XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 11:56

Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir

“YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gələn türkiyəli həkimlər Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələrini davam etdirirlər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gəlib.

 

 

AZƏRTAC

Read 69 times