XƏBƏR LENTİ

Bazar, 21 Fevral 2021 11:11

Qazi Murad Həsənov da yüksək texnologiyalı protezlə təmin edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsinin qazisi Həsənov Murad Teyyub oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, M.Həsənov Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada onun müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib. Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Qaziyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və bununla bağlı olaraq aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib. O, həmçinin bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcək.

Mustafa KAMAL,

“Respublika”.

Read 51 times

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər885728

Currently are 61 guests and no members online