XƏBƏR LENTİ

Şənbə, 03 Aprel 2021 05:33

Aprel şəhidlərinin məzarları ziyarət olunub

Aprelin 2-də Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları Aprel döyüşlərinin 5-ci ildönümü ilə əlaqədar şəhidlərimizin məzarlarını ziyarət edib və üzərinə əklil qoyub, gül dəstələri düzüblər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliyin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.

Bildirilib ki, şəhidlərimizin qanı yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə Ordumuzun böyük Qələbəsi ilə başa çatıb.

 

 

 

 

AZƏRTAC

Read 63 times