XƏBƏR LENTİ

Çərşənbə axşamı, 24 Yanvar 2017 14:36

Şəhidlər yad edildi

Bakı Qida Sənayesi Kollecində ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, foto sərgiyə və stendlərə baxış keçirilməklə yanaşı ruhları yad edilmiş və şamlar yandırılmışdır.

Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılov çıxışında bildirib ki, 1990-cı ilin “Qanlı 19-20 Yanvar”ında zirehli maşınların köməyi ilə Bakıda keçirilən xəyanətkar aksiya zamanı 137-dən çox şəhid, 744 nəfər insanın yaralanması, 800-dən artıq adamın həbs edilməsi bəşəri faciə idi. Yanvar faciəsinə ilk dəfə dünya miqyasında eşidə biləcək etiraz səsini ümummilli lider Heydər Əliyev qaldırdı. 1990-cı il noyabrın 21-i Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə dair tarixi qərar qəbul olundu.

Vilayət İsmayılov çıxışında bildirdi ki, biz təkcə yanvar ayında deyil, bütün il ərzində ardıcıl olaraq bu tarixi günün əsl mahiyyəti ilə bağlı tədbirlər keçirir, vətənin azadlığı yolunda həlak olan qəhrəmanları unutmuruq.

Akif KƏRİMLİ,

yazıçı.

 

 

 

 

Read 32 times