XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:37

GƏNCƏDƏ 55 MİN AĞAC ƏKİLDİ

Bu günlərdə keçirilən ağacəkmə aksiyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, geniş ictimaiyyətin nümayəndələri böyük coşqu ilə iştirak edirdilər. Kampaniya çərçivəsində əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilirdi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşkil etdiyi aksiya çərçivəsində 55 mininci ağac əkildi. İcra başçısının birinci müavini Elnur Rzayev bildirdi ki, 450 hektar ərazisi olan möhtəşəm Heydər Əliyev Park Kompleksində həyata keçirilən aksiyaya bu il dekabr ayının 1-dən start verilib.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev qeyd etdi ki, bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcəkdir.

Aksiya iştirakçıları böyük coşqu ilə ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparır, ərazini alaq otlarından, daşlardan təmizləyir, yeni əkilən ağacları suvarır, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərirdilər.

 

Zabit XƏLİLOV,

“Respublika”.

 

 

 

Read 93 times