XƏBƏR LENTİ

Cümə axşamı, 16 Fevral 2017 08:53

AZƏRTAC-ın əməkdaşlarının bir qrupu “Ümid yeri” uşaq evində olub

Fevralın 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın əməkdaşlarının bir qrupu Binə qəsəbəsindəki “Ümid yeri” uşaq evində olub.

Xeyriyyə məqsədi daşıyan bu tədbiri AZƏRTAC-ın Həmkarlar ittifaqı komitəsi təşkil edib.

Agentliyin əməkdaşlarının gətirdikləri hədiyyələr - oyuncaqlar, rəsm albomları, rəngli karandaşlar, geyimlər, şəxsi gigiyena əşyaları və şirniyyat “Ümid yeri”nin sakinlərinin ürəyincə olub.

Məxsusi dəvət edilmiş animator uşaqları əyləncəli sirk və maraqlı fokus nömrələri ilə sevindirib.

Xeyriyyə tədbiri çərçivəsində balacalara AZƏRTAC-ın Uşaq Portalının fəaliyyəti barədə məlumat verilib, bukletlər və hədiyyələr paylanıb.

“Ümid yeri”nin rəhbərliyi uşaqları hədiyyələrlə və əyləncəli proqramla sevindirdiyinə görə AZƏRTAC-ın kollektivinə təşəkkür edib.

Qeyri-hökumət ictimai xeyriyyə təşkilatı olan “Ümid yeri” uşaq evində hazırda 47 nəfər tərbiyə alır.

 

 

AZƏRTAC

Read 32 times