XƏBƏR LENTİ

Şənbə, 19 Aprel 2014 15:51

Azərbaycanın birinci xanımından növbəti humanist addım

Bakı, 18 aprel (AzərTAc). Aprelin 17-də  ATV telekanalında göstərilən və təcili ürək əməliyyatına ehtiyacı olan balaca Ömər Qasımovun müalicə xərclərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür.

Bu barədə məlumatı Milli Məclisin depu

tatı Qənirə Paşayeva özünün “Facebook” səhifəsində paylaşmışdır.

Məlumatda deyilir: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Ömər Qasımovun anası zəng edərək bildirmişdir ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər. Ömərin bütün əməliyyat və müalicə xərclərini Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən şəfa tapacaq, ailəsi və millətimiz üçün layiqli övlad olacaqdır”.

 

 

 

Read 16723 times