XƏBƏR LENTİ

Cümə axşamı, 02 Fevral 2017 09:54

Bakı Dövlət Universitetində Gənclər Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini bildirib, Ulu Öndərin ideyalarının  Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.  

Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən, Gənclər Gününün təsis edilməsinin önəmindən danışan rektor respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib.

Akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəbdə elm, təhsil sahəsində bir sıra vacib proqramların reallaşdırıldığını və bu işdə gənclərin xüsusi fəallıq göstərdiklərini bildirib.

Prezident İlham Əliyevin apardığı məq

sədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edən rektor ölkəmizdə müxtəlif sahələrdə qazanılan nailiyyətləri diqqətə çatdırıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında müstəsna rol oynayır. Ş.İsmayılov Azərbaycan gənclərinin doğma Vətənə və xalqa bağlı olduqlarını vurğulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Gənclər Gününün geniş qeyd olunmasının əhəmiyyətindən danışıb, gənclərə təhsildə yüksək nailiyyətlər arzulayıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və digər çıxış edənlər də tələbələri əlamətdar gün münasibətilə təbrik ediblər.   

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Sonra maraqlı konsert proqramı  təqdim edilib.

 

 

 

AZƏRTAC

 

 

 

Read 42 times