XƏBƏR LENTİ

Cümə, 19 May 2017 10:25

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları yüksək nailiyyətlər qazanır

IV İslam Həmrəyliyi Oyunlarında İslam aləminin dörd qitəsindən gəlmiş və həmrəylik addımlarını atan idmançılar Bakıda - Azərbaycan idmançıları ilə bir arada birləşiblər. Onların kamilliyi, dostluğu, bir-birinə olan hörməti bizim hər birimizi-hamımızı ilhamlandırır.

2017-ci il Azərbaycan üçün əlamətdar hadisə ilə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilib. Dövlətimizin başçısı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilməsi mərasimində qeyd edib ki, biz İslam həmrəyliyi üçün çox böyük işlər görürük: “Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər... Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək... Biz Bakıda bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.

“Bakı-2015” I Avropa Oyunlarını uğurla başa çatdıran Azərbaycan, heç şübhəsiz ki, IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə, nailiyyətlə başa vuracaq. Qədim tarixə və zəngin mədəniyyətə malik xalqımızın qonaqpərvərliyini görən əcnəbi qonaqlar müstəqil dövlətimizin qısa dövr ərzində necə inkişaf yolu keçməsinin şahidi olduqdan sonra bir daha yəqin etdilər ki, Azərbaycan həm də sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşir.

Bugünkü inkişaf sürətinə görə Avropa ölkələrini üstələyib və onu arxada qoyan Azərbaycan son illər təkcə Avropa standartları deyil, həm Azərbaycan meyarlarına uyğun beynəlxalq tədbirlərin keçirilməsinə öz layiqli töhfəsini verməkdədir.

Təbii ki, beynəlxalq tədbirin ölkəmizdə layiqincə keçirilməsi ilk növbədə dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı- 2017” IV İslam Həmrəyliyi Oyunlarının Təkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bildirdiyi kimi, bu dəfə də üzərimizə götürdüyümüz vəzifələrin öhdəsindən layiqincə gələcəyik.

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın milli komandası uğurla çıxış edir. Oyunlara maraq olduqca yüksəkdir. Elə bunun nəticəsidir ki, bu günə kimi müxtəlif idman yarışlarında Azərbaycan millisi 50 qızıl, 29 gümüş və 20 bürünc medal qazanıb.

IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Anastasiya İbrahimli ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. Və bu oyunların yüksək səviyyədə də uğurla başa çatacağına əminliyini bildirib.

IV İslam Həmrəyliyi Oyunlarında Milli komandamız öz uğurlu fəaliyyətini davam etdirir. Oyunçularımız, heç şübhə yoxdur ki, daha böyük nailiyyətlərə çatacaqlar.

 

 

 

 

Məhəmməd VƏLİYEV,

“Respublika”. 

Read 16 times