abdullayev - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Şair Alxasov - Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Qurbanov - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il.

Published in Sərəncam

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 6, maddə 373; 2005, N 6, maddə 496; 2012, N 4, maddə 379) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Komissiya sədrinin müavini

Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Komissiyanın üzvləri:

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Rəcəb Babaşov - Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Məhərrəm Quliyev - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tofiq Zeynalov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Alı Qocayev - Samux Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Salmanov Səxavət İbrahim oğlu - general-mayor

Əsgərli Yunis Sabir oğlu- polkovnik

Mahmudov Qəşəm Fərzalı oğlu- polkovnik

Tağıyev Eldar İsgəndər oğlu- polkovnik

Ədilov Rövşən Həsən oğlu- polkovnik-leytenant

Məmmədov İlham Aydın oğlu- polkovnik-leytenant

Məmmədov Kənan Eldar oğlu- polkovnik-leytenant

Rüstəmov Xanlar Kamran oğlu- polkovnik-leytenant

Heybətov Nizami Mikayıl oğlu- mayor

Məmmədov Fərman Sabir oğlu- mayor

Heydərov Lətif Hüseyn oğlu - kapitan.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il. 

Published in Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırladı.

Görüşdə ölkəmizin daha da müasirləşdirilməsi və demokratikləşməsi istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışıldı, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.  

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətimizin mühüm hissəsi olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev TANAP layihəsi ilə bağlı işlərin də qrafikə uyğun həyata keçirildiyini və vaxtında tamamlanacağını qeyd etdi. 

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirdi.

Söhbət zamanı iqtisadiyyatın şaxələnd

irilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AZƏRTAC

 

 

 

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 2, maddə 125) ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 7.21-ci bənd əlavə edilsin:

“7.21. Elektron viza verilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun elektron qaydada ödənilməsini təmin etmək üçün sistem “ASAN Viza” sistemi ilə inteqrasiya olunaraq, real vaxt rejimində “ASAN Viza” sisteminə dövlət rüsumunun ödənilməsi ilə bağlı məlumatları (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) təqdim edir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 6, maddə 1019) 2.6-cı bəndində “Vahid Miqrasiya Məlumat Sistemi” sözləri “ASAN ödəniş” sistemi” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 fevral 2017-ci il.

 

 

 

Published in Fərman

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 34-cü cildi çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 34-cü cildi  Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Valdis Zatlersə təbrik məktubu ilə başlanır.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının bu yazının sərlövhəsinə çıxarılmış fikri Prezident İlham Əliyevin 2008-ci ilin noyabrında İtaliyaya rəsmi səfəri zamanı “Rai İnternational” telekanalının “Foks neks” proqramına müsahibəsindən götürülüb. Prezident deyib: “Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik. Təbii ehtiyatlarımız var, coğrafi mövqeyimiz əlverişlidir, müasir nəqliyyat infrastrukturumuz, yaxşı iqlimimiz, yaxşı aqrar imkanlarımız var. Özümüzü əksər kənd təsərrüfatı məhsulları ilə demək olar ki, 100 faiz təmin edirik. Beləliklə, biz ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və hər bir ölkə üçün son dərəcə vacib olan nəqliyyat təhlükəsizliyi baxımından yaxşı vəziyyətdəyik”.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin noyabrından 2009-cu ilin fevralınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 34-cü cildində dövlətimizin başçısının Azərbaycana səfər etmiş Türkiyə, Ukrayna, Litva, Polşa, Gürcüstan prezidentləri ilə görüşlərinə, Estoniya, Yunanıstan, Macarıstan, ABŞ, İsveç, Böyük Britaniya və digər ölkələrin, Dünya Bankının, Asiya İnkişaf Bankının yüksək vəzifəli şəxslərini, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul etməsinə, həmçinin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar yer alıb. 

Prezident İlham Əliyevin İtaliyaya, Türkmənistana rəsmi səfərlərinə, Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşünə, dövlətimizin başçısının Macarıstana işgüzar səfərinə, Macarıstan Teleqraf Agentliyinə və Duna Televiziyasına müsahibəsinə, Nabukko layihəsinə dair Budapeştdə keçirilən Sammitdə çıxışına dair materiallar da nəşrin bu cildinə daxil edilib. Kitabda, həmçinin dövlətimizin başçısının Davosda Dünya İqtisadi Forumunun “Enerji Outlook-2009” mövzusunda keçirilən iclasında iştirak etmək üçün İsveçrəyə səfərini əks etdirən materiallar, Davosda ABŞ-ın “Wall Street” qəzetinə, CNBC (Si-en-bi-si), CNN telekanallarına, “Reuters” agentliyinə müsahibələri verilib.

Nəşrin bu cildində Azərbaycan Prezidentinin Türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı və “Avrasiya Kitabxanalar Assambleyası” əməkdaşlıq təşkilatının ümumi iclasının, Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransın 10 illiyinə həsr olunmuş yubiley konfransının iştirakçılarına müraciətləri, Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə ədliyyə və məhkəmə işçilərinə, Dünya Azərbaycanlılarına Həmrəylik Günü münasibətilə təbrikləri və digər rəsmi sənədlər də dərc olunub. 

Kitabda, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri, bölgələrdə və paytaxtda sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə, mədəniyyət sahələrinin inkişafına həsr edilmiş çıxışları toplanıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 34-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər

Fevralın 9-da ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteks ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinin, insan hüquqlarının təmin olunması üzrə görülən işlər, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verilib. Habelə Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.

Ölkəmizdə gedən demokratik proseslər, o cümlədən məhkəmə-hüquq sistemindəki islahatlar A.Desteks tərəfindən maraqla qarşılanıb.

Söhbət zamanı qanunvericiliyin təkmilləşdirilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası, məhkumların saxlanma şəraiti, beynəlxalq təşkilatların Azərbaycan ilə bağlı hesabatları ətrafında faydalı fikir mübadiləsi aparılıb, açıq hökumətin təşviqi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin dünyada terrorizmə qarşı mübarizəyə toxunularaq Azərbaycanın erməni terrorizmindən əziyyət çəkdiyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edib.

Sonda qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub.

 

AZƏRTAC

 

 

 

Published in Digər xəbərlər
1 -dən səhifə 3